Rusiya (?)-Azərbaycan sərhəddində qadın öldü

Rusiya-Azərbaycan sərhəddində qadın öldü
Qadın ürək çatışmazlığından öldüyü bildirilir
23.08.2013 12:45 | Oxunma sayı: 1511
"İCTİMAİ PALATKA" saytı

Bu səhər saat 06:00 radələrində Azərbaycan-Rusiya sərhəddində daha bir ölüm hadisəsi baş verib. Verilən məlumata görə, Qusar rayonunda yerləşən Samux keçid məntəqəsində Rusiya vətəndaşı 1954-cü il təvəllüdlü Saray Süleymanova dünyasını dəyişib. Qusar rayon prokuroru Anar Salahovun verdiyi məlumata görə, 59 yaşlı qadın İran İslam Respublikasından qayıdarkən sərhəddin Azərbaycan hissəsində dünyasını dəyişib. Qadının İrandan müalicədən gəldiyi bildirilir.

Saray Süleymanova uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş və İrana dərdinə çarə axtarmağa gedibmiş Onun halı qəflətən pisləşib və dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.
©



ŞƏRH: Hörmətli oxucu! Təsəvvür edin ki, bu yazını öz saytında nəşr edən "İCTİMAİ PALATKA" adlı saytın "başbilənləri 10 sətirlik yazıda Azərbaycanın Şümal və Cənub sərhədlərini  ayırd edə bilməyiblər. Süleymanovanın Azərbaycanın hansı həmsərd ölkə ilə olan sərhədini keçdiyi zaman vəfat etdiyini belə aydınlaşdıra bilməyiblər! Hadisə haqqında xəbərin başlığında Rusiya-Azərbaycan sərhədi yazıblar, xəbərin mətnində isə " qadın İran İslam Respublikasından qayıdarkən sərhəddin Azərbaycan hissəsində dünyasını dəyişib " yazıblar.  Vay belə jurnalistlərin halına!.. Fərahim...


İstifadə edilərkən ictimaipalatka.com saytına istinad olunmalıdır.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами