Azərbaycan ən sürətli böyüyən ölkələr sıralamasında


Azərbaycan ən sürətli böyüyən ölkələr sıralamasında

The Economist 2001-2010 illəri arasında ölkələrin Ümumi Daxili Nəticələrini müqayisə etdi. Əldə edilən məlumatlara görə son 10 illik periyotda ən sürətli böyüyən ölkələr Ekvatorial Qvineya, Azərbaycan və Türkmənistan oldu. Sıralamada Rusiya 27-ci ,Türkiyə 87-ci sırada yer aldı.
İqtisadi irəliləmənin ya da geriləmənin ən yaxşı göstəricisi olaraq qəbul edilən Ümumi Daxili Nəticələrə (GSYİH) görə ilk üç sırada olan Ekvatorial Qvineya, Azərbaycan və Türkmənistanın ortaq xüsusiyyətləri təbii qaynaqlar baxımından zəngin olmalarıdır.Dördüncü sıradakı Çin isə bu qaydanın tək istisnası kimi dayanır.
Haiti və Zimbabve isə son on ilin ən böyük eniş göstərən iki ölkəsidir. Zəlzələ və epidemiya xəstəliklə sarsılan Haiti, 179 ölkə arasında 175-ci sıradadır.Zimbabve isə siyahının dibində və müflisləşmiş bir görünüş sərgiləyir.
2001-ci ildən bu yana GSYİH nisbətlərində mənfisi olan yalnız 15 ölkə var.


Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами