Azərbaycanda neçə nəfərdən biri casus imiş...

çərşənbə axşamı, Oktyabr 28, 2014 Bakı vaxtı 20:19

Verilişlər / Kontekst

Azərbaycanda neçə nəfərdən biri casus imiş...

Təhlükəsizlik əməkdaşlarının kitabın içərisində quraşdırdığı dinləmə qurğusu
Təhlükəsizlik əməkdaşlarının kitabın içərisində quraşdırdığı dinləmə qurğusu
«Arxivlər açılandan sonra məlum oldu ki, Şərqi Almaniyada ən yaxşı halda 7 nəfərdən biri hökumətin casusu imiş».

«…Ştazi» muzeyinin bələdçisi yəqin ki, bu əhvalatı hər gün danışır, amma yenə də emosiyalarını cilovlaya bilmir, orta yaşlı bələdçi qadın danışdıqca həyəcanını gizlətməkdə çətinlik çəkir, qırmızı yanaqları bir az da qızarır.

«Qonşular, dostlar, hətta ər-arvadlar da bir-birindən casusluq edirmiş. «Ştazi» hər yerdə idi, onların dinləmə qurğuları kitabın içindən, qalstukların astarından, hətta ağac koğuşlarından çıxırdı.

QORXUNC KEÇMİŞLİ MUZEY
Dinləmə qurğusu qalstukun içərisində
…Ştazi Şərqi Almaniyada – Almaniya Demokratik Respublikasında Dövlət Təhlükəsizliyi Nazirliyi idi. 1989-cu ildə Berlin divarları yıxılandan, Almaniya birləşəndən sonra bu vaxta qədər Sovet İttifaqının təsir dairəsində olan Şərqi Almaniyada Ştazinin arxivlərini də ictimaiyyətin üzünə açdılar, casusların adını açıqladılar. Vaxtilə almanların canına xof salan «Ştazi» indi muzeydir. Arxivlər də, vaxtilə istifadə olunan dinləmə qurğuları da adi eksponat.

«KQB» ARXİVİ BAKIDA GÖZ BƏBƏYİ KİMİ QORUNUR
… Azərbaycanda isə keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin – «KQB»nin arxivləri indiki Milli Təhlükəsizlik Nazirliyinin (MTN) divarları arasında qorunur. Keçmiş MTN işçisi İlham İsmayıl deyir ki, agent sistemi ümumiyyətlə açılmayıb, arxiv sənədlərinə çıxış isə məhduddur, yəni, arxivdə işləmək üçün müraciət etmək lazımdır. Əgər nazirlik lazım bilsə, sənədlərə baxmaq olar.

VƏFA QULUZADƏ: «KQB ARXİVİNDƏ ADI KEÇƏNLƏR İNDİ VƏZİFƏDƏDİR»
Keçmiş dövlət müşaviri Vəfa Quluzadə də hesab edir ki, KQB-nin arxivini açmaq lazımdır, çünki xalq tarixdə olanlardan xəbərdar olmalıdır:

«Keçmiş KQB arxivində adı olan adamların çoxu indi iş başındadır. Əgər arxivlər indi açılsa onlar çox çətin vəziyyətdə qalacaqlar. Halbuki, müstəqillik dövründə onların fikirləri dəyişə bilərdi. Təbii ki, cəlladları çıxmaq şərtilə. Ona görə də hesab edirəm ki, arxivləri bir müddət keçəndən sonra açmaq lazımdır».
Ştazi muzeyinə maraq böyükdür


Vəfa Quluzadə deyir ki, arxivləri açan zaman maksimum ehtiyatlı olmaq lazımdır ki, vətəndaş qarşıdurması, hərc-mərclik yaranmasın.

«HEYDƏR ƏLİYEV DEYİRDİ Kİ,...»
Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Bəxtiyar Sadıqov isə deyir ki, «KQB» dövrü arxivlərinin tam açılması və casus şəbəkəsinə daxil olanların adlarının elan olunması məsələsi indi hökumətin gündəliyində deyil:

«Ümummilli lider Heydər Əliyev özü bu sistemdə bir müddət işləmişdi. O, çox ağıllı bir söz dedi. Dedi ki, olan olub da, keçmiş keçmişdə qalıb. Açıb təzədən bunu açıqlamağın bir əhəmiyyəti yoxdur. Hətta Heydər Əliyev dedi ki, burada sinəsinə döyən elə insanlar var ki, onların ataları vaxtilə mən orada işləyəndə agentlik edirdi. Yəni, əsas fikir bu idi ki, oğullar atalarına görə xəcalət çəkməməlidir».

Xatırladaq ki, indiki prezident İlham Əliyevin atası Heydər Əliyev keçən əsrin 60-cı illərində Azərbaycan SSR-nin Dövlət Təhlükəsizlik Komitəsinə rəhbəri olub.

«ARXİVLƏRİ AÇMAQ HAKİMİYYƏTƏ SƏRF ELƏMİR»
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə hesab edir ki, şəffaflıq təmin olunması üçün Sovet dövrünün arxivlərini və casus şəbəkəsini açıqlamaq lazımdır. Amma Kərimli deyir ki, casusları ifşa etmək, arxiv sənədlərini açmaq indiki hakimiyyətin marağında deyil:

«İndiki rejim əksinə danosçuluğun üzərində qurulub. Avtoritar rejim olaraq indiki hakimiyyət əksinə adamları özü üçün vasitəyə çevirir, casusluğu stimullaşdırır».
Dinləmə qurğuları hətta ağac koğuşlarından çıxırdı


Əli Kərimli deyir ki, əgər casus şəbəkəsi açıqlansa, arxivlər açılsa, müasir cəmiyyət onlardan sui-istifadənin hansı fəsadlara gətirib çıxardığını başa düşər. Cəmiyyət bilər ki, heç bir arxiv əbədi qapalı olmur.

Əli Kərimli deyir ki, AXC-Müsavat cütlüyü hakimiyyətdə olanda o özü arxivlərin açılmasının tərəfdarı olub.

Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı İlham İsmayıl hesab edir ki, arxivlərdə tarixi anlamaq və ona düzgün qiymət vermək üçün xeyli faktlar var ki, onları açıqlamaq lazımdır. Amma İlham İsmayıl deyir ki, indiki sistem demokratik olmayana qədər arxivlərin açılmasını gözləməyə dəyməz.

Bəs siz necə hesab edirsiz, Azərbaycanda keçmiş "KQB" arxivini və casus şəbəkəsini açmaq lazımdırmı? Fikrinizi bizə yazın.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Vusal Hasanov Haradan: Baku
24.11.2009 00:48
Her kese salam!!
Burada movzu ile elaqedar bir cox sherhler verilib. Amma qeyri peshekarliq ve hadiseleri duzgun qiymetlendire bilmemek bacariqi ozunu her kesde gosterib. Evvela unutmamaliyiqki bizim dovletimiz kicik ve hele inkishaf yolu axtaran bir dovletdir. Insanlar demek olarki bir birine yaxin ve uzaq qohum dushurler. Tekce Bakida her besh adamnan biri digeri ile tanishdirlar. Bele olan halda arxivlerin acilmasi daxili qarshidurmaya ve hetda vetendash usyanina sebeb olacaq. Intiharlarin, sui qestlerin ve texribatlarin ise sayi durmadan artacaq. Nezere almaliyiqki bizim olkede arxivlerin acilmasi ucun uzun iller lazimdir. Biz nahaq yere ozumuzu yorub sherqle, qerble ve diger olkelerle muqaise edirik. Evvela oralarda insanlar bir birlerini tanimirlar. Birde her olkenin oz qanunu ve qanunvericiliyi var. Agentura shebekesi ne vaxtsa acilmasi ucun yaradilmir, tam mexfi ve sistematik qorunma prinsipleri ile yaradilir. Eli Kerimli cox shey deye biler. Evvela bizde hec kim ve hecne sheffaf deyil. Eli Kerimli olmasin, lap indi ish bashinda olan diger memurlar olsun. Kimi dindirsen deyecek gelin arxivleri acaq. Amma hamisi el altindan ya adinin gizledilmesine, yada dolayi tesirlere el atacaq. Buna gorede shexsi maraqlara deyil. umumi prinsiplere xidmet etmek lazimdir. Cox adam haqqinda cox shey demek mumkundur. Amma her soz ve her bir hereket qanunlara ve heqiqete soykenmelidir. Elbetde maraqli olardiki arxivler ve bezilerinin ic calati acilsin. Cox tessuf ediremki bu mumkun deyil ve nede bu addimi hec kim atmayacaq. Eger arxivler acilsa, Sizleri emin ediremki bu gun danishanlarin coxu ya susacaq, yada susdurulacaq. Yalandan ozumuzu yormayaq. bashqa movzu tapin. Men sabiq herbici kimi Sizi emin ediremki qaratoyuq bulbulden min defe yaxshi oxuyur.

Kimdən: NASEH Haradan: TÜRKÜSTAN
22.11.2009 14:58
Arxivlər 1993-cü ildən sonra açılıb.Bu gün hakimiyyətdə olan və onları dəstəkliyənlərin əksəri vaxtilə KQB-yə xidmət etmişlərin özləri və qohum əqrəbalarıdır!

Kimdən: rehman Haradan: Baki
21.11.2009 21:33
Men burda yazilanlari ve bu yazilara verilen sherhleri oxudum muxtelif fikirler var biri birine zidd ve oxshar fikirler belede olmalidi bu normal haldi amma arxive gelince men bele hesab ediremki bu arxivler acilmali arashdirlmalidi amma ne vaxt hansi sheraitde ve en esasi kimler bu arxivleri arashdirmalidir bunu etmey iqdidarinda olan insanlar varmi bu gun Azerbaycanda hansiki bu ishler sheffaf ve duzgun shekilde aparilacaq xalqin,milletin,dovletin menafeyine uyqun olaraq.Mence hele zamani deyil bu arxivlerin acilmasinin zamani gelince acilar ve biliner ne nece imish ne nece olub kimler kim imish kimlerin kimi kimler imish ve.s........

Kimdən: azer Haradan: baki
21.11.2009 02:27
azadliq bele seylere diqqet etmelidir.hetta bu yazini hazirlayan adama kimi.birdeki yaxsi olarki her kes bildiyi movzunu serh etsin bizim bedbextcilikmiz ele bundadir ki kor tebii hokum veririk.birincisi:qerbde arxivleri aciblar.axi biz qerb kimi ola bilmerik onlar hec atalarini tanamirlar qapi qonsularini tanamirlar amma bizde nesiller kecsede bir-birinin nesilin tanayirlar burda heqiqeten qarsidurma emele geler ona goreki hansisa bir nesilden olan biri nese elaqesi olub bunun muqbilinde ondan sonra qelenlerin basina vurmaq en azindan hemin gunahsiz insana zulm etmekdir.ikincisi:rusyanin ve qerbin arxiv acmasina men inanmiram ola biler mueyyen "vaxti kecmis lazimsiz"isleri acsinlar dovletin siyasetin hec vaxt acmazlar onda rusyanin ve qerbin butun vezifeleride olanlara ve yeritdiyi siyasetine lenet oxunardi.azarbaycanda acilsa poblemler ola biler xarici teskilatlar bu cur problemlerdenistifade edib qarsidurmalar yarada biler azarbaycan kicik devletdi informasiya yaymasi demek olarki yoxdur guclu devletlerin is aparmasina da cavab vermek qudretinde deyil onda her sey endazeden cixar.birdeki hami oz dovurunde yasayanlari tanayir sonrakilara acmagin ne menasi?nehayet yaxsi olarki ora mueyyen elimli ve vicdanli adamlara icaze verilsin ki onlar arasdirmalar aparib tarixi yazsinlar.

Kimdən: Ceyhun Haradan: bakidan
20.11.2009 23:38
Bu gun mtn arxivi qismanda olsa acilarsa camiyyatda cox boyuk qarsidurma ila uzlasa bilarik .Asasan bu hakim quvvaya cox manfi tasir edar. cox guman ki, Yap iqtidarinda bumumkun deyil.Demali yaxin galacakda bu haqda fikirlasmaya bela daymaz

Kimdən: ISMAYIL Haradan: SARICALI
20.11.2009 20:25
"Casus" xarici olkeye ishleyen Azerbaycan vetendashina ve xarici olkelerin vetendashina deyilir.Devletin xususi xidmet orqanlari terefinden emekdashliqa celb olunan shexsler sadece agent adlanir.
Cavab
Kimdən: x-d-d Haradan: Baki
21.11.2009 22:25
qardaşım, agent elə casus deməkdir...Sen dfeyən elə də dəyərli məna kəsb etmir..İzahlı lüğətə nəzər sala bilərsən..O ki qaldi--- casusluq nə inki xaricdə bizim daxilimizdə olub dövlət üçün dəyərli və xüsusi əhəmiyyət kəsb edən məlumatları konkret şəkildə "dövlət xəzinəsinə" ötürmək ünsüfrüdür.. bu həm ölkədaxili və xarici səpkidə də ola bilər...Burda pislənilən anlam ondan ibarətdir ki bu casusluqda həddindən ziyadə sui-istifadə həm qanunna zidd həm də insanlığa ləkədir..Nədənsə bizlər bu ləkələrin qurbanına cevrilməkdəyik....

Kimdən: demiyim Haradan: xaraba
20.11.2009 20:03
Umimiyyetle bu casusluq-daha deqiqi ishverenlik bizim bu camaatin qanindadir. Bu olkede en sherefli yaxshi ish KQBshnik ve y a polis ve.s bu kimi ishler hesab olunur. O arxiv acilsa ne olacaq? bu camaati cidddi temizlemek lazimdir.

Kimdən: ILHAM ISMAYIL
20.11.2009 18:24
Probleme bir az soyuqqanli yanashmaginizi arzu ederdim.CK,NKVD,MGB,DTK arxivleri acilmalidi deyende o demek deyil ki,senedler metbuatda MTN terefinden cap olunacaq.Xeyr.Hemin dovru tedqiq eden, maraqlanan ,arashdiran shexslere sherait yaradilmali ve bu ishin qanunvericilik bazasi da yeniden ishlenmelidi.Arxivle agentura shebekesini ise lutfen qarishdirmayin.Xalqa,tarixe ne vacibdi?Agentlerin siyahisi ,yoxsa o dovrlerde bash veren ve mexfi saxlanilan ,indi ise acilmasi meqsedeuygun olan hadiseler?!Agentura shebekesi hec vaxt acilmamalidi.Bu xususi xidmet orqaninin indiki ishini iflic etmek demekdi.Sizce kecmish agentura aciqlansa indi kimi verbovka etmek mumkun olacaq?.Insanlar fikirleshecek ki,ne vaxtsa onlarin da adi aciqlanacaq.Canli informasiya menbeyi olmazsa hec bir tehlukesizlik orqani calisha bilmez..Texniki vasiteler ne qeder effektli olsa bele canli insani evez ede bilmez..Bir de tesevvur edin shebeke aciglanir ve sizin cox sevdiyiniz dogma insan,sevdiyiniz yazici,shair ,muqenni,ressam,size ders deyen sevimli muellim,ders dediyiniz telebe agent cixir...Agent deyende de tesevvurunuze pis adam gelmesin.O informasiya menbeyidi.Belke de onun hansisa informasiyasi bizi tehlukeden xilas edib.Sadece alicenab ish deyil.Arxiv ise maraqlanan ,arxivde ishlemeyi bacaran shexsler ucun acilmalidi.Vay o gunden ki ,acanda gorek ki, bize ,xalqa lazim olani mehv edibler.Ve yaqin ki ele beledi

Kimdən: Sadıq bəy Haradan: Ukrayna
20.11.2009 16:22
Əlbəttə,açılmalıdır ki,kimin haradan hara gəldiyi,kim olduğu bilinsin.

Kimdən: Aydin Haradan: Baki
20.11.2009 15:34
Arxivler derhal acilmalidir ki, Azerbaycan xalgi onlari kimin idare etdiyini görsün.Amma ne yazig ki, bu indiki hakimiyyet zamani mümkün deyil cünki öz-özlerini ifsa etmezler ve xalgimiza garsi töretdikleri cinayetlerin üstünün acilmasini istemezler.Xalgimiz yatmisken onlari oyatmaga ne ehtiyac var?
Səhifə (2)
    Növbəti 

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами