Azərbaycanda yeni şəhər tikilir
27 Yanvar 2012, Cümə
Azərbaycanda yeni şəhər tikilir, 100 mlrd. dollara
Yeni şəhər sahəsi 3 min hektar olan 41 müxtəlif ölçülü adadan və 19 mikrorayondan ibarət olacaq.
Xəzər dənizində yeni şəhərin - «Khazar Islands»ın salınması layihəsinin icrası təqribən 100 mlrd. ABŞ dollarına başa gələcək. Bu barədə APA Agentliyinə «Khazar Islands» layihəsini inşa edən «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmli bildirib.
Dənizdə süni arxipelaq üzərində salınacaq «Khazar Islands» ümumi sahəsi 3 min hektar olan 41 müxtəlif ölçülü adadan və onun üzərində salınmış 19 mikrorayondan ibarət olacaq. Arxipelaqın özü uzunluğu 8 km, eni 3 km olmaqla ümumilikdə 24 kv. km-i əhatə edəcək. Adaların bulvar xəttinin ümumi uzunluğu 50 km-ə çatacaq.
Tikinti işlərinə 10 ay əvvəl başlanıb, hazırda layihəyə daxil olacaq böyük adalardan birinin və onun üzərindəki 6-7 yaşayış binasının tikintisi gedir. Ümumilikdə, 2022-2023-cü ilədək tikiləcək şəhərin 1 mln. sakini olacaq. «Khazar Islands»ın satış və marketinq direktoru Kənan Quluzadənin APA-ya məlumata görə isə, bura ilk sakinlərin köçürülməsinə 2013-2014-cü illərdə başlanacaq.
Hələlik «Khazar Islands»ın tikintisi «Avesta» konserninin öz vəsaiti ilə aparılır. Amma tezliklə bura xarici investorların cəlb edilməsi nəzərdə tutulur. Ümumilikdə layihənin əsas hissəsinin tikintisi üçün tələb olunan 60 mlrd. dolların 30 mlrd-ı xarici investisiyalar, 30 mlrd-ı isə mənzillərin satışından gəlməlidir. Şirkət rəhbərliyi bildirir ki, bura yatırılan investisiyaların illik gəlirliyi 10-15% təşkil edəcək.

Комментарии
Отправить комментарий