Rus general Azərbaycana qaçdı
Dünyada video oyunlarınistehsalı sahəsində lider olan EA DİCE korporasiyası “Battlefield” seriyasından 4-cü oyunun pərdəarxasını qismən açıqlayıb. Avropa.info xarici mediaya istinadən xəbər verir ki, hələlik satışa çıxmayan oyunda Azərbaycanla bağlı epizodlar da olacaq. Belə ki, computer arxasında oturduğunuz zaman sizə serjant Daniel Reker rolu həvalə ediləcək. Siz “Battlefield”-in əfsanəvi “Tombstone” xüsusi təyinatlı döyüş komandasının üzvüsünüz. “Tombstone” rus ordusundan üz döndərmiş generalla əlaqə saxlamaq missiyasını yerinə yetirməlidir. General isə məhz Azərbaycana sığınıb. Burada sizin komandanız rusların hücumuna məruz qalacaq və komanda ilə birlikdə hücumdan yayınıb sağ qalmalısınız. Çünki bundan sonra sizi Çində başqa bir missiya gözləyir.
Video oyunda dövlətlərarası münasibətlər və geosiyasi intriqalar da əksini tapacaq.
Комментарии
Отправить комментарий