Cəllad, Qatil.. Lenin haqqında gerçəkləri bilsəydik..

Qatil.. Lenin haqqında gerçəkləri bilsəydik..

Lenin qatillərə 100 min rubldan pul verirdi və rusları «zibil» adlandırırdı.


Onun təkcə Rusiyada 1800 abidəsi və 20 min büstü var idi. Onun gerçək üzünü tanısaydıq, ona abidələr ucaltmağa izin verməzdik.
Tanınmış tarixçi-leninşünas Anatoliy Latışevlə söhbət edirik. Ömrünün çox hissəsini Leninin bioqrafiyasını araşdırmağa həsr edib. KGB arxivlərində uzun müddət işləyib.

- Siz necə oldu ki, belə gizli arxivlərə girmək izni aldınız — soruşuram.
- Bu, 1991-ci il avqust hadisələrindən sonra mümkün oldu. Hökumət mənə xüsusi buraxılış vərəqəsi verdi və mən səhərdən axşama qədər oturub, arxivlərdə işləyirdim, daha dərinə getdikcə tüklərin biz-biz dururdu! Mən həyatim boyu Leninə inanmışdım axı.

- Nə öyrəndiniz ki?
- 1905-ci ildə Lenin İsveçrədən Peterbuqda olan gəncləri polislərin üzərinə kislata tökməyə, yuxarı mərtəbələrdən əsgərlərin üzərinə qaynar su tökməsini, atları şikəst etmək üçün qadağlardan istifadə etməyi və küçələrə əl qumbaraları atmağa çağırmışdı. Sovet hökumətinin başçısı qismində Nijnıy Novqoroda belə bir məktub yollamışdı: «Kütləvi terror həyata keçirilsin. Əsgərləri spirtli içkiylə içirdən yüzlərlə əxlaqsız qadınları güllələmək. Bir an belə gecikmədən.» Saratova: «Konspiratorları və şübhə içində olanları məhv etmək və əmri yerinə yetirməyi bir an belə gecikdirməmək.»

- Lenin rus millətini sevmirdi?
- Rusofobiyası vardı. Onun qanında bir damla belə rus qanı olmayıb. Atası yarı kalmık, yarı çuvaş millətndən olub.
Onun bütün əmrlərində ruslar haqqında alçaldıcı ifadələr işlədilib.

- Rus millətinin qırğınını nəzərdə tutan bir sənəd varmı?
- Onun məktub-əmrləri arasında əsasən amansızlıq və həmvətənlərini məhv etmək kimi faktlar çoxdur. Məsələn, Bakını tamamən yandırmağı əmr edib. » Bakını yandırın. Əsrlər götürün, hücum edən qırmızı ordu əsgərlərinin qarşısına sipər kimi onları dəstələmə yığın. Lazım gələndə arxadan güllələyin. Rayonlara qırmızı ordu başkəsənlərini yollayın, «yaşıllar» adı altında qətlləri həyata keçirin (sonra elə onlarında boynuna atarıq bu qətlləri) və varlıları, məmurları, kulakları məhv edin, hər bir qatilə 100 min rubldan pul verin.» onu da qeyd edim ki, Lenin Qafqaza «hamını məhv edəcəyik» məzmunlu teleqramları müntəzəm olaraq göndərirdi. Xatirinizdədirsə, Troçskiy və Sverdlov kazakları necə məhv edirdi, indi öndərin Frunzeyə məktubu tapılıb, «kazakları tamamən məhv edin» məzmunlu. Stalinə də o cümlədən olan məktublarında, sadəcə işini bacara bilməmək və ya gecikmək üçün də güllələnmək əmrləri verirdi. 1917-ci ildə Lenin hər 10 işsizdən birini güllələməyi əmr etmişdi çünki, işsizlikdir və xalqı təmin edə bilmir.

- Pravoslav kilsəsinə də nifrəti vardımı?
- O, yalnız rus kilsəsinə nifrət edirdi və məhv etdirirdi. Lenin 1922-ci il 19 mart tarixli Molotova ünvanlanan məktubunda deyirdi ki, kilsələri aclıq bəhanəsi ilə müflisləşdirmək lazımdır.

O, tamamən yumor hissindən məhrum bir insan olub. Məktublarında ucdantutma əxlaqsız, vulqar sozlərdən istifadə edirdi.

- Deyirlər, Stalin hələ Leninin dövründə Kremldə içki mərasimləri düzənləyib, əylənirmiş.
- Bəli! Dəfələrlə. Filmlərdə öndərin qara çörəklə, şirnisiz kök çayı içdiyini göstərirlər. Lakin indi bir çox sənədlər tapılıb ki, onun Kremldə böyük əyləncə mərasimləri olurmuş, qırmızı və qara ikra, delikates balıqlar və daha nələr. Zubalovo qəsəbəsində dəhşətli aclıq dövründə Leninin əmri ilə əzəmətli, şəxsi bağ evləri tikdirilirdi.

- Lenin içki düşgünüydü?
- Xeyr. Sadəcə inqilabdan əvvəl içirdi, sonra xəstəliyi ilə əlaqədar tamamən buraxdı. Bu arada Lenin heyvanları da çox sevmirdi. Krupskaya öz xatirələrində yazırdı: » qonşu iti yenə vəngildəyir, demək Volodya evə dönür, o, hər gəldiyində bu iti beləcə incidir…» Krupskayaya gəlincə isə Lenin onu heç sevməyib, sadəcə onu güvənli həmkarı kimi dəyərləndirib. Xəstəliyi dövründə, Leninin bacılarının xatirələrindən, onu yanına buraxmağı da qadağan edib. Krupskaya bu qərara səbəb özünü yerə vurub, isterikaya düşürmüş.

- Hələ Lenin haqqında bilinməyən faktlar varmı?
- Rusiya arxivləri sənədlərlə doludur. Öyrənmək gərəkir.
tərcümə: Könül Sərdarlı

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами