DSX-nin nəzdində sərhəd mühafizəsinin təkmilləşdirilməsi üzrə ictimai elmi işləmələr qurumunun təsisatı haqqında


DSX-nin nəzdində sərhəd mühafizəsinin təkmilləşdirilməsi üzrə ictimai elmi işləmələr qurumunun təsisatı haqqında

İstənilən fəaliyyət sahəsinin hazırda və ya perspektivdə təkmilləşdirilməsi həmin sahədə müəyyən infra­srukturun yaradılmasını və onların zamanın və Dövlət rəhbərliyinin DSX-nin qarşısına qoyulan tələbatına müvafiq olaraq inkişafı məsələlərini əsaslı surətdə öyrənməyi, tədqiq etməyi və bu istiqamətdə yeni konseptual təkliflər hazırlamağı zəruriləşdirir və perspektivdə onların varlığını zəruriyyətə çevirir. Bu konseptual ideyanı gerçəkləşdirməkdən ötrü hər bir dövlət orqanının qarşısında, digər funksional əməli məsələlərin həll edilməsi ilə yanaşı sahə üzrə elmi araşdırılmaların həyata keçirilməsi qanunauyğun və təkzibolunmaz bir ehtiyacdır. Bu ehtiyacı təmin etməyin iki əsas yolu vardır: orqanın infrastrukturunun yaradılması və ya fəaliyyətin bu növünün müqavilə ilə digər səlahiyyətli təşkilatlara həvalə edilməsi. Birinci halda öz infrasrukturunu yaratmaq həm iqtisadi, həm də əməli cəhətdən daha səmərəlidir və çevik idarəolunma özəlliyinə malikdir.
Məhz buna görə, sahə üzrə bu vaxtadək tədqiq etdiyim və işləyib hazırladığım bir sıra materiallara əsaslanaraq, təklif edirəm ki, DSX nəzdində Dövlət sərhəd mühafizəsinin perspektivdə təkmilləşdirilməsi üçün məşvərətçi statusu ilə Mərkəzi Aparatda (regional qrumları ilə) sərhədçi veteranların ictimai elmi-tədqiqat mərkəzi (SVİETəM) təsis edilsin. SVİETəM-in əsas funksiyası kimi – DSX-nin sahələri və istiqamətləri üzrə elmi cəhətdən əsaslandırılmış zəruri layihələrin ilkin cizgilərinin işlənib hazırlanaraq komandanlığa təklif edilməsi və layihə təsdiq olunduqdan sonra, onun müvafiq DSX strukturları (idarələri və təhsil ocaqları) ilə birlikdə təkmilləşdirilib, perspektiv proqramlar formatında tətbiq üçün hazırlan­ma­sıdır.
Təbii ki, SVİETəM-ə cəlb ediləcək sabiq sərhədçilərin əsas cəhəti kimi onların Dövlət sərhədi mühafizəsi taktikası üzrə elmi araşdırmaları, fundamental təklifləri və sərhədçi kadrların peşə hazırlığı üzrə təşəbbüskarlığını dəyərləndirmək daha faydalıdır.
Bu ilkin təklif qəbul edildiyi təqdirdə,SVİETəM-in statusunun geniş layihəsi hazırlanacaqdır.

QEYD: 2003-cü ildə “SƏRHƏD MÜHAFİZƏ TAKTİKASININ ƏSASLARI” adlı üçcilidlik dərsliyin Azərbaycan analoqunun layihəsini hazırlamışdım və həmin ildə Sərhəd Kurslarının ləğv edilməsi və bu fundamental dərsliyə maraq göstərilməməsi üzündən üçüncü cilidin son fəsilləri tamamlanmamış qalmışdır. Ehtiyac olarsa, dərsliyi qanunvericilikdə və DSX sistemində son 10 ildə baş verən dəyişikliklərə uyğun olaraq yenidən nəzərdən keçirib işləmək mümkündür.

LAYİHƏNİ HAZIRLADI                         İSTEFADA OLAN POLKOVNİK-L-T
                                                                    F.S. QURBANOV
BAKI, 10.11.12.


Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами