Xəvariclər (İŞİD)
İŞİD və digər xəvariclərin aqibəti
Hər hansı bir xəvaric qruplaşmasının hansısa yaşayış məntəqəsini ələ keçirməsini görmək insanı üzür. Lakin, Allaha şükür ki, hikmət sahiblərinin və alimlərin sözlərinə qayıtdıqda görürsən ki, onlar belə azmış firqələrin əməlini pisləyirlər. Belələrinin müsəlmanlar üzərində ağalığı və hökmranlığı ola bilməz.
Bəs görəsən Xəvariclərin heç dövləti olubmu? Və ya olacaqmı? Görəsən ümmət xəvaric əqidəli birinin ətrafında cəm ola bilərmi?
Allahdan kömək istəyərək başlayırıq:
Vəhb ibn Münəbbih (Xovlən adlı xəvariclərdən təsirlənmiş birinə) nəsihətində bu haqda belə deyir: “Mən islamın əvvəlinə yetişdim. Allaha and olsun ki, xəvariclərin elə bir qrupu olmadı ki, Allah onları ən şərli hallara salıb, parçalamasın. Onlardan elə bir qrup olmadı ki, öz ideyasını aşkara çıxartsın və Allah onların boynuna zərbə endirməsin. BU ÜMMƏT HEÇ BİR VAXT XƏVARİCLƏRDƏN BİRİ ƏTRAFINDA CƏM OLMAMIŞDIR.” (Tarixi Dəməşq, 63/383) (Həmçinin, Təhzibul –Kamal və Siyəri Aləmin-Nubələ əsərlərində də bu rəvayəti görə bilərsiniz). İbn Münəbbih birinci əsrdə yaşayıb və bu haqda danışır! (O, hicrətin 34-cü ilində doğulub və 114-cü ildə vəfat edib).
Məgər siz onun sözündə bu günümüzdə baş verənlərlə uyğunluq görmürsünüzmü?
Müasir dövrümüzdə hicrətin 1400-cü ilində “Məscidul-Haram”da “Cüheyman” adlı qruplaşma qiyam etdi. Onların ardınca isə “əl-Qaidə” qruplaşması qiyam etdi. Onlar da dəstələrə və firqələrə bölündülər. Hər dəfə onların başçılarından birinin boynu vurulduqda bir başqası onun yerinə gəldi və onlar heç öz aralarında belə bir nəfərin üzərində birləşə bilmədilər.
Vəhb ibn Münəbbihin (Allah ona rəhmət etsin) sözünü İbn Teymiyyənin (Allah ona rəhmət etsin) sözü də təsdiqləyir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) xəvariclər kimi fəsadlı bir yol uğrunda döyüşənlərə qarşı döyüşməyi əmr etdi və (onu da) əmr etdi ki, rəhbərlərin zülmünə qarşı səbir etsinlər. O, rəhbərlərə qarşı döyüşməyi və qiyam etməyi qadağan etdi.”
Xəvariclər bir yerdə bərqərar olsalar dini və dünyanı korlayarlar. Çünki, onlar öz nəfslərinə uymuş kəslərdirlər. Onların öz aralarında (şiddətli) ixtilafları vardır.
Vəhb ibn Münəbbih (sözünün davamında) onlar haqqında demişdir ki: “Əgər Allah onların fikirlərini yürütmələrinə imkan versə, yer üzündə fəsad törənər, yollarda quldurluq baş verər və Allahın evi Kəbəyə gedən Həcc yolu bağlanar.”
Bu gün xəvariclər dünyada əmin-amanlıqda yaşayan insanların yaşayış məskənlərini , şəhər, kənd və məntəqələrinin fəsada düşməsinə səbəb olmuşlar . Onların ucbatından insanlar öz yurdlarından köçməli olur.
Onlar (bir çox yerlərdə) yol kəsib quldurluq etmək və əmin-amanlığın pozulmasına səbəb olurlar.
Xəvariclər müsəlmanların dinini də fitnəyə salıblar. İnsanların onlardan qaçması və mallarının əllərindən çıxması üzündən həcc və ümrə yollarını kəsiblər (indi onların ucbatından quru yolu ilə ümrə və həccə getmək mümkün deyil).
Siz “Cuheyman” qruplaşmasının Məscidül-Haramda üsyan etdiyi vaxt (hicri 1400-cü il) onların üsyanı nəticəsində Məscidül-Haramda (Kəbədə) 15 gün ərzində nə namaz qılındı, nə də əzan səsinin yüksəlməsinə imkan verildi. Sanki, Vəhb ibn Münəbbih bizim bu gün şahidi olduğumuza 1335 il bundan əvvəl şahid olmuşdur.
Onların halı Əbu Səid əl-Qartaminin halı kimidir. O şəxs hicrətin 317-ci ilində Kəbədə üsyan etmiş və hacıları təvaf əsnasında öldürmüşdü. Sonra da onları zəmzəm quyusuna atmışdı. (Bu tarixdə unudulmaz bir hadisədir).
Xəvariclərin əməlləri bu ümmətin əvvəlkilərindən və fəzilətlilərindən gizlin qalmayıb. Bu da dördüncü Xəlifə, Vəhb ibn Münəbbihdən, İbn Teymiyyədən daha üstün və fəzilətli şəxsiyyət Əli ibn Əbu Talib (Allah ondan razı olsun) xəvariclərin vəsfi haqqında belə deyir: “Onlar Quranın (əsil) qariləri (oxuyanları) deyillər, dində fəqih (alim) də deyillər. Onlar nə Quranın təfsirini bilir, nə də İslamın başlanğıcından gələn bu işin (xilafətin) əhli deyillər. Allaha and olsun ki, əgər onlar sizə rəhbər olsalar, sizinlə Kisranın və Heraklın etdiyi əməllərə uyğun davranarlar.” (Tarixi-Dəməşq; 3/117)
Budur, bu günümüzün Xəvaricləri olan “İŞİD qruplaşması” və onların zümrəsi düşmənlərin İslam əhlinə qarşı törətdiklərini, qətl və (yurdlarından) qovmaq əməlinin eynisini edirlər. Lakin, qoy İslam əhli öz həyatları barədə o xəvariclərdən hüzurda olsunlar ki, onların ələ keçirdikləri məntəqələrdəki ağalıqları az bir müddət çəkəcəkdir. Onların bu halı çox uzun çəkməyəcək. Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) daha üstün və şərəfli olan şəxs, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) ümmətini arxayın edərək bu barədə xəbər vermişdir. İbn Ömərin (Allah ondan razı olsun) rəvayət etdiyinə görə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Elə bir gənc nəsil gələcək ki, onların oxuduqları quran boğazlarından aşağı keçməyəcək. Onlar hər əsrdə çıxacaqlar və (kökləri) kəsiləcəkdir.”
İbn Ömər dedi ki, Peyğəmbərin bunu “Hər əsrdə çıxacaqlar və (kökləri) kəsiləcəkdir” sözünü iyirmi dəfədən çox dediyini eşitdim. Sonra dedi: “Onların axırıncı dəstəsiylə bir vaxtda Dəccal çıxacaqdır.” (Əhməd, 2/84); İbn Macəh, 179; Albani bu rəvayətə “həsən” deyib.
Albani (Allah ona rəhmət etsin) demişdir: “Hədisdə keçən عراضهم kəlməsi عرض sözünün cəmidir, fəthə və sükunla yazılır, “böyük ordu” mənasını verir. Bu, burada istiarədir (yəni, məcazın bir növü).”
Şeyx Saleh Sindi (Allah onu qorusun) isə demişdir ki: “Bu, dağın bir tərəfi və ya buluddur ki, üfüqə sədd çəkir.”
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə xəvaricləri ümumi olaraq vəsf etmiş, onların sifətlərini bildirmişdir. Bu vəsf günümüzdəki İŞİD xəvaric qruplaşmasına də aiddir. Sanki, bu kəlam onlar haqqında deyilmişdir.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: “Ümmətimdə ixtilaf və ayrılıq olacaqdır. Elə bir qövm gələcək ki, sizi təəccübləndirəcəklər, onlar özləri də özlərindən təəccüblənəcəklər. Onları öldürənlər Allah qatında onlardan üstündürlər. Onlar qətli yaxşı bacaracaq, əməli isə pis edəcəklər. Onlar Allaha tərəf çağıracaqlar. Halbuki, onların Allaha heç bir yaxınlıqları olmayacaqdır. Əgər onlarla üzləşsəniz onları öldürün.”
(Səhabələr) Dedilər: “Ey Allahın elçisi! Onları bizə vəsf et!”…Buyurdu: “Onların əlamətləri qırxmaq və təsbitdir. (yəni, saçı keçəlləmək).” (Hakim, 2/147).
Müsəlmanlar! (Vəhb ibn Münəbbihin) “Sizi təəccübləndirəcəklər” kəlamına fikir verin. Təbii ki, (İŞİD-ə) onlara aldanan kimsələr təəccüblənir və (onlar da) təəccübləndirirlər, fitnəni və onun təbiətini sevmiş olurlar.
“Onlar özləri də özlərindən təəccüblənəcəklər” kəlamı da feli olaraq bu günlərdə “İŞİD”-in Suriyadakı neft yataqlarını, İraqdakı əkinçilik sahələrini və hərbi silah-sursat ələ keçirdikdən sonra başçıları Əbu Bəkr əl-Bağdadi İslam xilafətini elan etdi və cümə xütbəsi verdi. (Tarix: 1435/9/6 hicri).
İndi isə Vəhb ibn Münəbbihin Zi Xovlənə Xəvariclər haqqında dediyi gözəl kəlama və nəsihətə qayıdırıq. (Onun kəlamı belə davam edir): “Əgər Allah xəvariclərin fikirlərini yürütmələrinə imkan versəydi, o zaman yer üzü fəsada uğrayar, yollarda quldurluq baş alıb gedər və Allahın Müqəddəs Evinə (Kəbəyə) Həcc dayanardı və İslam elə bir hala gələrdi ki, cahilliyyə dövründə necə idisə o zamanlardakı kimi insanlar dağlara sığınmaqla nicat tapardılar….O zaman 10-20 nəfərlik dəstələr qalxar, hər biri özünü xəlifə hesab edər və onlara daha 10.000 dən çox döyüşçü qoşularaq bir biri ilə vuruşar və birinin küfründə şahidlik edərdilər. Hətta, elə vəziyyət yaranardı ki, mömin bir kəs öz canı, dini, qanı, ailəsi və mülkü haqqında qorxuya qapılar və hara və kimin yanına gedə biləcəyini bilməzdi.” (İbn Əsakir, Tarixi-Dəməşq, 63/383).
Məgər görmürsənmi bu kəlam bugünkü “əl-Qaidə”, “İŞİD”, “ən-Nusra” və başqa Xəvaric qruplaşmalarına ünvanlanmışdır?
Məgər bu gün müsəlmanlar Şamda və İraqda döyüşün, müharibənin və dağıntıların ucbatından uzaq-uzaq yerlərdən kömək gözləmirlərmi?
Məgər görmürsünüzmü “əl-Qaidə” parçalanıb, “ən-Nusra” və “İŞİD” xəvaric qruplaşmaları bir-birindən ayrılıb və hər bir rəhbərin yanında öz qrupuna mənsub tərəfdarları var?! Hətta Usamə Ben Ladenin zamanında belə ondan ayrılmalar və (əl-Qaidənin daxilində) bölünmələr vardı.
Məgər görmürsünüzmü müsəlmanlar bütün bu qruplardan qorxu və təlaş içindədirlər və bilmirlər onlardan hansı doğru yoldadır?!
Bir də unutmayın ki, “İxvanul-Muslimin” camaatı da Xəvariclərin bir növüdür. Bir sözlə İslam tarixində görülməyib ki, Xəvariclər davamlı bir qələbə qazansınlar.
Qeyd: Buraya qədər hazırladığımız məqalə Əbu Fureyhan Camal ibn Fureyhan əl-Hərisinin (1435/9/9 hicri) – (2014/7/7 miladi) tarixində yazdığı məqalənin tərcüməsidir.
İNDİ İSƏ SİZƏ İSLAM ALİMLƏRİNİN “İŞİD” XƏVARİC QRUPLAŞMASI HAQQINDA FƏTVA VƏ SÖZLƏRİNDƏN BƏZİLƏRİNİ TƏQDİM EDİRİK:
Şeyx Əllamə Saleh əl-Fövzan (Allah onu qorusun) onlar haqqında demişdir: “Müasir əsrin xavaricləri Qaramitlərə bənzər” (Qaramitlər zəlalət firqəsidir). – Onlar xəvariclərdən də pisdirlər.
Şeyx Abbaddan (Allah onu qorusun) (hal hazırda Mədinənin böyük, dəyərli alimidir) qondarma xəlifə Əbu Bəkr Bağdadiyə beyət edənlər haqqında soruşduqda o dedi: “Onlar şeytana beyət ediblər.”
Şeyx Saleh as Suheymi (Allah onu qorusun) buyurmuşdur: “Şəriətin Ənsarları – DAİŞ , elə bir aldadıcı addır ki, zahirən guya islamı yaymaq, həqiqətdə isə İslamın düşmənlərinə xidmətdədirlər”.
(Daiş – ərəbcədir, Azərbaycan dilinə tərcümədə isə “İŞİD” deməkdir. Hal-hazırda “Xilafət” yaratdıqlarını elan edən bir qruplaşmadır)
(Daiş – ərəbcədir, Azərbaycan dilinə tərcümədə isə “İŞİD” deməkdir. Hal-hazırda “Xilafət” yaratdıqlarını elan edən bir qruplaşmadır)
Şeyx Saleh əs-Sindi (Allah onu qorusun) buyurmuşdur: “İŞİD-in xəlifəliyini elan etdiyi Əbu Bəkr əl Bağdadi haqqında deyirəm: “Düşünmürəm ki, İslam tarixində nə vaxtsa halı naməlum olan bir şəxs xəlifə təyin olunsun.”- “Mən düşünürəm ki, o kəslərin halı iki haldan biridir: Ya cahildirlər, ya da özlərindən başqa heç kəsi müsəlman görmürlər”.
Şeyx Səd əl Humeyd (Allah onu qorusun) buyurmuşdur: “İŞİD qruplaşması təkfir etməyi və qan tökməyi cəm edib halal görür. Onlar elə bir şəhər yoxdur ki, ora daxil olub fəsad törətməsinlər.”
Şeyx Məhəmməd əl-Mədxəli (Allah onu qorusun) buyurmuşdur: “Cihad haqqında danışmağı onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD`in etdiyi cihad yox, fitnədir.”
Şeyx Abdul-Əziz ər-Rays (Allah onu qorusun) buyurmuşdur: “Onlar (İŞİD) öz yoldaşları olan Cəbhə ən-Nusra ilə müharibə etdilər, xəvariclərin halı belədir, öz aralarında müharibə edirlər.”
Xülasə: Alimlər bu camaatı xəvariclərdən hesab edirlər.
Bu firqənin zəlalətdə olduğunu, fəsad törətdiyini, üsyançı və qarətçi olduqlarını görürlər. Aydın oldu ki, islam ümməti Xəvariclər ətrafında cəm ola bilməz.
Bu mübarək Ramazan ayında Allahdan cavanlarımıza, gənclərimizə bəsirət verməsini, haqqı batildən ayırmağa müvəffəq etməsini, onları İslam düşmənlərinin hiylələrinə düşməkdən və öz əlləri ilə din pərdəsi altında bu ümməti yıxmaq bəlasından qorumasını istəyirik! Amin!
Allahın bu məqaləni faydalı et və bizdən qəbul et! Amin!
Hazırladı: Allahın rəhminə möhtac bəndə.
Комментарии
Отправить комментарий