Ermənistan Rusiyayla birgə Ukrayna əleyhinə savaşmağa hazırdır

Ermənistan müharibəyə başlayır - Şok

Ermənistan müharibəyə başlayır
Ermənistan Rusiyayla birgə Ukrayna əleyhinə savaşmağa hazırdır

Politika.az xəbər verir ki, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat Təhlükəsizlik Şurasına göndərdiyi sorğudan sonra bu qərara gəlib. Şuradan mətbuata Putinin keçirdiyi konfransda bütün sözləri dediyini və bununla kifayətlənməli olmaları barədə açıqlama verib. Mətbuat isə öz növbəsində bu cümlələri analiz edərək Ermənistanın Rusiya tərəfində vuruşacağını iddia edib. “Təhlükəsizlik Şurasının verdiyi cavab hər şeyi özündə əks etdirir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Əgər Rusiya-Ukrayna savaşı başlasa, o zaman Ermənistan müharibəyə qatılacaq və Rusiyayla birgə vuruşacaq. Ən azından, Təhlükəsizlik Şurasının verdiyi açıqlama təəssüf ki, bizim sözlərimizi inkar etməyə kifayət etmir”. Qeyd edək ki, Rusiyanın Krıma öz qoşunlarını göndərməsindən sonra heç bir rəsmisi vasitəsiylə Ukrayna hadisələrinə münasibət bildirməyən ölkələr sırasında Ermənistan da yer almışdı. Hazırda bu ölkənin əsas hərbi vasitələri Rusiyanın nəzarətindədir. Ölkənin qərb və cənub sərhədləri rus sərhədçiləri tərəfindən qorunur.

      



Fikirlər

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами