Rusiya Ukrayna ilə rəsmən müharibəyə başladı
Rusiya Ukrayna ilə rəsmən müharibəyə başladı
Ukrayna Ali Radasının sədr müavini Ruslan Koşulinski bildirib ki, ölkə hazırda Rusiyanın Krıma hərbi təcavüzünə keyfiyyətli şəkildə hərbi cavab vermək gücündə deyil. “Çünki Yanukoviç rejimi özündən sonra ağır durumda olan silahlı qüvvələr və Təhlükəsizlik Xidməti qoyub” deyə Koşulinski bildirib.
Vitse-spiker deyib ki, bu halda Ukrayna Krımdakı vəziyyətin ancaq diplomatik yolla həllinə çalışa bilər. Onun sözlərinə görə, Ukraynanın ərazi bütövlüyünün qarantı olan digər ölkələr Budapeşt razılaşması çərçivəsində Rusiyaya təzyiq göstərməlidir. “Ukrayna hazırda Krımdakı hərbi münaqişənin istənilən güc ssenarisinə keçməsi riskini minimallaşdıraraq istisnasız olaraq diplomatik yollarla hərəkət edir” deyə o, bildirib.
Комментарии
Отправить комментарий