Son 3 ayda Azərbaycana 200 mindən artıq miqrant gəlib

Son 3 ayda Azərbaycana 200 mindən artıq miqrant gəlib

Son 3 ayda Azərbaycana 200 mindən artıq miqrant gəlib
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
12/10/2016 [20:20]
Baxılıb :
190 dəfə

Avropanın sərt qaydaları qaçqın axınının istiqamətini dəyişir
Fuad Ələsgərov: «Dünyada güclü miqrasiya axını Qərb ölkələrinin siyasəti nəticəsində yaranıb»
"Yaxın Şərqdə yaşanan miqrasiya problemləri Azərbaycana da təsir edir. Azərbaycana saxta sənədlərlə getdikcə daha çox miqrant daxil olmağa çalışır". Bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin miqrasiya orqanlarının rəhbərləri Şurasının 19-cu iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, bu gün miqrasiya sahəsində böhranın təsirinin ən bariz nümunəsi Suriyadan milyona yaxın qaçqının kütləvi şəkildə Avropaya gedişidir. “Yüz minlərlə suriyalı qaçqın Avropa ölkələrində sığınacaq axtarmaq məcburiyyətində qalıb. Ancaq bu ölkələrdə onlara, o cümlədən qadınlara və uşaqlara qarşı sərt və qəddar siyasət nümayiş etdirilir".
F.Ələsgərov qeyd edib ki, belə güclü miqrasiya axını Qərb ölkələrinin siyasətinin nəticəsində yaranıb. Onun sözlərinə görə, hazırda Avropada miqrasiya məsələlərinin həll üzrə aktiv müzakirələr aparılsa da, xüsusi səmərəli həllər hələ də tapılmayıb. "Bir çox hallarda qaçqınların hüquqları qorunmur. Avropa ölkələrində miqrasiya böhranı fonunda ksenofobiya, islamofobiya, milliyyətçilik xüsusiyyətləri artır və bəzi avropalı siyasətçilər populyarlıqlarını artırmaq üçün tez-tez bunların adlarını çəkir" - deyə şöbə müdiri bildirib.

F.Ələsgərov Azərbaycanın bu sahədə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verməklə miqrasiya problemlərinin həllinə öz töhfəsini verdiyini əlavə edib.

"Ermənistanın etnik təmizləmə siyasəti və Azərbaycan torpaqlarının 20% faizini işğal etməsi nəticəsində Azərbaycan postsovet məkanında böyük miqrasiya axını ilə üzləşən ilk ölkə olub. Bir milyondan çox adam öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb, respublikanın hər səkkiz nəfərindən biri qaçqın olub", - deyə F.Ələsgərov vurğulayıb.

Azər Allahverənov: “Sərhəd-buraxılış məntəqələrimiz dünyanın inkişaf etmiş ölkələri ilə rəqabətə girməyə hazırdır”

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Bizimyol.info saytına şərhində saxta sənədlərlə Azərbaycana daxil olmaq istəyən miqrantların olduğunu təsdiqləyib. Ekspert bildirir ki, bu istiqamətdə bizi hansısa təhlükə gözləmir.  “Dövlət Sərhəd Xidmətinin (DSX) bir neçə keçid məntəqəsində bu kimi faktlar aşkarlanıb və həmin şəxslər dərhal gəldikləri ölkəyə qaytarılıblar. Bu barədə KİV-də də informasiyalar yayılıb. Bizim sərhəd-buraxılış məntəqələri kifayət qədər təkmildir və hətta dünyanın inkişaf etmiş ölkələri ilə rəqabətə girməyə hazırdır. Sərhəd-buraxılış məntəqələrində, xüsusilə də hava limanında təhlükəsizlik tədbirləri kifayətə qədər yüksək təmin olunur. Bu səbəbdəndir ki, heç bir zaman Azərbaycanın hava limanında terrora cəhd göstətə bilməyiblər. Adətən, terror təşkilatları boşluq gördükləri yerdə planlarını həyata keçirməyə cəhd göstərirlər. Bizdə isə təhlükəsizlik tədbirlərinin düzgün həyata keçirildiyinə görə, bu boşluqları görə bilmirlər”.

Azər Allahverənov deyir ki, ümumiyyətlə son vaxtlar Azərbaycana gələn miqrantların sayında artım müşahidə olunur. “Bu fakt Dövlət Miqrasiya Xidmətinin (DMX) açıqladığı rəqəmlərdə də özünü göstərir. Son aylarda gələn miqrantların sayı artıb. Xüsusilə ərəb ölkələrindən son 3 ayda 200 mindən yuxarı miqrant gəlib. Miqrantlar arasında həm turist vizası ilə, həm adi viza ilə gələnlər var. Həmçinin viza rejimi tətbiq olunmayan ölkələrdən də gələnlərin sayı az deyil. Azərbaycan miqrasiya proseslərinin - qərblə şərqin, şimalla cənubun kəsişdişdiyi bir məkanda yerləşir. Ona görə də bu ölkə miqrantlar üçün həmişə maraqlıdır. Bu maraq yaşamaq və işləməyə də aiddir. Çünki Azərbaycanda çoxsaylı layihələr reallaşdırılmaqdadır. Eyni zamanda, tranzit kimi ölkə ərazsisindən istifadə etməyə cəhd edən miqrantlar da var. Saxta sənədlərlə daxil olmaq istəyənlər də ölkədən tranzit kimi istifadə etmək istəyənlər idi”.

“Avropanın sərt qaydaları miqrantların digər ölkələrə üz tutmasına səbəb olur”

Ekspert bildirir ki, miqrantların sayının artması onu göstərir ki, Avropaya olan miqrant axını başqa istiqamətə yönəldib. “Bildiyimiz kimi Avropada da müəyyən proseslər gedir, qaçqınlar problemi ilə üzləşirlər. Almaniya, Macarıstan, Yunanıstan və s. kimi Avropa ölkələri qaçqın axınının qarşısını almaq üçün çox sərt qaydalar tətbiq edirlər. Bu da nəticə etibarilə Avropa üz tutmaq istəyən miqrantların başqa ölkələrə getməsi ilə nəticələnir və bu ölkələr sırasında Azərbaycan da var.  Müvafiq dövlət qurumları, xüsusilə də DMX ilə müzakirələr zamanı hər zaman diqqətə çatdırırıq ki, miqrantlar ölkələrin miqrasiya qanunvericiliynə boşluqlardan istifadə etməyə çalışırlar. Ona görə də biz qanunvericiliyimizi daha təkmil şəkildə etməliyik. İl ərzində bir neçə dəfə miqrasiya qanunvericiliyinə dəyişikliklər edilir. Bu da həmin boşluqların aradan qaldırılması ilə bağlıdır. Həmçnin digər ölkələrin miqrasiya qurumları ilə sıx əlaqələr qurulmalıdır ” - deyə A.Allahverənov vurğulayıb.

Rəşad VAQİFOĞLU

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами