İsa Muğanna Həqiqəti Hüseyn Cavid İşığında
İsa Muğanna Həqiqəti Hüseyn Cavid İşığında
Şəmil SADİQ
Hər bir xalqın ədəbiyyatı digər xalqlar üçün o zaman maraqlı və cəzbedici olur ki, həmin ədəbiyyat öz orijinallığı ilə təqdim edilsin. Dəblə yazılan bədii əsərlər sadəcə dövrü üçünpopulyar olar, qısa vaxtda parlar və sönərlər. Lakin millidüşüncənin alt qatındakı ideya ustalıqla və səmimiyyətləqələmə alınarsa və ümumilikdə bəşəriyyətə xidmət edərsə, ozaman bütün maneələri asanlıqla dəf edər və zirvədə görünər.Buna Viktor Hüqo, Çingiz Aytmatov, Tolstoy, Nəsimi, HüseynCavid, İsa Hüseynov kimi dahilərin yaradıcılığını misal çəkməkolar.
Bu məqalədə daima həqiqət axtarışında olan, bəşəri faciələri ürək ağrısı ilə qələmə alan, özü yozumları ilə milli ədəbiyyat köynəyində bəşəri ədəbiyyat yaradan iki böyük Azərbaycan yazıçısının: Hüseyn Cavid və İsa Muğanna ideyalarındakı oxşarlıqları müqayisə etməyə çalışacağıq.
Bəşəriyyət yaradılandan və özünü dərk yolunu tutandan bu günə bir çox elmlərin tədqiqat obyekti insan və onun yaradanı olmuşdur. İnsan kimdir, o, niyə yaradılıb? Öldükdən sonra həyat varmı? Tanrı necədir? Hardadır? Tökülən qanları görmürmü? –kimi suallar intellektual səviyyəsindən asılı olmayaraq, hər bir insanı zaman-zaman düşündürmüşdür. Bu düşüncələrlə əfsanələr,rəvayətlər, nağıllar, dastanlar yaradılmış, hadisələrə müxtəlif yozumlarla yanaşılmışdır. Sonrakı dövrlərdə isə bədii əsərlərinmövzusu olmuşdur. Dantenin “İlahi komediya”, Hötenin “Faust”, Bayronun “Qabil”, Cavidin “İblis”, Bulqakovun “Master vəMarqarita” əsərlərini bədii ədəbiyyatın insanın yaradılış sirri yolunda axtarışı hesab etmək olar.
lll
İsa Muğannanın “İdeal”dan sonrakı yaradıcılığı ilə tanış olanlar da, olmayanlar da Muğannanın nə demək istədiyini düşünür: Doğrudan da Muğanna “İdeal” və onun işığında yazılan “Cəhənnəm”, “GurÜn”, “Qəbiristanlıq”, “İsahəq, Musahəq”, “İlan dərəsi” kimi əsərləri ilə nə demək istəyirdi? Bu sualın cavabını Hüseyn Cavidin “Şeyx Sənan” faciəsində haqq aşiqi Dərvişin sözləri ilə öncədəndə vermək olar:
Şəriətdən, təriqətdən kənarəm, Həqiqət istərəm, yalnız həqiqət! Yetər artıq şəriət, ya təriqət.Qulaq verməm bən əsla bir xitabə,Pərəstiş eyləməm hiç bir kitabə!Əvət, Quran, Zəbur, İncilü TevratBirər röya bütün əlvahi-aləm,Birər əfsanə, cənnət, ya cəhənnəm.
İsa Muğanna ateist idimi, deist idimi? İsapərəst idimi? Onu sarsıntı keçirən və başına hava gələn bir insan hesab edə bilərikmi? Opeyğəmbərlik iddiasınamı düşmüşdü? O sahib-zaman arzusunda idimi? Bütün bu suallar İsa Muğanna yaradıcılığı ilə yaxından-uzaqdan əlaqəsi olan hamının ürəyindən ya keçib, ya da keçməkdədir. Bəziləri isə öz mövqeyindən çıxış edərək cavabını verib vəbu yaradıcılığa ya aşiq olub, ya da xülya adlandıraraq uzaq olmağa çalışıb. İsa Hüseynovu “primitiv təfəkkür sahibi” hesab edibMuğannaya çevrilən yazıçı həqiqətən də kim idi? Hansı ilahi və ya qeyri-ilahi qüvvə idi onu ətrafındakılardan fəqli düşünməyə vadaredən? Verilmiş və təsdiq gözləyən sualların hamısının birmənalı cavabı məncə Muğanna idi. Bəşər övladını bütün sirli oyunlardansaflaşdırmaq üçün özünü təhlükəyə atan bir insan fədaisi idi Muğanna. Təhrif insan deyə-deyə insan beynini ləkədən yumaq üçünçalışan bir ədib idi. O “İdeal”dan sonrakı bütün yaradıcılığında dinlərin təhrif olunduğunu deyərək onları rədd etdi. Ammapeyğəmbərləri rədd etmədi. Peyğəmbərlərin zamanında da, ondan sonra da müqəddəs kitablara edilən əlavələri rədd etdi. Ammayenə də yaradanı, peyğəmbərləri rədd etmədi. Sadəcə onlara yeni ad verdi: öz inandığı, insanlığın hiyləsi ilə ləkələnməmiş safadlar. Əgər Muğanna yaradıcılığına təqdim edilmiş OdƏr (Od-həqiqət, Ər-İşıq, OdƏr Həqiqət işığı deməkdir) dilinin ağırlığınabaxmadan ideyasına, məzmununa, ünvanlanan mesaja diqqət etsək, görərik ki, Muğanna həqiqəti Tanrı və onun oğullarıkonsepsiyası üzərində qurulub. Kamil insanı tanrı-yaradıcının oğlu hesab edib. Və bəşər övladını tam görmək istəyib. İsaMuğannaya görə Tanrının oğulları kimlər idi?
İsa Muğannaya görə Tanrının dörd oğlu var və dünyanın saflaşdırılması bu Tanrı oğullarına tapşırılıb: “İnsanı insana, Yer planetini kainata bağlayan Bağ Ata adlanır. Təkdir, lailahəilləllahdır. Dörd oğlu var: birincisi Süleyman peyğəmbər, ikinci oğlu Nuhpeyğəmbər, üçüncü oğlu İbrahim peyğəmbər, dördüncü oğlu İsa peyğəmbərdir”. Müəllifə görə bütün dinlərin təqdim etdiyi kamilinsanlar-Peyğəmbərlər eyni ruhun daşıyıcılarıdır. Hətta bəzən Məhəmməd Peyğəmbərin ruhunda İsa Peyğəmbərin təcəlli etməsiqənaətinə də gəlir.
Təəssüflər olsun ki, Azərbaycan magik reailizminin yaradıcısının simvolikasını anlamayan, dərin qatlara enməyi bacarmayanlar bəzən bu şərti adlara ilişib qalır və əsas mənadan uzaqlaşır. Beləcə, vahid Allah, vahid insan, vahid din, vahid dil arzusunda olanSafAğ- ən təmiz adamı dərk edə bilmir. Muğannanın insanlara çatdırmaq istədiyi yeganə və əsas fikir Tanrı birdirsə, onunyaratdıqları da bir kökdəndir ideyası idi. Hüseyn Cavid bunu “Şeyx Sənan” əsərində xristian qızına aşiq olan, dinlərinməngənəsində əzilən ədalət aşiqi müsəlman Şeyx Sənana “həqiqəti özündə arayıb bulan” dərvişin dilindən “ Din bir olsaydi yer üzündə əgər, Daha məsud olurdu cinsi bəşər” deyir.
“İdeal” əsərində dinlərin dünyanı ilahi ədalətə yox, münaqişəyə, düşmənçiliyə sövq etdiyini vurğulayır: “-Dəhşətdir axı, ay əmi!“Allah”-qardaş kimi!.. Dünənəcən, bu günəcən yad bilirdim mən “İsus”u-”İsa”nı..
– Yad? Necə yəni “yad?!” Düşün! Dindi sənə yad! Dinin yaratdığı əfsanələrdi!”
Bütün peyğəmbərlərin bir ruhun daşıyıcısı olmaları fikrini ifadə edən Muğanna bununla insanlığın da qardaşlığını vurğulamaq istəmişdir. Bütün dinləri yaradan peyğəmbərlərin davamçıları şöhrət əsiri olmamışdan öncə bu iddiada olmuşlar. Bütünyaradılmışlar eynidir deyib, insanlıq deyərək hakimiyyət, imperiya quran peyğəmbərlərin sonrakı davamçıları təkəbbür və kibrdəninsanların onlarla eyni düşünmədiyini Allahı tanımadıq
ları kimi qiymətləndirib qılıncdan keçirmiş və ideyaları istədikləri kimi dəyişdirmişlər.
“İdeal” əsərinin başqa bir yerində isə İlahi səs İsa Muğannaya deyir: “Oxuma o tərcümələri. Nizami yox dərəcəsindədi o zərcildlərin içində. “Xəmsə”də (Nizami Gəncəvinin “Xəmsə”si nəzərdə tutulur. İsa Muğannaya görə bu gün bizə təqdim edilən “Xəmsə”təhrif olunmuşdur.), yenə deyirəm “Allah” yoxdur. “Peyğəmbər” var.
“Xəmsə”nin köynəyini cırıb atacam: “İslam” adlananı da, “Xristianlıq”, “Büdpərəstlik” adlananları da cırıb atacam! Mifləri, əfsanələriməhv edəcəm!” Bu məqamda yenə Hüseyn Cavidin “Şeyx Sənan” əsərindəki Dərvişini xatırlayırıq:
Əvət, Quran, Zəbur, İncilü, TevratBirər röya bütün əlvahi-aləm,Birər əfsanə, cənnət, ya cəhənnəm.
Bəli, maskalar nə qədər qəşəng görünsə də, yenə maska olaraq qalır və insan onun altındakı həqiqəti görmək arzusu ilə yaşayır. İnsanın dini, milli köynəyini soyundursan altında saf insanı görmüş olarıq. İnsan ruhu var: tərbiyəli, tərbiyəsiz. O insanın ruhununtərbiyəsi ilə məşğul olmanın nəticəsidir ki, mənfi və müsbət olur, aqil və cahil olur, vicdanlı və vicdansız olur. İstər kilsədə, istərsinaqoqda, istər məbəddə, istərsə də məsciddə olub ən mömin insan kimi görünsün, bircə dəfə Cavidin “İblis” pyesindəki Elxanınədalət sınağından keçirildikdə onun varlığı olduğu kimi ya ayaqlar altına töküləcək, ya da göylərə uçacaq ki, toxunulmasın.
Cavid bu səhnəni islaholunmazların gərəkli cəzalarına yetişən bir məqamı kimi çox ustalıqla yaratmışdır. Bu islah-olunmazlar vəölümü vacib olanlar kimdir; İbn Yəmin və Zənci çavuş, bir papas, bir xaxam, bir iranlı şeyx, pis xəstəliyə tutulmuş qara çarşaflı birqadın və özü kimi sağalmaz dərdə düşmüş on yaşlı bir cocuq.
Səhnənin gedişində məlum olur ki, papas İncil adı ilə Ermənistana milli davanı qızışdırmaq üçün silah daşıyırmış, əldə Tövrat tutubfransız casusu olan xaxam Ərəbistanda çaxnaşmalar yaradırmış, müsəlmanların əli Quranlı şeyxi isə ingilislərə pul naminəcasusluq edirmiş. Burnu quruyub düşmüş qara çarşaflı qadın isə özü kimi xəstə cocuğu ilə Kərbəlaya gedib şəfa tapmaq ümidi iləöz zöhrəvi azarını minlərlə sağlam adam arasında yayacaqmış. Bu sağalmaz, islaholunmazların bir çarəsi var. O da Elxanınhaydutları tərəfindən həyata keçirilən ölüm hökmüdür.
Böyük Cavidin bu hökmü indi də qüvvədə olsa idi, cəmiyyət nə qədər saflaşıb paklaşa bilərdi. İblis məhz Elxanın məhkəməsinigörəndən sonra mənən az da olsa, sarsılır və iblisləşmiş insanları ittiham edən son monoloqunu söyləyir. Cavidin yaratdığı Elxanındivanı olan yerdə İblisə yer yoxdur. Çünki onun tora saldıqları ya tövbə edib haqq yoluna qayıtmalı, ya da islaholunmaz məqamındaməhkum olunub məhv edilməlidir. Cavid romantikasının məhsulu olsa da, Elxan divanı Tanrının qiyaməti kimi yoldan azmışlaraxəbərdarlıqdır.
İsa Muğannanın konsepsiyasını özündə daşıyan birinici nümunəyə diqqət edək. Əlbətdə ki, Allahın-Bağ atanın oğulları kimi təqdimedilənlər İsa Muğannanın icadı deyil. Dördü də dinlərin müqəddəs bir insan kimi təqdim etdiyi peyğəmbərlərdir. Muğanna onları birolan Allahın oğlu kimi təqdim edir. Bu isə insanları qardaşlığa, birliyə səsləməkdir.
Matthev Slik “Tanrının oğlu ola bilməzmi?” məqaləsində müsəlmanların Tanrının oğlu ifadəsinə yanaşmasını izah edərkən yazır: Bəzi müsəlmanlara görə “Tanrı oğlu” termini bir növ uşaq doğan, tanrıça arvadı olan bir Tanrı fikrini ağıllarına gətirməkdir. Xristianlar“Tanrı oğlu” ifadəsini İsaya aid etdiklərində müsəlmanlar anında Xristianların Tanrının Tanrıça arvadı ilə birlikdə bir cinsi əlaqəyəgirdiyini ifadə etdiklərini zənn edib, Xristianların Tanrıya layiq olmayan bir əməlini qəbul etmirlər. Tamamilə doğru yanaşmadır. İsaMuğanna da Tanrının oğlu dedikdə, heç də onun bir arvadı olduğunu demək istəməmişdir. “İnsanı insana, Yer planetini kainatabağlayan Bağ Ata adlanır. Təkdir, lailahəilləllahdır” deyirdi İsa Muğanna. Bu ifadəni isə bütün dini kitablar deyirlər. Allahın oğluifadəsi simvolikasının batininə enən Nəsimi isə “Ənəlhəq” deyirdi. Və bu “ənəlhəq”- “mənəm allah” və “allah məndədir” deyənNəsimi “Allahın oğlu İsadır” deyən Xristianlardan daha cəsarətli addım atmışdır. Bu insanın tanrısına olan sevgisi vəhumanizmindən irəli gəlir. Əlbəttə ki, yaradan yaratdıqlarına öz nurunu, öz ruhunu qatmışdır. Dinlərin Allahın yerdəki elçisi,sözçüsü kimi təqdim etdiyi müqəddəslərə Tanrının oğlu demək isə heç bir qəbahətli iş deyil. Məgər hər bir insan yaratdığı əsərinəməcazi mənada öz övladı demirmi? Tanrının yaratdığı mükəmməl insan da onun övladı hesab edilməlidir. Məcazi mənadapeyğəmbərləri Tanrının oğlanları hesab eləmək isə dinə heç bir ziddiyyət təşkil etmir. Əksinə dinin mövqeyini təsdiqləyir. İsaMuğanna da Tanrının oğulları deyərək təqdim etdiyi peyğəmbərlərə ilahi qüvvə kimi baxır, onları və onların ideologiyalarını məkirliinsanların bulaşdırdığı çirkabdan təmizləyib, saflaşdırıb öz dərk etdiyi kimi bəşəriyyətə təqdim edir. Bu təqdimatda modernyanaşma var. Bu modern yanaşma insan oğlunun yaşadığı bu böyük dünyada qansız, müharibəsiz, hiyləsiz, Nizaminin, Nəiminin,Nəsiminin, Hötenin, Cavidin axtarışında olduğu kamil insan modelini xatırladır.
İsa Muğanna bütün əsərlərində demək olar ki, bəşəriyyətin qəbul etdiyi peyğəmbərlərə hörmətlə yanaşır və adını çəkib öz yozumunu verir. Əslində Muğannanın bu idealı bir növ də peyğəmbərlərin çirkaba bulaşmış dünyanı qurtarmaq arzusu ilə ac-yalavac yola çıxmaları zamanı başlamışdır. Seçilmişlərin vəzifəsinin də önəmli olmadığını diqqətə çatdıran ustad yazıçı Süleymanpeyğəmbərin hökmdarlığı ilə, Musa Peyğəmbərin çoban olmasını qarşı-qarşıya qoyur və vəzifənin, mənsəbin ziyaya, aydınlığa heçbir maneçilik olmadığını vurğulayır. Məhəmməd peyğəmbərin də həyatında çobanlıq və hökmdarlıq birləşmişdir. Sufizmdə isəçoban anlayışı bir termin kimi qəbul edilir. Biz Hüseyn Cavid yaradıcılığında da Şeyx Sənanın haqqa gedən yolda çobanlıqetməsini, İsa Muğannanın “İlan dərəsi” povestində də Saf İnsanın-Süleyman peyğəmbərin şər qüvvələrdən gizlənməsi üçünçobanlıq etdiyinin şahidi oluruq. Bu məqam onu göstərir ki, Nəsimini bilmədən, Cavidi, Cavidi bilmədən İsa Muğannanı dərk etməkçox çətindir.
İsa Muğannanın “İdeal” əsərində qoyulan “göylərin yerdəki vəziyyətdən narahatlıq keçirməsi konsepsiyası”nın özündə bir fantastika var. Düzdür, bütün dini kitablar bəşər övladının iblisə uymasını Tanrının qəzəbinə tuş gələcəyi inamı vurğulanır. Humanitar elmi-fantastika janrını yaradan Muğanna yerdəki fəlakətlərdən tanrının-İsa Muğannanın dili ilə desək, Bağ atanın da xəbəri var və bunlarıbəzən onun özü idarə edir. Müəllif “Cəhənnəm” romanında “Yer indi Bünyadların pəncəsi altında yanır, qana batır, suya batır”,-deyərək Tanrının-Bağ atanın bunlardan xəbərdar olduğunu vurğulayır. “İdeal” romanının qəhrəmanı Səməd Əmirlinin axirətdəBünyad bəylə söhbəti zamanı yerdəki bəlaların günahkarının göylərdə olması açıq açığına deyilir:
– İndi biləcəksən, ən böyük günahkar insanın taleyini yazan – “Yazan” – “Yazdan” –”EyƏsÜn” EyOdƏr” babamızdı, ay bədbəxt razvetçik. İkinci günahkar Yazanın yazdığını Bağ atamıza çatdıran BağBağÜn Babamızdı. Üçüncü günahkar yazılanların əsasındahökm verən Bağ Atamızdı. Dördüncü günahkar hökmləri icra edən EySarımızdı. Bəndədə nə günah var?!
OdƏr övladının, SafAğ elmini mənimsəmiş, haqq dünyasına yüksəlmiş birinin dilindən verilən bu etirafı, sanki Hüseyn Cavidin “İblis” əsərinin qəhrəmanı Arifin üsyan dolu “İnsanları xəlq etmədə var, bəlkə də, hikmət, İblisə nə hacət!? “ sualına cavabdır.
Peyğəmbərlərə, qanunlara, kitablara uyub bir həqiqət tapa bilməyən Arif demonizm mövqeyindən çıxış edərək Allahın işinə qarışır. Onun insanlarla bərabər dünyada İblisə də yer verməsini artıq bir şey hesab edir. Yuxarıdakı son misrada Arif tərəfindən söylənilənfikir yarandığı və Allahı tanıdığı gündən bütün zəkalı insanları düşündürmüşdür. İnsanlar haqqa-həqiqətə yetməkdə iblisi özlərinə birmaneə hesab edərək onu daima, yeri gəldi-gəlmədi lənətləmişlər.
Mövzu, ideya, yozumların mistika ilə siyasətin vəhdəti aspektindən İsa Muğannanın “Cəhənnəm” romanı Mixail Bulqakovun “Master və Marqarita” romanını da xatırladır. Digər bir tərəfdən də mövzu Hötenin “Faust”, Hüseyn Cavidin “İblis” əsərlərində də özhəllini geniş tapıb. Adı çəkilən hər üç əsərdə iblis obrazı demək olar ki, çox oxşardı. Və hər üçündə də, iblis dondan dona girərəkbəşəriyyətin məhvinə, həqiqətin boğulmasına xidmət edir. “Master və Marqarita” romanında “Voland yer üzünə cəza vermək və əfvetmək üçün gəlmişdir və bilir ki, kimi nəyə görə cəzalandırmaq, nəyə görə əfv etmək lazımdır.
İvanuşkadan ötrü o, xarici ölkə casusudur, tarix professoru Berliozdan ötrü ağlını itirmiş sərsəri, yabançıdır, Styopa Lixodeyevdən ötrü cadugərdir, Masterdən ötrü isə ədəbi personaj. Lakin əslində Voland İblisin özüdür”. (Səbinə Cəfər. bulqakovun stalinəmesajı) “Cəhənnəm” romanında isə Bünyad bəy 1906-cı ildə Ziynalabdin Tağıyevi, Doktor Nərimanı zəhərləyən, HəmidSultanovu, Baba Əliyevi, Səməd Vurğunu, Mehdi Hüseyni, Muğannanı zəhərləmək istəyən iblisdir ki, birincisi “Qızıl ilandı”, ikincisi“Çax-çuxdu (alverçi), üçüncüsü – “hökmdar”. “İblis” pyesində isə İblis gah xidmətçi, gah abid, gah zahid, gah da elə iblis kimifəaliyyət göstərib öz kirli əməllərini həyata keçirir.
“Qərb və Rus ədəbiyyatlarında da orta əsrlərdən bəri Dantenin “İlahi komediya”, Belmontun “Təbliğçi İblis”, Kalderonun “Ecazkarsehrbaz”, Bel Consonun “Şeytan”, Marlonun “Doktor Faust”, Miltonun “Qeyb edilmiş cənnət”, Hötenin “Faust”, Bayronun “Qabil”,Lermontovun “Demon” əsərlərində İblis öz müxtəlif, çoxcəhətli təzahürləri ilə şər qüvvə kimi təsvir olunmuşdur”. (Əjdər İsmayılov).
“Cəhənnəm” romanının finalı müəllifin dilindən verilmiş: “-Cəhənnəm məkanını tap, ey “ins”, o fantastikasız fantastika sənin özündə deyilmi?!” cümləsi ilə yekunlaşır. Burda Hüseyn Cavidin “İblis” pyesindəki İblisin son monoloqu diqqətimizi çəkməyə bilməz:
Mən tərk edirəm sizləri əlan nəmə lazım?Heçdən gələrək heçliyə olmaqdayım azim.İblis nədir?– Cümlə xəyanətlərə bais...Ya hər kəsə xain olan insan nədir? –İblis!..
Hər iki müəllifin qənaətinə görə, əgər dünyanı bu qədər iblisləşmiş insan bürümüşsə və onlar dinc dövrdə belə hər kəsin xoşbəxtliyinə mane olub, müharibə dövründə milyonları məhvə məhkum edə bilirlərsə, onda mövhumi İblisə, cəhənnəmə daha ehtiyac yoxdur.
Hər iki müəllifin qənaətinə görə, əgər dünyanı bu qədər iblisləşmiş insan bürümüşsə və onlar dinc dövrdə belə hər kəsin xoşbəxtliyinə mane olub, müharibə dövründə milyonları məhvə məhkum edə bilirlərsə, onda mövhumi İblisə, cəhənnəmə daha ehtiyac yoxdur.
Bünyad bəydən fərqli olaraq Arif içindəki iblislə mübarizəyə qalxdı, amma o, bunun fərqinə varmadı, çünki Arif, İblisi içində yox, göylərdə təsəvvür edirdi. İblisin yaranmasının da günahını Allahda görürdü və son nəticədə öz daxili aləmini təmizləyə, saflaşdırabilməyən Arif qəlbindəki iblisə uydu.
“Cəhənnəm” əsərindən verilmiş “ömrü onsuz da işgəncələr içində keçən insanı bir daha, özü də daima əzaba salmağa hansı vicdansız yaradıcıya lazım olub?” sualını müəllif özü vermişdir, amma Hüseyn Caviddə Arif İblislə mübarizəyə qalxmışdı. Nəzərəalsaq ki, obrazları dindirən də müəllifdir, deməli həm Hüseyn Cavid, həm də İsa Muğanna bəşər övladının iblis xofunu yalnız özbətnindən təmizləməyi tövsiyə etmişdi.
Dahilərin yaratdığı əsərlər həmişəyaşardır. Bu baxımdan H.Cavidin də, İsa Muğannanın da hansı əsərinə müraciət ediriksə, bu vədigər cəhətdən müasir dövrlə səsləşir, öz aktuallığını itirmir. XXI əsrdə, yəni hazırkı dövrdə Qərblə Şərq arasındakı iqtisadi və siyasiqarşıdurmanı qəsdən xristian-müsəlman münaqişəsinə çevirərək müharibə təhlükəsi yaradan din, məzhəb dəllalları buna sübutdeyilmi? Axı insanlığın yeganə çıxış yolu, milyardlarla insanın arzusu azad ticarət, sülh və əminamanlıq olduğu bir zamandamüharibə təhlükəsi yaratmaq istəyənlərə Cavidin təbirincə iblisdən başqa nə ad vermək olar?
Fikrimizcə, məqaləni eyni ideya daşıyıcıları olan bu ustad sənətkarların bəşər övladına, türkə həyat tezisi olan fikirləri bitirsək,daha münasib olar. Hüseyn Cavid “Turana qılıncdan daha kəskin, ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət “ fikriniXXI əsrdə İsa Muğanna “Türkün heç bir düşməni yoxdur, bizim yeganə düşmənimiz cəhalətdir” deyə ifadə etmişdir.
Комментарии
Отправить комментарий