“ Rusiya ordusu sərhədlərimizə toplanır”
“ Rusiya ordusu sərhədlərimizə toplanır”
”Ölkəmizin şərq sərhədləri yaxınlığında Rusiya Federasiyasının hərbi qruplaşmalarının toplanması gedir. Hərbi təlimlərin bitməsinə baxmayaraq, onlar yenə də öz yerlərində qalıblar. Hər gün bu qoşunların sərhəd yaxınlığındakı manevrləri davam edir. Əsasən gecələr sərhəd yaxınlığında müxtəlif təxribatlar həyata keçirirlər”.
Qeyd edək ki, Ukrayna hökuməti vəziyyətin mürəkkəbliyini nəzərə alaraq yeni müdafiə naziri təyin edib. Belə ki, Ukrayna Yüksək Radası general-polkovnik Mixayıl Kovalın müdafiə nazirinin səlahiyyətlərini yerinə yetirməsi haqqında qərar lahiyəsini qəbul edib. Mixayıl Koval bundan əvvəl həmin vəzifəni icra edən İqor Tenyuxa təşəkkür edərək deyib:
”Mən bütün məsuliyyəti dəqiq başa düşürəm. Mən hərbi işi bilirəm və onu çox sevirəm.”
Yüksək Radanın sədri və prezident səlahiyyətlərini yerinə yetirən Aleksandr Turçinov isə Ukraynanın eks-müdafiə naziri Aleksandr Kuzmıkı müdafiə məsələləri üzrə özünün müşaviri təyin edib.
Комментарии
Отправить комментарий