Yuxularımızdakı 13 sirr - ARAŞDIRMA (?)


Yuxularımızdakı 13 sirr - ARAŞDIRMA

13 FEVRAL 2012 [16:25] - MİLLİ.AZ
Dünyanın istisnasız olaraq bütün xalqlarında yuxuyozmalar, yuxulardakı hadisələrin sonradan gerçək olması və ya gerçəklərdən xəbər verməsinə inam var.

Qədim Roma dönəmlərində romalıların senatı belə, yuxuları təhlil edir, çözməyə çalışırdı.

Bəs yaxşı, röyalar barədə nə bilirik?

Milli.Az "Scientist"ə istinadən bildirir ki, yuxularla bağlı 13 önəmli məqam aşkarlanıb.

1. İnsan yuxuda gördüklərinin 90 faizini unudur. Yuxudan ayılandan sonrakı 5 dəqiqədə insan, yuxularının 50, 10 dəqiqə sonra isə 90 faizini tamamilə unudur.

2. Korlar da yuxu görürlər. Doğulandan sonra kor olanlar yuxularında dəqiq görüntülər görürlər. Anadangəlmə korlar isə yalnız lamisə hisslərinə istinadən əldə etdikləri informasiyalar əsasında yuxu görürlər.

3. Hamı yuxu görür. Ciddi psixoloji narahatlığı və problemi olanlar istisna olmaqla, hamı yuxu görür. "Mən yuxu görmürəm" deyənlər isə sadəcə, yuxularını çox tez unudanlardır.

4. Yalnız tanış insanlar yuxulara girir. İnsan beyni yeni üzlər yaratmır. Bu səbəbdən insan yuxusunda tanıdığı adamları görür, amma sonradan onları xatırlamır. Hər birimiz yuxuda minlərlə üz görmüşük.

5. Hər kəs rəngli yuxu görməz. İnsanların 12 faizi sadəcə ağ-qara yuxular görür.

6. Yuxular simvolik məna daşıyır. Əgər yuxu konkret bir mövzu, hadisə və ya məsələ ilə bağlıdırsa, o, çözülməli və yozulmalıdır.

7. Yuxular hisslər toplusudur. Yuxularda neqativ hisslər pozitiv duyğulardan daha çoxdur.

8. Yuxular hərdən təkrarlanır. Yuxuların çoxu sadəcə, bir dəfə görülsə də, təkrarlanan yuxular az deyil. Qadınların 70, kişilərin isə 65 faizi təkrar yuxular görə bilirlər.

9. Heyvanlar da yuxu görür. Müxtəlif heyvanlar üzərində aparılmış sınaqlar insanlar təki, onların da yatdıqları zaman beyinlərindəki neyrofiziki fəaliyyətlərindəki dəyişikliklərin dalğalar yaratdığını sübut edib.

10. Yuxu insan bədənini iflic edir. İnsan yuxuda olanda beyindəki xüsusi sahə bədəni yarıiflic vəziyyətinə salır.

11. Yuxu və reallığın birləşməsi. İnsan yuxuda olanda ətrafdakı səsləri eşidir, onları yuxusunun bir parçasına çevirir.

12. Kişi və qadın yuxuları. Kişilər qadınlarla bağlı yuxular görməyə meyllidir. Kişilərin yuxularındakı obrazların 70 faizi qadınlardır. Qadınların yuxularındakı obrazların isə yarısı kişi, yarısı da qadındır. Üstəlik, kişilər yuxularında daha aqressiv duyğular yaşayırlar.

13. Yuxular gələcəkdən xəbər verir. Aparılmış araşdırmaların nəticələri göstərir ki, insanların 18-38 faizi gələcəkdən xəbər verən yuxular görür. Yüuxuların 70 faizi isə dejavyu hissinə söykənir.

Milli.Az
URL: http://www.milli.az/news/interest/96841.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1368

Şərh etmək

Sizin adınız:
Şərhin mətni:
Təsdiq kodu:captcha
Xəbərlərə yazılan şərhlərin Milli.Az xəbər portalının redaksiya siyasətinə heç bir aidiyyatı yoxdur. Biz yazılan şərhlərin forma və məzmununa görə məsuliyyət daşımırıq. Xahiş olunur ki, mövcud qaydalara riayət edəsiniz.
seva 13.02.2012 16:54
menim pisiyim de yuxu gorur
....... 13.02.2012 17:06
mən tanımadığım adamları görürəm yuxuda, hansı ki,heç həyatımda bir dəfə də görməmişəm.1 həkimin adını çox eşitmişəm,amma onun üzünü görməmişəm, 2 gün olar həmin həkimi gördüm,sınayacam.maraq üçün gedəcəm həmin həkimin yanına.Çox maraqlı gəlir mənə yuxunu görürəm,sonra həmin adamı.
Konak 13.02.2012 17:12
o zaman menide yuxuda görücen demektir...
!!!!!!! 13.02.2012 17:10
mənim də yuxularımın əsas hissəsi qaynanama həsr olunur, ta bezmişəm hərgün onu görməkdən.az qalıram yatmayam, təsəvvür eliyin kabus rəsmən.
karayip 13.02.2012 17:21
Shahzade_17 sensen?
MILA 13.02.2012 17:26
men nece yuxu goruremse butun gun o yuxunun tesiri altinda oluram. hec ozume gele bilmirem.
çiçevotalya 13.02.2012 17:47
Yuxulara inaniram
Sekine 13.02.2012 19:44
menim yuxum cox vaxt tekrarlanir..
***~~*** 13.02.2012 21:11
Anamın da mənim də yuxularımız çin olur.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами