Aygün Kazımova bəzi mənəm mənəm deyən şalvarlı kişilərdən daha şərəflidir».
27/05/2013 at 09:37
» Ona görə mən deyirəm ki, "Aygün Kazımova bəzi mənəm mənəm deyən şalvarlı kişilərdən daha şərəflidir». - Nurəddin bəy salam
- Salam
- Nurəddin bəy yadınıza gəlirsə video qalmaqalı zamanı mən sizdən bir müsahibə istəmişdim.
- Bəli
- Siz dediniz ki, hələ bir şey başa düşə bilmirəm qoy sular durulsun, müsahibə məndə. İndi sular durulubmu?
- Durulub və mən çox şeyi aydınlaşdırmışam. Hər halda özüm üçün aydındır.
- Onda deyin bu nə məsələ idi? Bu qədər vaxtdan sonra bu nə video idi, hardan çıxdı bu, kim çıxartdı.
- Mən biləni, əgər yaddaşım məni aldadmırsa bu video o zamanki “ Moskva”mehmanxanasının “ İstambul” restoranında çəkilmişdir. Qəribə olanı odur ki, diqqətlə baxsanız bu nə toydur, nə də bir şənlik ki, orda video çəkən olsun. Rəqs edənlərə də fikir versəniz çəkilişə reaksıya yoxdur. Deməli çəkiliş gizli gedir. Siz biləni 1993 – cüildə gizli çəkilişi kim apara bilərdi? Özüdə restoranda?
- Xüsüsi xidmət orqanları?
- Olıa bilər. Həır halda mən çəkiliş apartdırmamışam və o çəkilişdən xəbərim yoxdur. Belə də baxanda elə bir şey yoxdur. Bu çəkiliş deyəsən 93 – cü ildə olub. Cünki müharibə zamanı mən saqqallı idim. Könüllülər batalyonları buraxılanda mən saqqalımı qırxdım. Orada da mən saqqalsızam.
- Kim yayımlayıb bəs bunları?
- Bilirsiniz gərək bir az keçmişə qayıdaq. Mən təmiz ürəkdən deyirəm. Aygünü mən qorxmaz, cəsarətli, vətənsevər bir qız kimi tanıyıram Bizim yanımızda elə olub. Dəfələrlə ən ağır əməliyyatlarda batalyonla və ya qruplarla döyüş bölgələrində olub. Sarıbabaya, Zəngilana, Qubadlıya, Ağdərəyə batalyonla əməliyyatlara gedib. Qorxmayıb. İndi ağız dolusu vətənpərvərlikdən danışıb ağız büzənlərin çoxunu mən o səngərlərdə görməmişəm. Çoxu səhər cəbhəyə gedəcəyimizi bilib gecədən xəstələnib. Nə isə…. Amma Aygün qışın soyuğunda, yayın qızmarında güllə altında düz erməninin sərhəddinə qalxıb bizimlə. Düzdür uşaqlar qoruyurdular onu. Amma əlində silah həmişə yanımızda olub. Ağır yaralananda, dəfələrlə ölümlə çarpışan vaxtlarımızda gözümüzü açanda səhra qospitallarında onu yanımızda görmüşük. Bunu mən yox bütün batalyonumun uşaqları deyə bilər. Amma könüllüləri ləğv edən də o, səhnəyə qaydacağını dedi. Mən səhnənin nə olduğunu və necə bir çirkli mühitə qayıdacağını desəm də o “Artıq savaş bitti, mənim həyatım səhnədədir” – dedi və səhnəyə getdi. Böyük səhnədə çoox çirkin bir mühitdir. Mən şou biznesdə olan kişilərin axşamlar arvad paltarı geyinib şəhərə çıxdıqlarını görmüşəm. Mən müğənni tanıyıram ki, səhər əri gətirib sevgilisinin yanına otelə qoyurdu, axşam götürürdü. Axırda otel sahibi dözmədi, baxmayaraq o müğənninin sevgilisi otel sahibinin şəriki və türk idi onları oteldən qovdu. Onlar şəhərdə ev tutub orda qalırdılar. Daha nələrdən deyim. Ona görə ona məsləhət görmədim. Lakin şərait elə gətirdi ki, o həqiqətən böyük səhnəyə qayıtdı , görünür böyük uğurlarla böyük düşmənlərdə qazandı. Bilirsiniz bir dostum demişdi ki, Kütlə öz kumirlərini yüksəkdə görmək istəyir. Yüksək tribunalar da, Dar ağacıda eyni materiladan, yəni taxtadan düzəldiyi üçün onlar üçün bu kumirlərin dar ağacında ya yüksək tribunada olmasının fərqi olmayıb. Dəqiq olmasada mənasını çatdıra bildim hər halda.
- Yəni deyirsiniz ki, bunu düşmənləri edib?
- Özgə kim edər. Fikir verin mən diqqətlə izlədim bu pörosesi. Elə bil bütün bu hay küyün dalında bir gözə görünməz rejissor durub hər şeyi nizamlayırdı. Bu qız vətən üçün millət üçün daha nə etməli idi. Elə bil bizim millət ancaq ölüləri sevir. Əgər Salatın Əskərova kimi cəbhə bölgəsində ölsəydi bəlkə indi ildə bir dəfə göylərə qaldırmışdılar. Amma… Bir ildən çox cəbhədə olub. Ən birinci Sovetlərin vaxtında “ Çırpınırdı Qara dənizi “ oxuyub. Rəhmətlik Elçibəyə, İsa Qəmbərə həsr edilmiş mahnıları heç kimin cəsarət etmədiyi bir vaxtda oxuyub. Daha nə etməli idi. Sizə bir sirr açım. Bizim batalyonda hamı kasıb uşaqlar olublar. Hansını görübsə kömək edib.
- İndi, ulduz olandan sonra?
- Bəli ! Batalyonun uşaqlarından kimi görübsə hamısına kömək edib, kimin vəziyyətinin ağır olduğunu eşidibsə maddi kömək göndərib. Əl tutub. Daha nə etməliydi?
- Sizə də edib?
- Onun mənə etdiyini bəlkə də hər kişi edə bilməzdi. Bilirsiniz də 1995 – ci ildə uydurma dövlət çevrilişi ilə məni axtarışa verdilər. Üstümdə daha nə maddələr yox idi. Terordan tutmuş, dövlət çevrilişinə qədər. Siz mənim ittihamnaməmi oxumaq istəsəniz iki gün vaxt sərf etməli olarsiniz. Onu mən qoruyuram. Kimlər nə deməmişdi orada. Olanı desəydilər adamı yandırmazdı. Olmayanı əfsanələri uydurub demişdilər. Düzdür məni interpol tutub Azərbaycana təhvil verəndən sonra istintaq zamanı hamı imtina etdi, dedilər ki, bizi məcbur etmişdilər. Amma mən onların verdikləri izahatlara baxanda ölüm kamerasını görürdüm. Yeganə adamlardan biri idi ki, Aygün demişdi ki, heç nə görməmişəm, bilmirəm, eşitməmişəm. Mən bilirəm ona, mənə qarşı ifadə verməkdən ötrü nələr təklif etmişdilər, necə təzyiqlər etmişdilər. Amma o bəzi » kişi» lərdən fərqli olaraq əclaflıq etmədi. Bəli bu kişiliyi o etmişdi. Ona görə mən deyirəm ki, Aygün Kazımova bəzi mənəm mənəm deyən şalvarlı kişilərdən daha şərəflidir.
- Bəs onun qalmaqqalları, şəkilləri, nə bilim daha nələr?
- Bilirsiniz bu şou- biznesdir və bu onun həyatıdır. Axı biz danışanda şəxsi həyatdan, onun toxunulmamazlığından danışırıq. Mən siz deyənlərə qiymət verə bilmərəm. Çün ki, bu həyatda maska altında ondan dəfələrlə çirkin əməllər görən, lakin insanlara özünü mələk kimi sırıyanları tanıyıram. Onların yanında dedikləriniz nədirki? Yenə deyirəm bu şou biznesdir, və onun öz tələbləri var ki, mən fikirləşirəm Aygündə o tələblərə cavab verib
- Nurəddin bəy siz necə fikirləşirisiniz sabah müharibə başlasa siz harda olacaqsınız?
- Mən arzulamıram ki, müharibə başlasın. Təki torpaqlarımız sülhlə alınsın. Lakin əgər birdən sabah müharibə başlasa mən təbii ki, bu yaşımda belə, yenə Qarabağda ön cəbhədə olacam. Heç nəyə
və heç kimə baxmadan. Sualınızı qabaqlayaraq onu da demək istəyirəm ki, mənm batalyonumun sağ qalanlarının 99 faizi mənimlə həmrəydilər və onlarda ön cəbhədə yanımda olacaqlar. Mən inanıram ki, Aygün Kazımovada şəxsi heyətin siyahısı oxunanda sırada” mən” deyəcək. Yəni yanımızda olacaq.
- Aygün Kazımova depressiyaya düşdüyünü və vətəni bir dəfəlik tərk edəcəyini elan etdi. Bir çox sənət dostları onun müdafiəsinə qalxdı. Siz nə deyərtsiniz?
- Bilirsiniz Aygün kimi adamlar üçün vətən məvhumu elə belə söz deyil. Siz Aygünün səhnədə olan obrazını görmüsünüz. Mən isə onu ən ağır vaxtlarda, ən ümidsiz, geri kimin diri kimin isə ölü qayıdacağını bilmədiyimiz vaxtda görmüşəm. İnsanı ağır vaxtda tanımaq olur. O zaman artıq hansısa obraza girmək mümkün deyil. Erməninin əlinə diri düşməkdənsə ölüm arzulayan biri vətəni tərk edə bilməz. Ola bilər müəyyən vaxt getsin. Amma o həmişəlik vətəndən gedə bilməz. O çox güclü qadındır. Mübarizdir. Vuruşandır. Yenə vuruşacaq, mübarizə aparacaq, axı o birincidir. Getməz. Onu bu vətənə elə tellər bağlayır ki…….
- Təşəkkür edirəm.
Könül.
Baxış sayı: (399)
sosial şəbəkələrdə paylaşın
В Мой Мир
0
Поделиться

Комментарии
Отправить комментарий