Azərbaycan və İran vətəndaşlarının sərhədi sadələşdirilmiş qaydada keçməsi ləğv olundu
Zeynəb Xanlarova: “Qardaşı qardaşdan ayırmaq olar?”
Bölmə: SİYASƏT11 Dekabr 2012 14:03
Azərbaycan və İran vətəndaşlarının sərhədi sadələşdirilmiş qaydada keçməsi ləğv olundu
Bu gün Milli Məclisdə «Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında" Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında və "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında" Memorandumun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 1 mart tarixli 67-IIIQ nömrəli Qanununun ləğv edilməsi haqqında qanunun layihələri müzakirəyə çıxarılıb.
Lent.az-ın verdiyi məlumata görə, sənədlər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu memorandumların kökündə SSRİ dövründəki mövcud qaydalar əksini tapıb. O qeyd edib ki, hazırda Azərbaycan hazırda bütün ölkələrlə münasibətləri tənzimləyən bir viza sistemi yaradıb. Eyni zamanda sərhəd rejimini, təhlükəsizliyi tənzimləyən qanunlar mövcuddur: “Miqrasiya, vətəndaşların gedib-gəlməsini tənzimləyən mükəmməl qanunvericilik bazası yaradılıb. Hüquqi baxımdan belə bir Memorandumun müddəalarına ehtiyac qalmır. Hər iki dövlətin səlahiyyətli orqanı bu Memorandumun ləğvi barədə mövqeyini bildirir. Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 9-da Memorandumun ləğvi barədə mövqeyini bildirir”.
Əli Hüseynli deyib ki, hansısa dövlətlə xüsusi norma düşünülmür: “Bütün dövlətlərə aid edilən bir baza yaradırıq”.
Millət vəkili Fuad Muradov deyib ki, belə sənədlərin imzalanması və ləğv edilməsi beynəlxalq praktikada asanlıqla həyata keçirilib: “İrana gəlincə, həmişə problem olur. Məsələn, Arazda Xudafərin su anbarının tikilməsinə nə ehtiyac var? Xəzərlə bağlı da İranla belə problemlər olur. Bir müddət əvvəl Kürün səviyyəsinin qalxması ilə bağlı problem yarandı. Xudafərin su anbarı bizim üçün təhlükədir, bunun tikilməsinə ehtiyac yox idi. İndi tikilib, Azərbaycan bu məsələyə diqqətini artırmalıdır ki, çaylarda suyun səviyyəsi artarkən təhlükə olmasın. Bu Memoranduma gəlincə, burada heç bir siyasi məqsəd yoxdur. Artıq dünya dəyişib”.
Vitse-spiker Ziyafət Əsgərov isə Fuad Muradovu məsələni siyasiləşdirməkdə ittiham edib: “Əvvəlcə deyirsiniz ki, burada siyasi məsələ yoxdur, sonra da onu siyasiləşdirirsiniz. Bunu necə başa düşək? Biz də deyirik ki, bu məsələdə siyasi heç nə yoxdur. Çox qəribə danışırsınız”.
Millət vəkili Qüdrət Həsənquliyev isə müzakirəyə çıxarılan sənədlərin əleyhinə olduğunu söyləyib: “İranın müəyyən cəhdləri olub, təhlükəsizlik orqanlarımız qarşısını alıb. Qoy Cənubi Azərbaycandakı soydaşlarımız da, farslar özləri də Azərbaycana gəlsinlər. Biz İranla ümumiyyətlə, viza rejimini aradan qaldırmalıyıq. Özü də tək İranla yox, Avropa ilə də aramızdakı vizanı götürməliyik. Rusiya ilə viza rejimi götürülüb, hansı problem yaranıb? İran 1 milyon müsəlmanı torpağından didərgin saxlamış Ermənistanla əlaqə saxlayır, bu ölkənin ayaq üstə qalmasına yardımçı olur. Bununla da Ermənistana yardımçı olur. Ancaq sərhədlərin qapanması çıxış yolu deyil. Ona görə də bu məsələyə etirazımı bildirirəm. Onları da bunun əleyhinə səs verməyə çağırıram”.
YAP icra katibinin müavini Siyavuş Novruzov deyib ki, bu gün İranla bağlı statistikaya baxılsa, İrandan Azərbaycan vətəndaşlarının nə isə alması, ticarət əlaqəsi qurması halı sıfır səviyyəsindədir: “Bu Memorandum sərhəd bölgələrində yaşayanların ticarət əlaqəsini nəzərdə tuturdu. Bu gün Azərbaycan vətəndaşları viza almadan İrana keçə bilər. Lakin biz müxtəlif dini cərəyanların qarşısını almaq, narkotik dövriyyəsinin qarşısını almaq üçün belə addımlar atmalıyıq. Bu, tək forsa yox, orada yaşayan soydaşımıza da aiddir. Biz Azərbaycana gələn şəxslərin kim olduğunu bilməliyik. Bu günün tələbi odur ki, belə olmalıdır”.
Millət vəkili, xalq artisti Zeynəb Xanlarova bildirib ki, Qüdrət Həsənquliyevin danışığı çox xoşuna gəlib: “Axı İranda olanlar bizim qardaşlarımızdır. Qardaşı qardaşdan ayırmaq olar? İndi bəziləri xəstədir, İranda müalicə olunmaq istəyir. Bizi bir-birimizdən təcrid etmək düzgün deyil. Mən bu qərarın əleyhinə səs verəcəyəm. Əgər farsı düşmən hesab ediriksə, onlar üçün belə qərar qəbul edək. Yox, millətimizi qoruyuruqsa, Milli Təhlükəsizlik Nazirliyi nə üçündür, yoxlasınlar”.
Ziyafət Əsgərov deyib ki, söhbət düşmən olmaqdan getmir, orada yaşayanlar qardaşlarımızdır: “Memorandumun vaxtı bitib, ya uzadılmalı, ya da ləğv olunmalıdır. Bu barədə danışıqlar aparılır. O qardaşlar yenə Azərbaycana gəlib-gedəcəklər, ancaq viza ilə! Viza rejimi tətbiq olunacaq, sonra bu məsələyə qayıdıla bilər”.
Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.
Ramiz

Комментарии
Отправить комментарий