İran: Nüvə bombası olmayacaq
İran geri çəkildi: Nüvə bombası olmayacaq
İranın yeni dövlət başçısının bu addımı Qərb dövlətlərini razı salıb.
Həsən Ruhani hakimiyyətə gəldikdən sonra İranda bir sıra dəyişikliklərə imza atdı. Ruhani xələfi Mahmud Əhmədinejadın qatı anti-Avropa siyasətindən üz döndərərək, Qərbin rəğbətini qazanmaq üçün uran istehsalının azaldılmağını tapşırıb.
Qərbin sanksiyalarından ehtiyatlanan Ruhaninin geri çəkilməsi İranda da təəccüblə qarşılanıb.
ANN.Az Modern.az-a istinadən xəbər verir ki, İranda son bir ayda uran rezervlərinin istehsalı xeyli azalıb. Əhmədinejad dönəmində dünyaya meydan oxuyan İran hazırda həssas nüvə rezervlərini azaldaraq, onların böyük bir qismini öz tədqiqat reaktorunun yanacağı halına çevirib, "Reuters” yazır.
Məlumata görə, İranın yeni dövlət başçısının bu addımı Qərb dövlətlərini razı salıb. İranın nüvə rezervlərinin Qərbin nəzarətinə keçdiyi bildirilir. Rəsmi Tehran isə bu məsələyə rəsmi reaksiya verməyib.
ANN.Az
Комментарии
Отправить комментарий