Bakı şəhərində banklarda verilən kreditlərlə bağlı sorğu keçirib.

“ACT Azərbaycan” 11-14 sentyabr 2016-cı il tarixlərində Bakı şəhərində banklarda verilən kreditlərlə bağlı sorğu keçirib.
Publika.az həmin sorğunu təqdim edir:
2016-cı ildə ölkədəki maliyyə dəyişiklikləri, eləcə də devalvasiyalar kredit borcu olan əhalidən də yan ötüşməyib. Bəs Bakı sakinləri kreditləri hansı müddətə götürürlər? Sorğu nəticəsində bəlli olub ki, rəyi soruşulan respondentlərin 37% -in banklara kredit borcu var.
Uzun müddət kredit ödəməyə gənc nəslin səbri çatmır. Belə ki, krediti tez bağlamağın tərəfdarlarının (19 %) əksəriyyətini 18-34 yaş arasında olan respondentlər təşkil edir (34%). Onlar krediti 1 ilə qədər müddətdə bağlamağı tərcih edirlər.
Maraqlısı odur ki, respondentlərin yaşı artdıqca, krediti ödəmə müddəti də uzanır. Bankdan kredit götürən Bakı əhalisinin təqribən yarısı (45%) krediti 1-2 il müddətinə götürür. Bu müddətlik kreditə əsasən orta nəslin nümayəndələri (35-54 yaş arası) girir (56%). Bu yaş kateqoriyasına daxil olan bir qismi respondent isə (14%) kreditin ödənməsi üçün uzun müddətə ehtiyac duyur. Ümumilikdə hər 10 respondentdən biri uzunmüddətli kredit (5 il və daha çox) almağı tərcih edir.
Banklara borcu olan Bakı sakinlərinin 26%-i üçün borc qaytarmaq müddəti 2-5 il arasında dəyişir. Bu krediti əsasən yaşlı nəslin nümayəndələri (55 və yuxarı yaş ) götürür – 45%.
Sorğu “ACT Azərbaycan” tərəfindən 11-14 sentyabr 2016-cı il tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 % -dir.
Mənbə: https://www.facebook.com/ACTAZE/
Dilruba Vaqifzadə

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами