Tramp seçildi və təcili Putinə zəng vurdu – “Cadugər (Hillari Klinton) artıq həbsxanadadır, bir neçə gün sonra onu tonqala atacağıq” (Dialoq)

Tramp seçildi və təcili Putinə zəng vurdu – “Cadugər (Hillari Klinton) artıq həbsxanadadır, bir neçə gün sonra onu tonqala atacağıq” (Dialoq)

ABŞ-da bu günkü prezident seçkiləri kampaniyasında respublikaçı namizəd Donald Trampa qarşı rəqib düşərgənin, habelə beynəlxalq medianın istifadə etdiyi əsas kompromat onun Rusiya prezidenti Vladimir Putinə şəxsi simpatiyası, habelə Rusiya ilə biznes əlaqələri idi. Habelə Tramp özü də seçki kampaniyasının gedişində seçiləcəyi təqdirdə məhz Putinin maraqlarına cavab verən xarici siyasət yürüdəcəyini sübuta yetirmək üçün xeyli səy göstərdi. Məsələn, o bildirdi ki, ABŞ Avropanı qorumağa borclu deyil, yaxud Tramp seçiləcəyi təqdirdə ABŞ-ın başqa ölkələrdə rejimləri dəyişdirmək praktikasına son qoyacağını, dünyada demokratiyanın dəstəklənməsi işini bir kənara atacağını deyib.
Virtualaz.org xəbər verir ki, İspaniyanın “El Pais” qəzeti Trampın seçiləcəyi təqdirdə onun Putinin marionetkasına çevriləcəyi haqda təsəvvür yaratmaq üçün maraqlı taktikaya əl atıb. Qəzet fərz edib ki, Donald Tramp seçkilərdə qalib gəlir və təcili Kremlə, dostu Putinə zəng vurur. Və onların arasında aşağıdakı kimi dialoqun gedəcəyini təxmin edir:
Trampın prezident səlahiyyətlərinin icrasına başlamağa bir gün qalmış şaxtalı yanvar günündə Moskvada, Kremldə Putinin telefonu zəng çalır:

Putin:Donald! Sənin nömrən telefonun ekranına çıxan kimi dərhal tanıdım! İşlər necədir? Bir daha təbrik edirəm!
Tramp: Sağ ol, Vladimir! Cadugər (Hillari Klinton) artıq həbsxanadadır, bir neçə gün sonra onu tonqala atacağıq.
Putin: Doğru edirsən, Donald. O, buna layiq idi, yaramaz qadın. Sənə necə kömək edə bilərəm?

Donald: Vladimir, bunu etiraf etmək mənə asan deyil, ancaq komandamda bir nəfər də olsun adam yoxdur ki, xarici siyasət barədə heç olmasa təsəvvürü olsun. Mənə sənin köməyin lazımdır.
Putin: Əlbətdə kömək edərəm, axı biz dostuq!
Tramp: Sən mənim müşavirim olmağa hazırsan? Mən sənə milli təhlükəsizlik üzrə kölgə müşavir postunu təklif edirəm.
Putin: Problem yoxdur! Məmuniyyətlə sənin təklifini qəbul edirəm, səndən buna görə bir qəpik də almaram! Əlbətdə, sən Moskvada “Tramp Towers” tikə bilərsən və səhmlərinin 50 faizini mənə verərsən.
Tramp: Hesab elə ki, bu problem həll olundu. İndi iş barədə. Əvvəlcə Kuba məsələsi. Mənə deyiblər ki, o “zənci” (Obama) Raul Kastro ilə münasibətləri normallaşdırmağa başlayıb. Proses artıq başlayıb, mənə bunu dayandırmaq lazımdır.

Putin: Asan məsələdir, Donald. Kubanı mənə ver, o təzədən Rusiya müstəmləkəsi olsun.
Tramp: Vladimir, sən doğrudan da bunu mənim üçün etməyə hazırsan?
Putin: Əlbətdə. Məncə sən etiraz etməzsən ki, biz yolüstü Ukraynanı, Polşanı, Latviyanı, Estoniyanı da qaytaraq.
Tramp: Nə danışırsan dostum. Onlar sənindir!
Putin: NATO qarışmayacaq?
Tramp: Sabahdan etibarən, əziz Vladimir, NATO olmayacaq. Bu, mənim seçkiqabağı vədlərimdəm biri idi, yadındadırsa mən bu vədi sənin məsləhətinlə vermişdim. Sekiqabağı vəd demişkən, mənim daha bir çətinliyim var. Meksika ilə sərhəddə 3 min kilometrlik hasar çəkmək məsələsi mənim hesabladığımdan çox bahaymış.

Putin: Mənim təklifim var. Divarı sənin seçilməyindən sonra Meksikaya mühacirət edib siyasi sığınacaq istəyən on milyonlarla amerikalı tikə bilər. Hələlik mən sənə Kennedinin 1962-ci ildə bizə etməyə imkan vermədiyini etməyi təklif edirəm.
Tramp: Hansı Kennedi? Sən Çak Norrisin “Delta dəstəsi” filmində oynayan aktyoru deyirsən?
Putin: Yox, öldürülən ABŞ prezidentini.
Tramp: Hə, nəsə yadıma gəlir. Məni belə qorxutma, Vladimir, lənət şeytana, onsuz da düşmənim çoxdur.
Putin: Narahat olma, Donald. Əgər istəsən o qaradərilinin xüsusi xidmətindən olan mühafizəçiləri işdən azad elə, mən sənə KQB-dən əla komanda ayırararam.
Tramp: Təsəvvür edə bilməzsən ki, sənə necə minnətdaram!


Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами