DSX Sahil Mühafizəsi bazasında Gəmi İnşaası Zavodunun açılışı
İlham Əliyev gəmi inşası zavodunun açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Bakının Türkan qəsəbəsindəki bazasında yeni gəmi inşası zavodunun açılışında iştirak edib.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlət başçısı əvvəlcə zavodun baş planı və maketinə, tikintisi davam etdirilən gəmiyə baxıb.
Sonra prezident İlham Əliyev zavodda inşa olunan itisürətli və yüksək üzmə qabiliyyətli sərhəd gözətçi gəmilərinin əsas taktiki-texniki göstəricilərini əks etdirən stendlərlə tanış olub, videoçarxa baxıb.
Dövlət başçısı həmçinin sərhəd gözətçi gəmisinin texniki imkanları ilə tanış olub, onun manevrlərini izləyib.
Комментарии
Отправить комментарий