Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlıq


Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlığın detalları açıqlandı

Buradasınız: Əsas səhifə / Gündəm / Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlığın detalları açıqlandı

Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlığın detalları açıqlandı

Rusiya prezidenti Vladimir Putunin Azərbaycana səfərinin gedişində tərəflər arasında hərbi sahəyə aid çoxsaylı məsələlər razılaşdırılıb.
Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə (JHAM) Rusiyadakı hərbi mənbələrdən məlumat verilib.
JHAM-ın direktoru Cəsur Sümərinlinin sözlərinə görə, faktik olaraq söhbət 22 illik  müstəqilliyi dövründə Azərbaycanın Rusiya ilə hərbi sahədə reallaşdırdığı ən geniş həcmli əməkdaşlıq münasibətlərindən gedir. Tərəflər arasında təxminən bir ilə yaxındır müzakirəsi gedən bu razılaşmaların nəticəsində Azərbaycan yaxın perspektiv üçün Rusiyadan dəyəri milyardlarla dollar ölçülən silah və hərbi texnika alacaq, Rusiya Azərbaycanın müdafiə sənayesi obyektlərinin işində iştirak edəcək.
Rusiya və Azərbaycan rəhbərliyi arasında keçirilən görüşlərdə hərbi sahələrdə aşağıdakı məsələlər üzrə razılaşmalar əldə olunub:
- Azərbaycan yaxın 2-3 il ərzində Rusiyadan ən azı 4 milyard dollarlıq silah və hərbi texnika almaq öhdəliyi götürüb;
- “Rosoboroneksport”un təmsilçiləri Azərbaycanın müdafiə sənayesi obyektlərinin işində iştirak edcəklər (təlimçi, layihə ortağı kimi);
- Rusiyanın hərbi sənaye şirkətləri Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan silah və hərbi texnikanın təmiri və “modernləşdirilməsi” prosesində iştirak edəcəklər;
- Azərbaycan Xəzərdə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ABŞ və NATO ilə 2011-ci ildən güclənməkdə olan əməkdaşlığını dayandıracaq;
- Xəzərin təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan – Rusiya dialoqu bərpa olunacaq;
- Azərbaycan Müdafiə Nazirliyi hər il ən azı 100 ölkə vətəndaşını hərbi təhsil almaq üçün Rusiyanın ali hərbi məktəblərinə göndərəcək, yaxın aylarda Rusiyanın bu məsələ ilə bağlı hazırlamaqda olduğu sənəd rəsmi Bakıya təqdim olunacaq və s.
“Maraqlıdır ki, bütün bu məsələlər barədə rəsmi olaraq hər hansı məlumat verilmir”, – deyə “ Cəsur Sümərinli bildirir. Onun sözlərinə görə, qeyd edilən məsələlər reallaşarsa, bu faktik olaraq Azərbaycanın hərbi-siyasi baxımından Rusiyanın boyundurduğuna daxil olması demək olacaq.
“Bu proses Azərbaycanın milli təhlkəsizlik maraqları üçün ciddi təhdidlər yaradacaq. Faktik olaraq Azərbaycan NATO ilə onsuz da zəif olan əməkdaşlığını dayandırmağa məcbur olacaq. Bu razılaşmaların həyata keçməsi Azərbaycanın müstəqil dövlət siyasətinin, hərbi-siyasi prioritetlərinin itirilməsi anlamına gələ bilər”, – deyə C.Sümərinli bildirir. Onun sözlərinə görə, Rusiya ilə hərbi razılaşmalar nəticəsində Azərbaycan Türkiyə, İsrail və bir sıra ölkələrlə hərbi sahədə texniki əməkdaşlığı, silah və hərbi texnika alışını azalda və ya ümumiyyətlə, dayandıra bilər ki, bu da müasir ordu quruculuğu prosesində rəsmi Bakının işini əngəlləyəcək.
Onun sözlərinə görə, ölkə ictimaiyyəti, fəallar, QHT-lər, siyasi partiyalar bu məsələyə ciddi etiraz etməli, Azərbaycanın Rusiya ilə əməkdaşlığının onun milli təhlükəsizliyinə təhdidə çevrilməsinin qarşısını almalıdırlar.
Qeyd edək ki, bu gün Azərbaycan paytaxtına gəlmiş Rusiya prezidenti Vladimir Putini müdafiə naziri və “Rosoboroneksport”un baş direktoru da müşayiət edib. Görüşün sonunda keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq aktiv inkişaf edir və artım tendensiyasına malikdir.
“Hazırda Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollar təşkil edir”, – deyən İlham Əliyev bu əməkdaşlığın aktiv şəkildə davam edəcəyinə əminliyini ifadə edib: “Azərbaycan artıq dünyada haqlı olaraq ən yaxşılardan sayılan Rusiya texnikasının alıcısı olan aparıcı ölkələr sırasındadır”. (müsavat.com)
Elitar.Az

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами