Hrant Dİnkin qətlini sifariş verən Ərhan milliyətcə erməni çıxdı…
Hrant Dİnkin qətlini sifariş verən Ərhan milliyətcə erməni çıxdı…
Hrant Dİnkin qətlini sifariş verən Ərhan milliyətcə erməni olduğunu etiraf edir. Uluslararası Asılsız Ermeni İddialarıyla Mücadele Derneği (ASİMDER) başqanı Göksəl Gülbəy İqdırda APA TV-yə müsahibəsində bu və başqa təfsilatlara varmışdır.
- Əgər həqiqətən ermənilərə qarşı soyqırımı törədilsəydi, bunun sübutu kimi, ortalıqda bir toplu məzar olardı. Türkiyədə türklərin kütləvi şəkildə qətlə yetirildiyini isbatlayan onlarla belə məzarlar var. Təbliğat müharibəsində bu üstünlükdən niyə istifadə olunmur?
- Əvvəla şəhərimizə “xoş gəldiniz” deyirəm. Dərnəyimiz gəlməyiniz, bu mövzularda səsimiz olduğunuz üçün təşəkkür edirəm. Əvvəlcə 24 aprel tarixinə aydınlıq gətirmək lazımdır. Həmin gün ermənilərə qarşı soyqırımı törədildimi? Erməni yalanı əslində buradan başlayır. 24 apreldə bir dənə də olsun erməninin burnu qanamayıb. Ermənilərin “soyqırımı” dedikləri həmin gün Osmanlı dövlətinin “üsyanları buraxın, insanları qətlə yetirməyin!” xəbərdarlığına baxmayaraq müsəlmanları qətlə yetirən, bu bölgədə daş üstündə daş qoymayan daşnak və Hnçak erməni qruplaşmalarının 3 minə yaxın üzvünün həbs edildiyi gündür.
Sürgün qərarı mayın 27-də verilib, iyunun 1-də isə icra edilib. Bu rəsmi şəkildə qəzetdə də yayımlanıb. Bu məsələnin də 24 aprellə heç bir əlaqəsi yoxdur. 24 apreldə heç kim nə sürgün edilməyib, nə də soyqırımı törədilməyib. Bu tarix sadəcə erməni qruplaşmaların üzvlərinin həbs olunma tarixidir. Ermənilər qətliamları təkcə burada törətməyiblər, onlar bu qətliamları Azərbaycanın Quba şəhərində, İranın Urmiya şəhərində də törədiblər. 800 il müddətində onlar ancaq alət olublar, heç zaman dövlət olmayıblar. İndi də Rusiyanın əlində alətdirlər. Biz ASİMDER olaraq Ermənistanı bir dövlət kimi tanımırıq, o əraziləri hələ də İrəvan xanlığı bilirik. Türkiyədəki qətliamlar Van, Əlazığ, Ərzurum, Ərzincan, Bitlis, Muş, Diyarbəkir, Kayseridə törədilib. Bunu isbatlayan sənədlər bizdə var. Xüsusilə professor Yusuf Halaçoğlunun bu mövzuya dair çox ciddi araşdırmaları və kitabları var. Vanda Zeve məzarlığı var. 250 müsəlmanı qətlə yetirərək orada basdırıblar. Vanda öldürülənlər türklər deyil, kürdlərdir. Ona görə də biz BDP və ya digər kürd təşkilatlarının ermənilərə niyə simpatiya bəslədiklərini anlaya bilmirik. Ermənistan açıq şəkildə deyir ki, türklə torpaq davamız, kürdlə qan davamız var. Ermənilər deyir ki, “bizi əslində kürtlər qətl ediblər”. Hətta İrəvandakı soyqırımı muzeyində belə yazılır: “Ey oğul, atalarını qətlə yetirən qatil kürdləri unutma!” İndi bunu bilə-bilə kürtlərin niyə erməniləri bu qədər sevməsini anlamıram. İğdırda 6 kütləvi məzar aşkar edilib. Bunlardan 3-ü açılıb. İğdır bu qətliamı yaşayıb. İğdırlıların başqa bir şansızlıqları da var. 1915-ci ildə Suriyaya sürgün edilən ermənilər İrəvana getmək üçün bu bölgədən keçiblər. Van, Əlazığ, Bitlis, Muş, Ərzurumdan gələn ermənilər buranı yandıraraq keçib. Hər gələn buranı yandırıb. İğdır bu qətliamları yaşayıb. Soydaşlarımız İrana, Azərbaycana qaçmalı olublar. Bura dönə bilməyiblər. Çünki erməni qruplaşmaları hələ də buradan keçdiyi üçün bura dönə, cənazələrini götürə bilməyiblər. Qətliyama uğrayan türklərin cənazələrini it-pişik yeyib. Dediyim kimi, altı məzardan 3-ü açılıb. Biri Gədiklidə, biri Hakməmməddə, biri isə oba kəndində. Açılmayan kütləvi məzarlar isə Ermənistanla sərhəddə yerləşən Kadıqışlaq, Bayraqtutan və Küllük kəndlərindədir. Ən faciəli hadisə isə Oba kəndində baş verib. 1915-ci ildə Osmanlı İmperiyasında müharibə dövrü idi. Çanaqqala savaşı gedirdi. Oba kəndindəki Azərbaycan gəncləri də digər türk gəncləri kimi döyüşə gediblər. Kənddə yalnız qadın, uşaq və yaşlılar qalıb, onlar da silahsız. Silahların hamısını müharibə üçün yığıblar. Ermənilər kəndə girərək hamını təndir damına yığıb, üzərlərinə neft tökərək yandırıblar. Hakməmməddə isə adamları öldürüb su quyusuna atıblar. Gədiklidə də insanları bir yerə doldurub yandırıb, gözəl qadınları isə qaçırıblar. Yəni insanlar gözü dönmüş erməni şəbəkəsi tərəfindən qətlə yetirilib.
- Ermənilər o hadisələr zamanı milyon yarım soydaşlarının öldürüldüyünü bildirir. Ötən əsrin əvvəllərində Osmanlı ərazisində nə qədər erməni yaşayırdı ki, bunun milyon yarımı qırılıb?
- Ermənilər niyə arxivlərin açılmasını, tarixçilərdən ibarət müştərək komissiyanın qurulmasını istəmir?
- Erməni terrorçular Türkiyənin 41 diplomatını şəhid ediblər. Dünyanın istənilən ölkəsində 41 diplomatı şəhid etsəydilər, bütün dünya bundan xəbər tutardı. Biz niyə bunu etmirik?
- Şəhid diplomatlarımıza Allah rəhmət eləsin. Biz Qarsda bir yürüş keçirdik. Həm şəhid diplomatımız Yılmaz Çolpanın ölüm günü idi, həm də ASALA-nı qınama mitinqi idi. 250 adamla Qarsın soyuğunda yürüdük. Daxili İşlər Nazirliyindən şəhid diplomatların ailə üzvlərinin ünvanlarını aldıq, onlara məktub yolladıq. Sürix protokolları imzalanan zaman Alican sərhəd keçid məntəqəsinin açılması məsələsi xəttinin açılması məsələsi gündəmdə olarkən mən Türkiyə XİN-nə zəng elədim və dedim ki, əgər sərhəd açılarsa, 41 şəhidin şəklini gətirəcəyəm və nazirliyin qarşısında asacağam. Bizlərdən utanmırsınızsa, bunlardan utanın. Onlar dedilər ki, etmə, BU, yanlış olar. Mən dedim ki, Qarabağ qaytarılmayınca sərhəd açılarsa, bunu edəcəyəm.
- Törədilən cinayətlərin hamısının altında bir imza var – ASALA. Bu terror təşkilatı bu gün yenidən fərqli istiqamətdə təşkilatlanmağa başlayıb…
- ASALA ləğv olunmadı, 1984-cü ildə Livanda PKK ilə birgə mətbuata açıqlama verdilər. Bundan sonra Türkiyəyə qarşı birlikdə hərəkət edəcəklərini açıqladılar. Halaçoğlunun da dediyi kimi PKK daxilində güclü erməni lobbisi var. Halaçoğlu hətta 100-ə yaxın adını dəyişmiş kripto ermənilərin adını da açıqladı. Amerikada NEOASALA adlı təşkilat fəaliyyət göstərir. Yeni ASALA hazırda Suriyada təlim keçirir. Mən hətta təlim düşərgəsinin adını da açıqlamışam. Bundan başqa Amerika, Rusiya və Livanda təşkilatlanıblar. Mərmərədə gəmi məsələsindən sonra, İsraillə Türkiyənin münasibətləri gərginləşəndən sonra, İsrail də yeni ASALA-ya dəstək verir. Onlara düşərgələrdə sui-qəsd, kəskin nişançılıq, yolda asfaltın altına bomba yerləşdirmək, uzaqdan bomba partlatmaq, təxribat və qoruma öyrədilir. ASALA bitməyib, yenidən fəaliyyətə başlayıb. Bir neçə il bundan qabaq Azərbaycan və Türkiyə Xarici İşlər Nazirliklərinə Yeni ASALA imzalı təhdid məktubları gəldi. Bu məktubları göndərən bu təşkilatdır. Həmin təşkilat hətta Türkiyədə bəzi siyasi partiyalar daxilində özünə yuva qurub. Partiyaların ali şəxsləri onların adamlarıdır. Bu digər ASALA-ya bənzəmir. Çox təhlükəli bir şəbəkələşmə var. Fəaliyyətləri daha geniş miqyaslıdır. Əvvəlik ASALA kimi sadəcə hərbi deyil, həm də siyasi qanadı var. Sabah Azərbaycana da, Türkiyəyə də, Amerikaya da, başqa ölkəyə də siyasi anlamda sıza bilərlər. Bunların içərisində İrandakı ermənilər də var. Əslində bizim narahat olduğumuz məqamlardan biri İranda “erməni soyqırımı” abidəsinin olmasıdır. Orada İsfahanda “erməni soyqırımı” muzeyi var. Muzeyin bileti arxasında yazılır: “1915-ci ildə müsəlman bizi qırdı deyə bu muzey yaradılıb”. Qonşu, müsəlman ölkə isə buna icazə verib. 2015-lə əlaqədar ermənilər hazırda İstanbulda iş aparırlar, vəqflər qurublar. HDP adlı partiyanın ali orqanında Türkiyə vətəndaşı olan erməni əslli insanlar var. Onlar soyqırımı müdafiə edirlər və narahat olduğumuz məqam odur ki, onlar 2015-ci ildə parlamentə soyqırımı ilə bağlı layihə təqdim edəcəklər.
- 2015-ci ildən digər gözləntiləriniz nədir?
Əslində məsələ erməni-türk məsələsi də deyil, əsas məsələ Şərq-Qərb mədəniyyətləri arasında qarşıdurmadır. Xaç yürüşü ilə üz-üzəyik. Qərb mədəniyyəti xaçlı, Şərq mədəniyyəti müsəlmandır. Avropaya ermənilərlə bağlı nə danışsaq da inanmayacaqlar. Çünki onlar xristian bir ölkəni qoyub, müsəlman ölkənin tərəfini tutmazlar. Ermənistan müsəlman olsaydı, Rusiya, Amerika, Avropa onun tərəfini bu qədər tutardımı? Türkiyədə Azərbaycan bayrağını tanımayanlar var. Azərbaycan Türkiyəni tək qoymamalıdır, təbliğat işini Qərb şəhərlərində deyil, məsələn Vanda gerçəkləşdirməlidir. Vanda 30 min azərbaycanlı var, 8 azərbaycanlı kəndi var. Diyarbəkirdə, Elazığda türkmənlər yaşayır. Biz onlardan dəstək almalıyıq, Qərbə getməklə əslində özümüzü aldadırıq. Bizim təbliğat ağarmalı olduğumuz yer əslində bu coğrafiyadır.
Комментарии
Отправить комментарий