Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın iclası başlayıb

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın iclası başlayıb - FOTO
Font ölçüsü : a | A


FOTOSESSİYA



[ 23 Sentyabr 2010 16:07 ]
Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda Azərbaycan və Gürcüstan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın birgə iclası başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Gürcüstanın xarici işlər nazirinin müavini David Çalaqaniyanın başçılıq etdikləri nümayəndə heyətləri, Azərbaycanın Gürcüstanla həmsərhəd olan Qax, Balakən, Zaqatala, Ağstafa, Qazax, Samux və Tovuz rayonlarının İcra Hakimiyyəti başçıları iştirak edirlər.

Tədbirdən əvvəl iştirakçılar Heydər Əliyevin Balakəndəki abidəsini ziyarət ediblər.

X. Xələfov jurnalistlərə açıqlamasında deyib ki, komissiya 1996-cı ildən fəaliyyət göstərir. Gürcüstanla Azərbaycanın ümumi sərhədinin 480 kilometr olduğunu deyən nazir müavini bunun 300 kilometri ilə bağlı məsələnin həllini tapdığını, qalan 180 kilometr üzrə isə hazırda iş aparıldığını deyib.

İclas iki gün davam edəcək.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами