Misirin xuntaçı prezidenti Sisi öhdəliklərini yerinə yetirir...

Günün xəbərləri

  • 14:00 – Erməni kəşfiyyatçısı Naxçıvan ordusunun Dərələyəzə girə biləcəyini açıqladı 
  • 00:16 – Rusiya və İran parçalansa - bu, Azərbaycana nə vəd edir... 00:16 – Rusiya və İran par
  • 17:15 – ABŞ-ın Azərbaycandakı səfiri iftar süfrəsi açıb –Açıqlama 
  • 16:45 – Türkiyə Hərbi Qüvvələri 16 terrorçunu məhv edib 

Misirin xuntaçı prezidenti Sisi öhdəliklərini yerinə yetirir...

Misirin xuntaçı prezidenti Sisi öhdəliklərini yerinə yetirir...
Sinay yarımadasının şərqində yer alan Tiran və Sanafir adlı iki ada Misirin xuntaçı başçısı Sisi tərəfindən Ərəbistana verildi. Misir iqtisadiyyatına 25 milyard dollarlıq investisiya qarşılığında Ərəbistan adaların sahibi oldu. 
Tiran adası Akabe körfəzini Qırmızı dənizdən ayıran Tiran boğazının girişində yerləşir və ərazisi 88 kvadrat km-dir. Tiranın 4 km şərqində yer alan Sanafir adası isə 33 kvadrat km-dir.

Nəzərinizə çatdırmaq istəyirəm ki, Sanafir və Tiran adaları körfəzdə çox strateji əhəmiyyətə malikdirlər. Mütəxəssislərə görə, bu adaların Misir tərəfindən Ərəbistana verilməsi həm Yaxın Şərqə ümumilikdə isə bütün dünyaya təsir edəcəkdir.

Daha öncə də qeyd olunduğu kimi bu adalar Akabe körfəzini Qırmızı dənizə bağlamaqdadır. Misirdə olduğu müddətdə beynəlxalq hüquq normlarına görə Sinay yarımadası ilə Tiran adası arası Misirin daxili daxili suları sayılırdı. Adaların Ərəbistana keçməsi ilə isə bu status dəyişməkdədir. Adalar Misirdə olduğu müddətdə beynəlxalq ticarət gəmiləri Sinay-Tiran arası dəniz yolundan Misirin daxili suları olduğuna görə keçə bilmirdi. Ərəbistana verildikdən sonra isə artıq Sinay-Tiran arası beynəlxalq sular statusuna keçmişdir. Belə olduğu halda İsrailin Eilat limanı beynəlxalq liman statusunu qazanaraq Süveyş kanalına alternativ rəqib olmaqdadır. Bu rəqabət nəticəsində İsrail, Aralıq dənizindəki Aşdod və Akabe körfəzindəki Eliat limanları arasında quracağı kanal və ya dəmir yolu planı ilə Süveyş kanalının verdiyi payı əlinə keçirərək həm Misir iqtisadiyyatına zərbə vuracaq həm də dünya ticarətində söz sahibi olacaqdır.

Digər tərəfdən İsrail ordusunun Qırmızı dənizə qapıları açılmaqla enerji yollarının nəzarətini əlinə keçirəcəkdir. Bu da İsrailin strateji önəmini artıracaqdır.


Ağ Partiya başqanının müavini Cavid Hacıbəyli

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами