Bakıdan Güneyli türklərə

Cəmiyyət
 
 
Bakıdan Güneyli türklərə seçkiləri boykot çağırışı
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi seçkilərin soydaşlarımız üçün faydasız olduğunu bəyan edir
20/4/2013 [11:04] Oxunma sayı: 96
Font:























Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təmsilçisi Yasəmən Qaraqoyunlu cümə günü RATİ-də İrandakı durumla bağlı mətbuat konfransı keçirib. O, İranda prezident seçkilərinə toxunub. Bu seçkilərin Güney Azərbaycan türklərinə müsbət heç nə verməyəcəyi iddia edilib. Buna görə də Güney Azərbaycan türklərinə seçkiləri boykot etmək mesajı göndərilib.
Daha sonra azərbaycanlıların Məşhəd şəhərinə ziyarətə getmələrinə, Qum şəhərində dini təhsil almalarına toxunub. Onun fikrincə, Azərbaycanda din “farslaşdırılıb” və Azərbaycanın din alimləri “Azərbaycanda din necə olmalıdır?” sualına cavab verməyib. Iranın Qum şəhərində dini təhsil alanların Azərbaycan dövlətinə “təhlükə” olduqları iddia edilib. Ölkənin dini mərkəzləri və Dini Komitə bu hala münasibət bildirməyə çağırılıb, dini islahata ehtiyac olduğu vurğulanıb. Y.Qaraqoyunlu şiəlik məzhəbinə “fars mifləri və ideologiyasının qatışdırıldığını söyləyib.
GAMAC-ın Güney Azərbaycanla bağlı 2013-cü il 30 mart Bakı konfransına cavab olaraq İran parlamentində Azərbaycanın İrana birləşdirilməsi məsələsi də diqqətdən kənarda qalmayıb.
İran tərəfinin 1828-ci il Türkmənçay müqaviləsinin ləğv olunaraq Azərbaycanı İrana birləşdirmək bəyanatı cəfəngiyyat adlandırılıb. O zaman İran yox, Qacarlar dövləti, Qacarların türklər olduğu nəzərə çatdırılıb. Buna görə də Azərbaycanın türk dövləti kimi Qacarların varis olaraq bütün indiki İran dövlətinin ərazilərinə iddia etməli olduğu deyilib. İranın uranı zənginləşdirərək nüvə silahına sahib olmaq istəməsi bütün region üçün təhlükəli sayılıb. Bu təhlükəyə qarşı Türkiyə, Azərbaycan, İraq, Əfqanıstan, Pakistanın, eləcə də İranla sərhəd ərəb ölkələrinin təhlükəsizlik paktı imzalaması təklifi səsləndirilib. Ermənistanla əməkdaşlığa və əslində Azərbaycanın işğalını dəstək olduğuna görə islam dövlətlərinin İranı İslam Əməkdaşlıq Təşkilatından xaric etməsi irəli sürülüb.
(Turan)

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами