Nəzarət markası ilə markalanma
Baş nazir Artur Rasizadə "Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərar verib.
Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bu Qaydalar "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq hazırlanıb və nəzarət markasının formasını, uçotu, istifadəsi və verilməsi qaydalarını müəyyən edir.
Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində hazırlanan (istehsal edilən) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən aşağıdakı mallar, məmulatlar və məlumat materialları (bundan sonra - nəzarət markası ilə markalanmalı olan mallar, məmulatlar və məlumat materialları) nəzarət markası ilə markalanacaq:
Dərman vasitələri; Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələri; dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları.
Nəzarət markası dərman vasitələrinə münasibətdə Səhiyyə Nazirliyi, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə münasibətdə Müəllif Hüquqları Agentliyi, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən veriləcək.
Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektləri olan dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların nüsxələrinə ilkin olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, daha sonra isə Müəllif Hüquqları Agentliyindən alınan nəzarət markası yapışdırılacaq.
Nəzarət markası ilə markalanmalı olan mallara, məmulatlara və məlumat materiallarına birdəfəlik istifadə üçün nəzərdə tutulan nəzarət markası yapışdırılacaq.
Nəzarət markasını alan şəxslər onun təyinatı üzrə istifadəsinə görə cavabdehdirlər və nəzarət markasının istifadə edilməsi haqqında ildə iki dəfə 6 (altı) aylıq dövr üçün nəzarət markasını verən orqana hesabat (hesabat dövrü başa çatdığı tarixdən sonra gələn 15 (on beş) gün müddətində) təqdim etməlidirlər.
Комментарии
Отправить комментарий