Stalinin Gizli Agentləri




Stalinin Gizli Agentləri Fransız tarixçi Alain Besançon SSRİ-ni dövlət kimi yox, nəhəng konspirasiya kimi təsvir edirdi. Onun fikrincə sovetlərin qurduğu dövlət apparatı büsbütün xüsusi xidmət idarəsinə, casuslara əsaslanırdı. Bu günlərdə oxuduğum Stalinin Gizli Agentləri kitabı Besançonun nəzəriyyəsinin həqiqətə nə dərəcədə yaxın olduğunu sərgiləyir. Müəlliflər M. Stanton Evans və Herbert Romerstein aydın edirlər ki, 1930 və 40-cı illərdə Sovet diktatoru İosif Stalinin ABŞ-da qurduğu güclü casus şəbəkəsi dünya tarixinin gedişatına əhəmiyyətli şəkildə təsir göstərib. Ortaya çıxarılan dəlillərdən belə məlum olur ki, Yaponiyanın ABŞ-a hücum etməsindən tutmuş, Şərqi Avropa ölkələrinin Sovet əsarətinə düşməsi və Çində kommunizmin bərqərar olmasınadək bir sıra tarixi olayların baş verməsində DTK-nın müstəsna rolu olub.

Əvvəla ondan başlayaq ki, Birləşmiş Ştatların xüsusi xidmət idarəsi dövlət yarandıqdan az qala iki əsr sonra formalaşıb. CIA (Central Intelligence Agency), yəni Mərkəzi Kəşfiyyat Agentliyinin sələfi olan OSS (Office of Strategic Services) İkinci Dünya Müharibəsinın qızğın çağında – 1942-cı ildə təşəkkül tapıb. Təsəvvür edin ki, nəhəng bir dövlət o vaxtadək kəşfiyyat işlərinə baxan dövlət orqanı yaratmağa lüzum görməmişdi (Bu mövzuda “The Good Shepherd” filmi olduqca maarifləndiricidir). 1929-cu ildə bəzi rəsmilər Dövlət Departamenti tərkibində MI8 adlı xüsusi xidmət idarəsi yaratmağa cəhd edəndə dövlət katibi Henry Stimson həmin idarəni qapatmışdı: “Centlmenlər bir-birlərinin məktublarını oxumur,” deyə Stimson öz addımını əsaslandırmışdı. Okeanların köhnə dünyadan ayırdığı Amerikada xarici siyasət uzun müddət prioritet hesab olunmurdu. Məsələn, 1930-cu illərədək Stimsonun rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin cəmi cümlətanı 700 əməkdaşı var idi.
Sovet diplomatlarının mütləq əksəriyyəti diplomat qismində deyil, azad cəmiyyətin bəxş etdiyi ab-havadan sui-istifadə edərək casus qismində fəaliyyət göstərir və kommunist dövlətinə simpatiya bəsləyən adamları DTK-ya cəlb edirdilər.

Belə görünür ki, Sovetlər də məhz bu boşluqdan sui-istifadə etməyə cəhd göstərirdilər. Sovet İttifaqı tarixdə yeganə dövlətdir ki, ABŞ-da casusluq fəaliyyəti ilə kifayətlənməyərək dövlətin siyasi qərarvermə prosesini müəyyənləşdirməyə can atırdı. 1933-cü ildə ABŞ-la Sovet İttifaqı arasında diplomatik münasibətlər bərqərar olduqdan az sonra Sovet diplomatlarını Amerika sahillərinə çox sayda casus müşayiət etdi. Əslində Sovet diplomatlarının mütləq əksəriyyəti diplomat qismində deyil, azad cəmiyyətin bəxş etdiyi ab-havadan sui-istifadə edərək casus qismində fəaliyyət göstərir və kommunist dövlətinə simpatiya bəsləyən adamları DTK-ya cəlb edirdilər. Çoxu bu tora sadəlöhvlükdən düşür, bəziləri ilə şöhrət və pul nəfsinin qurbanı olurdular. Nəticə isə eyni idi – ABŞ-ın dövlət idarələrində mühüm mövqedə qərar tutan rəsmilər Sovet diktatoru İosif Stalinin göstərişi altında hərəkət edir, Amerikanın maraqlarını deyil, Kommunist dövlətin maraqlarını güdürdülər.

İfşa olunmuş və cəzalandırılmış casuslar sırasında Alger Hiss, Carl Marzani, William Remington, Rosenberglərin adları çoxlarına tanışdır. Amma Evans və Romersteinin təsvir etdikləri mənzərə vətənə xəyanət edən ABŞ rəsmilərinin sayının onlarla olduğunu göstərir. ABŞ Ordusunun deşifrə etdiyi gizli yazışmalar əsasında ortaya çıxan Venona sənədləri Stalinə işləyən amerikalı agentlərin adları ilə doludur. 1946-cı ildə xüsusi agent Guy Hottel FBI direktoru J. Edgar Hoover-ə ünvanladığı memorandumda yazırdı: “Tədricən aydın olur ki, ABŞ hökumətin nəhəng sayda adamlar işləyir ki, bunlar kommunistdirlər və onlar hər gün Kommunizmin maraqlarına xidmət edir və bu hökumətin bünövrəsini qazımaqla məşğuldurlar… Onlar əsasən ABŞ-ın siyasət müəyyən edən orqanlarında – Dövlət Departamenti, Milli Xəzinə, OSS, FEA, WPB kimi idarələrdə qərar tutublar ki, bu da onlara xarici siyasətə mühüm təsir rıçaqları verir.»

Əslində Guy Hottel memorandumu yazanda artıq həmin bu “kommunistlər” azad dünyanın maraqlarına kifayət qədər ciddi zərbələr endirmişdilər. Onların sayəsində Yaponiya ilə münasibətlər Sovetlərin xeyrinə olaraq müharibə həddinədək kəskinləşmiş, Çindəki müttəfiq Çianq Kay Şek hökuməti kommunistlərin ayağına verilmişdi. 1944-cü ildə Yalta konfransında Prezident Franklin Rooseveltin müşaviri qismində müharibədən sonrakı planları müəyyən edən Alger Hiss əlindən gələn hər şeyi edirdi ki, ABŞ-ın atdığı bütün addımlar Stalinin istəklərinə uyğun olsun. Bu həmin Yalta konfransı idi ki, burada Polşa, Çexoslovakiya, Rumıniya və bir sıra Şərqi Avropa dövlətlərinin taleyi həll olunurdu. Konkret nəticə ondan ibarət oldu ki, ABŞ fövqəldövlət olaraq Kremlin bu millətləri əsarət altına almasına ciddi müqavimət göstərmədi. Stalin Sovet əsgərlərinin ayaqlarının dəydiyi hər bir ölkədə marionet kommunist rejim qurmağa nail oldu.

Hadisələrin bu cür gedişatında təkcə casuslar rol oynamırdı. Stalinə dərin şəxsi simpatiya bəsləyən Franklin Roosevelt əmin idi ki Sovet diktatoru saf məramlardan çıxış edir və onunla əməkdaşlıq aparmaq mümkündür. Bu inanca abunəçi olmaqda ona Harry Hopkins kimi sovetpərəst müşavirləri yardım edirdi. “Biz əlimizdən gələn hər şeyi etməliyik ki, Sovetləri istədikləri materiallarla təchiz edək,” deyə Lend-Lease proqramının rəhbəri olan Hopkins bəyan edirdi. 1940-cı illərdə Vaşinqtonda kommunistlərin güclü mövqeyə malik olduqları dövlət idarələrində və hətta Ağ Evdə belə bir təsəvvür var idi ki, nəyin bahasına olursa olsun Stalinə istənilən yardım göstərilməli və bunun əvəzində Amerika heç nə istəməməlidir. Bu təsəvvür özü-özünə yaranmamaşdı. Bir çox başqa alternativ reallıqlar kimi bu mənzərə də DTK-nın əl işi idi.
Lazımi məqamlarda, lazımi adamlara bu təbliğat xəttini dedirtməklə və məqsədyönlü şəkildə küy yaratmaqla, Sovetlər Amerikanı yaxın gələcəkdə mənfur düşmənə çevriləcək bir dövlətə heç bir təmənnasız yardım göstərməyə sövq edirdi. Təbii ki, sonradan sovet tarixçiləri müharibəyə tam başqa nəzərlərlə baxacaq və 50 milyard dollarlıq yardım proqramının qələbədə oynadığı rolu minimuma endirəcəkdilər. Fakt budur ki, Hiterlə müharibədə Stalinə verilən qeyd-şərtsiz dəstək və qırmızı diktatora sərgilənən hədsiz səxavət bağışlanmaz strateji səhv idi. Amerika qara ilanı məhv etmək üçün ağ ilanı dəstəkləməyə qərar vermişdi – elə bir ilan ki, növbəti 40 ildə azad dünyanı kommunizm bəlası ilə üz-üzə qoyacaqdı.

amerikanın səsi

Baxış sayı: (123)
sosial şəbəkələrdə paylaşın





(Visited 36 times, 3 visits today)
Random Posts
teref.info

SON XƏBƏRLƏR
Qadın polis kapitanı ilə nəyə görə dava ediblər — DİN açıqlama verdi 27/05/2013
Aaron Russo: Nikki Rokfeller deyirdi «Biz Yeni Dünya Düzeni’nin sahipleriyiz.!» VİDEO 27/05/2013
Avrasiya İqtisadi Məkanı- Moskva SSRİ xülyasından əl çəkmir! 27/05/2013
Daha bir əskərimiz şəhid oldu! 27/05/2013
Sumqayıtda Cümə məscidi problemi həllini tapdı 27/05/2013
Zeynəb Xanlarova növbəti sərt müraciətinı yaydı 27/05/2013
Günel Mövlud. Ədəbi azadlıq olmayanda 27/05/2013
Necdet Ünivardan təbrik mesajı 27/05/2013
«Bakıda aksiya yerlərinin yeni siyahısı hazırlanır» 27/05/2013
Bakıda qızları zorlayan şirkət rəhbərinin qətlinin sifarişçisi məlum oldu (TƏFƏRRÜAT) 27/05/2013
“Odnoklassniki» — də tanışlıq qana səbəb oldu 27/05/2013
Vəzirov: «Amma Azərbaycanın yerli hakimiyyəti buna razılıq vermirdi. « 27/05/2013
Sabah Milli Şura elan olunmalıdır 27/05/2013
AŞPA prezidenti: «Azərbaycanda elə bir inkişaf var ki, bunu görməmək mümkün deyil» 27/05/2013
Human Rights Watch: «Azərbaycanda saxta narkotik ittihamları ilə tənqidçilər susdurulur» 27/05/2013
Kişi arvadının başını kəsdi 27/05/2013
Təhsil Nazirliyində kadr dəyişikliyi davam edir 27/05/2013
İsa Qəmbər, Əli Kərimli, Eıdar Namazov bir araya gəldi 27/05/2013
Ağsaqqal aftobus şoferini döydü Video 27/05/2013
Qatil həbs edildi 27/05/2013
Qadın polis zabiti vətəndaşla əlbəyaxa oldu 27/05/2013
BAKIDA KAFEDƏ DAHA BİR QADINI ÖLDÜRDÜLƏR 27/05/2013
Bir əskərimiz yaralandı 27/05/2013
Bakı möhtəşəm Red bull X-Fighters motokrossu VİDEO 27/05/2013
» Ona görə mən deyirəm ki, Aygün Kazımova bəzi mənəm mənəm deyən şalvarlı kişilərdən daha şərəflidir.» 27/05/2013
«Qızıl palma budağı» lesbianların sevgisi haqda olan bu filmə verildi VİDEO 27/05/2013
Ürəyindən bıçaqlanan adam xəstəxanaya çatmadı 27/05/2013
Sauna yandı 27/05/2013
Diyarbəkirdə «Kürdüstan» arzuları (FOTO) 27/05/2013
“Kurtlar Vadisi Pusu”nun yeni – 194-cü seriyasını — Polat Ələmdar Poyraz mübarizəsi nə ilə bitir 27/05/2013
AXC-nin tapdanan idealları 27/05/2013
Qorxaq müxalifət liderləri və ölən cəmiyyət: kim kimdən inciməlidir? 27/05/2013
Arvadını bıçaqladı, özünü yandırdı 26/05/2013
“Eldar Namazovla Rüstəm Ibrahimbəyovun görüşü baş tutub” 26/05/2013
Prezident Administrasiyasında seçki təlaşı 26/05/2013
Cavan oğlanın başını kəsdilər 26/05/2013
Gürcüstanda həbslər davam edir 26/05/2013
Daha bir avtobus qəzası 26/05/2013
Bakıda həkim kardioloq 19 bıçaq zərbəsilə qətlə yetirilib 26/05/2013
Qacar Xanədanının banisi Ağa Məhəmməd şah Qacar! 26/05/2013
Ayı qandı Blajo qanmadı 26/05/2013
Terror şübhəlisi BBC-nin binasında ələ keçirilib 26/05/2013
Stiv Cobsun ilk kompyuteri 670 min dollara satılıb 26/05/2013
Dağıstanda qadın intiharçı hücumu həyata keçirib 26/05/2013
“Bayer”- dən möhtəşəm qələbə 26/05/2013
Erməni ekspert: «Rusiya silahını tutmağa əsgər olmayacaq» 26/05/2013
AŞPA prezidenti Bakıya gəlib 26/05/2013
Zəfər Çağlayan: Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Türkiyə Ermənistanla diplomatik və iqtisadi əlaqələr qurmayacaq. 25/05/2013
Suriyada Hizbullah Əsəd tərəfində Quseyr uğrunda şiddətli döyüşlər aparır 25/05/2013
Nobel Mükafatının qısa siyahısı bəlli oldu 25/05/2013
KÖŞƏ

“Ölüm korpusu” - “Ramiz starşinanı çağırıb dedi ki, Salmanın anus dəliyinə də güllə vursunlar”

Stalinin Gizli Agentləri
Azərbaycansayağı liberalizm

Cəəlad.. Qatil.. Lenin haqqında gerçəkləri bilsəydik..

Gəncliyin yolu

daha ətraflı

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами