"AR dövlət sərhədi haqqında" AR Qanununda dəyişikliklər edilməsi barədə

28.12.2012 "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə
"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci və 25-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
 "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 1, maddə 1; 1995, № 17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 444; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2008, № 10, maddə 886; 2011, № 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:
1. 9-cu maddənin birinci hissəsinin ikinci cümləsində və 10-cu maddənin birinci hissəsində "gömrük idarələri" sözlərindən sonra "(postları)" sözü əlavə edilsin.
2. 11-ci maddə üzrə:
2.1. birinci hissədə ", gömrük, sanitariya-karantin, baytarlıq, fitosanitariya və sənətşünaslıq idarələri (nəzarətçi qrupları)" sözləri "və gömrük idarələrini (postlarını)" sözləri ilə əvəz edilsin;
2.2. ikinci hissəsə "gömrük idarələrini və şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycan Respublikası dövlət sərhədindən keçməsinə nəzarət edən digər idarələri" sözləri "və gömrük idarələrini (postlarını)" sözləri ilə əvəz edilsin.
3. 12-ci maddənin beşinci hissəsi aşağıdakı redaksiyada verilsin:
"Şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən buraxılırlar.".
4. 26-cı maddənin birinci hissəsində "gömrük idarələrinin" sözlərindən sonra "(postlarının)" sözü əlavə edilsin.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами