“Lə iləhə illallah” kəlmeyi-şəhadəti haqqında mesaja C a v a b


             Bir Mədinə tələbəsinin “Lə iləhə illallah” şəhadəti haqqında yazdıqlarına
C a v a b
Əssalamu əleykum!
Bismillah!
Skaypla göndərdiyin yazını alıb, çox diqqətlə oxudum və sizə - Mədinə tələbələrinə görə çox narahat oldum. Ona görə narahat oldum ki, bu rəy, sənin yazdığın, görünür ya bütün tələbələrin ümumi rəyidir, ya da sən ayrıca olaraq, belə bir rəydə olan qrupa uymusan və belə məntiqsiz və ağlasığmaz nəticələrə gəlmisən. Tələsmə, mən indi nə demək istədiyimi izah edəcəyəm. Mən inanmaq istəyirəm ki, bu, sənin şəxsən gəldiyin nəticə deyil. Sən onu kimlərdənsə əxz etmisən və bunu sənə sadəcə, nə üçünsə mükəmməl aşılayıblar (F-an, mən yazını bu tərzdə, sənə ərk etdiyimə görə belə yazıram. Az tanıdığım və ya heç tanımadığım insanlara bu tonda müraciət etmirəm).
Sənin yazdıqlarını ümumi konteksdən təcrid halında deyil, əsas fraqmentlər üzrə aydınlaşdırmağa çalışacağam. Səbirlə və öncədən əks çıxmaqla fikir yürütmə. Onu da bil ki, mən bunu təkcə sənə görə deyil, məhz sənin kimi rəyə sahib olanlara ünvanlayıram və eyni mətni, inşallah, internetdə da nəşr etmək niyyətindəyəm. Yazdıqlarını hissə-hissə verəcəyəm və cavablarımı da əvvəl ayrıca yazacağam. Odur ki, sən də hər şeyi diqqətlə oxu, sənə aydın görünməyənləri müəllimlərindən dəqiqləşdir. Ancaq, xahiş edirəm mənim yazdıqlarımı, bacarırsansa, müəllimlərinə dəqiq tərcümə et ki, mənim fikrimi gerçək anlaya bilsinlər. Beləliklə, səndən iqtibasları, onlara heç bir düzəliş vermədən, qeyd edirəm:
1)      BIRINCI; BELA TARCUMA VA YAXUD MANA VERMAKDAN BATIL MANA CIXIR BU DA VAHDATUL VUCUD AQIDASIDIR...”
-          Şəxsən mən “Lə ilahə illəllah” Şəhadətini Azərbaycan dilinə çevirəndə, dilimizdə heç bir batil məna çıxdığını müşahidə etmirəm (Tələsmə, bunu izah edəcəyəm). Bu, “Allah birdir, Ondan başqa ilah yoxdur!” mənasını verir ki, Allah Özü Quranda buyurur:
2. Bəqərə 163: “وَاِلٰهُكُمْ اِلٰهٌ وَاحِدٌ لَا اِلٰهَ اِلَّا هُوَ الرَّحْمٰنُ الرَّحٖيمُ
“Sizin ilahınız bir tək ilahdır. Ondan başqa ilah yoxdur...”
2. Bəqərə 255: “اَللّٰهُ لَا اِلٰهَ اِلَّا هُوَ اَلْحَیُّ الْقَيُّومُ (fraqment)”
Allah Özündən başqa heç bir ilah olmayandır, diridir, qəyyumdur...”
3.Ali-İmran 2: “وَاِلٰهُكُمْ اِلٰهٌ وَاحِدٌ لَا اِلٰهَ اِلَّا هُوَ الرَّحْمٰنُ الرَّحٖيمُ
“Sizin ilahınız bir tək ilahdır. Ondan başqa ilah yoxdur. O Rəhmandır, Rəhimdir”.

3. Ali-İmran 6: “لَا اِلٰهَ اِلَّا هُوَ الْعَزٖيزُ الْحَكٖيمُ...”
“...Ondan başqa ilah yoxdur. O, mütləq güc, hakimiyyət və hikmət sahibidir”.
3. Ali-İmran 18: “...اَللّٰهُ لَا اِلٰهَ اِلَّا هُوَ
“Allah özündən başqa heç bir ilah olmayandır...”
4. Nisa 87: “...اَللّٰهُ لَا اِلٰهَ اِلَّا هُوَ
 “Allah Ondan başqa heç bir ilah olmayandır...”
4. Nisa 171: “...اِنَّمَا اللّٰهُ اِلٰهٌ وَاحِدٌ...”
“...Həqiqətən, Allah bir tək ilahdır...”
6. Ənam 102: “...ذٰلِكُمُ اللّٰهُ رَبُّكُمْ لَا اِلٰهَ اِلَّا هُوَ
“Budur Rəbbiniz Allah! Ondan başqa ilah yoxdur...”
9. Tövbə 31: “...لَا اِلٰهَ اِلَّا هُوَ...”
“...Ondan başqa ilah yoxdur...”
11. Hur 14: “...اَنَّمَا اُنْزِلَ بِعِلْمِ اللّٰهِ وَاَنْ لَا اِلٰهَ اِلَّا هُوَ...”
“... o, həqiqətən, Allahın elmi ilə nazil edilmişdir və Ondan başqa ilah yoxdur...”
13. Rəd 30: “...قُلْ هُوَ رَبّٖى لَا اِلٰهَ اِلَّا هُوَ ...”
“...De ki: “O mənim Rəbbimdir. Ondan başqa ilah yoxdur...”
16. Nəhl 51: “...وَقَالَ اللّٰهُ لَا تَتَّخِذُوا اِلٰهَيْنِ اثْنَيْنِ اِنَّمَا هُوَ اِلٰهٌ وَاحِدٌ
“Allah belə buyurdu: “İki ilah seçməyin! O, ancaq tək Allahdır...” 

F-an, mən bu siyahını eyni qaydada daha da davam etdirə bilərəm. Çünki bu anda istifadə etdiyim Quran proqramında oxşar ayələrin sayını (ərəbcə-türkcə-azərbaycanca) daha da çox davam etdirmək olar. Lakin mən buna lüzum görmürəm. Örnəklərin sayını artırmaqla inanmayan insanı inandırmağa çalışmaq o qədər də fayda vermir. Amma inanan, iman sahibi isə bir neçə nümunə ilə qane olur.
Yuxarıda göstərdiyim ayələrin heç birində, gördüyün kimi, hətta əlavə şərh olaraq, “ibadətə layiq haqq məbud” ifadəsindən Müdrik Allah istifadə etmir. Halbuki O (Pak və Müqəddəs), istəsəydi və belə ifadənin zəruri olduğunu nəzərdə tutsaydı, onu heç olmazsa bir ayəsinin fraqmentlərinin birinə əlavə edərdi. Lakin bunu etməyib və Alicənab Elçisi (ona Allahın salavatı və salamı olsun!) də buna öz hədislərində yol verməmişdir.
Sən çox gözəl bilməlisən ki, Allahın Kəlmeyi-Şəhadəti Onun Öz vəhdaniyyətini bilavasitə təsdiq etməsi üçün ən mühüm dəlillərindəndir və mən deyərdim ki, ən birinci və vacib dəlillərindəndir. Allah – Təkdir və şəriki Olmayandır! Allahdan başqa heç bir ilah yoxdur. Bu buyuruq və hökm Fövqəlqüdrətli Allahın ən əzəmətli prinsipidir. Burada bir şeyi – bir müddəanı sözsüz qəbul etmək lazımdır: həm Fövqəlucanın nəzər nöqtəsindən, həm də sadə məntiqə uyğun olaraq, Allah buyurur ki, “Məndən başqa, digər ilah və ya ilahlar yoxdur! Təbii ki, bu o deməkdir ki, “Məndən başqa Mənə istənilən sifətlərimlə lap azca da olsa bənzər, oxşar olan, ola biləcək heç bir ilah yoxdur və ola bilməz”. Bu isə, sağlam düşüncəli insan üçün o deməkdir ki, kimsə, nəyisə, kimisə “ilah” adlandırarsa və ona ibadət və ya pərəstiş edərsə, o “ilahları” belə adlandırmaqlarına baxmayaraq, onlar ilah deyil, uydurulmuş bütlərdir, amma müşriklər, buna haqları olmadan onları “ilah” adlandırırlar. Onları “ilah” adlandıranlar Allaha açıq-aşkar şərik qoşanlardır. Müşriklər haqqında da Allahın hökmlərini sən bilməlisən və mən bu barədə söhbəti uzatmaq istəmirəm. Bu sadə məntiq Quran və Sünnədən qidalanan, onlara istinad edən məntiqdir. Mənim nəyimə lazımdır sufi xislətli kəlamçılar bu barədə nə deyir! Əgər onlarla diskussiya aparmaq lazım gələrsə, inşallah onlarla mükaliməmiz başqa tonda olacaq. Amma axı sən və sənin bu barədə rəyinlə həmfikir olanlar, bildiyim ki, Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun!) sələflərinin əqidəsinə (“Əqidətül vəsətiyyə”, “Əqidətül Təhaviyyə” və s.)  uyğun olaraq orada təlim keçir və təhsil alırsınız! Necə olur ki, siz Allahın Şəhadət formulasından bəhs ediləndə, kalamçıların (və sairənin) tutduqları mövqelərini nümunə gətirirsiniz. Sən yazırsan ki, bu dərsi bizə müəllimlərimiz öyrədirlər(?).
F-an, məni təəccübləndirən odur ki, sən nədənsə, bidətçilərin uydurduğu bir fasiq fərziyyəsinə istinad edirsən və həm də iddia edirsən ki, məhz onlar “Lə ilahə illəllah”ı “Allahdan başq ilah yoxdur” kimi tərcümə edirlər və sənin söylədiyin “ibadətə layiq haqq məbud” ifadəsini işlətmədikləri üçün, ibadət etdikləri hər şeyi İlah sayırlar. Birincisi, bunu belə düşünənlər kimlərdir? “Haqməbudçuların” iddia etdiyini nəzərə alaraq (bu yeni sözü mən öz yazılarımda, onlara cavablarımda işlədirəm) deməliyəm ki, ərəblərə öz dillərində Səhadətə əlavə qoşmağa ehtiyacları yoxdur. Guya, Şəhadətdə, sizin iddia etdiyiniz əlavə, ərəb qrammatikası qaydalarına uyğun olaraq gizli şəkildə mövcuddur. Yəni, ərəblər bu fasiq əlavəni Allahın Səhadətinə qoşmurlar. Yaxşı, belə olduqda, onda bəs “haqməbudçular” hansı dildə danışırlar ki, Şəhadətə “ibadətə layiq haqq məbud” ifadəsini qoşmağa məcburdurlar? Bu barədə məni məlumatlandırmağın savab iş olardı. Buna görə öncədən sənə Allahdan kömək diləyirəm.
O ki qaldı ərəb dilindən başqa dillərə Şəhadətin tərcüməsinə “ibadətə layiq haqq məbud” ifadəsinin əlavə edilməsinə, mən məsələnin vacibliyini nəzərə alaraq, bir az da araşdırmalar apardım və nəticəsinin xülasəsini (yəni, bütün nümunələri yox, az bir qismini) sənə göndərirəm ki, özünüzdə dediklərimə bəlkə iman hasil edə biləsiniz.
Məlumunuzdur ki, bu gün Quran çoxsaylı dünya xalqlarının dillərinə çevrilmişdir və prosess davam etməkdədir. Gətirmək istədiyim bu tutarlı dəlil çöxörnəkli ola biləcəyindən, mən sosioloji araşdırma, seçim metodikasına müvafiq olaraq, müxtəlif dillərdə, əsasən, bir ayənin tərcümələrini nəzərinizə (mən cəm halında yazanda sənin kimi düşünən digər Mədinə tələbələrini də nəzərdə tuturam) çatdıracağam.
Əvvəlcə, yuxarıda verdiyim ayənin tərcümələrinə diqqət yetir:
2. Bəqərə 163: “وَاِلٰهُكُمْ اِلٰهٌ وَاحِدٌ لَا اِلٰهَ اِلَّا هُوَ الرَّحْمٰنُ الرَّحٖيمُ
“Sizin ilahınız bir tək ilahdır. Ondan başqa ilah yoxdur...”
-Bolqarca: 2.163. Вашият Бог е единственият. Няма друг Бог освен Него…»
-İngiliscə: 2.163 “And your God is One God. There is no god bat He...”
F-an, mən əvvəlcə çoxsaylı müxtəlif xarici dillərdəki tərcümələrdən həmin ayənin çevirilərini nümunə göstərmək istəyirdim. Amma fikirləşdim ki, onları anlamaqda müəyyən çətinliklər ola bilər və ona görə elə ingilis dilinə çevrilmiş müxtəlif tərcüməçilərdən örnək göstərməyi üstün tutdum. Bunlar həm də tanınmış şəxslərin (M.N.Şakir, Pictihal, T. İrving, S.Ə. Maududi və b.) tərcümələridir.
-M.N. Shakir. 2.163": And your God is one God! there is no god but He...;”
-Yusuf Ali.      2.163: “And your God is One God. There is no god but He...,”
-dok. T.B. İrving. 2.163: “And your God is One God. There is no god but He...,”
Və bunlardan başqa bütün digər xarici dillərə çevrilmiş Quran tərcümələrində də, hətta fars dilindəki tərcümədə də bu ayə, demək olar ki, eyni tərtibatdadır.
Bundan başqa, mən sənə görə və oradakı digər tələbələrin mənafeyi naminə Allah xatiri üçün bir sıra təfsirlərdən də həmin ayənin şərhlərini örnək verməyə çalışacağam ki, Allahın Şəhadətini təkrar edən ayənin (ayələrin) tanınmış klassik alimlər tərəfindən də, “haqməbudçuların” iddia etdikləri kimi, düşünmədiklərini sağlam düşüncə sahiblərinin nəzərinə çatdıra biləm.
Nümunələr:
1)      Elmalılı Hamdi Yazar. (Mən onu elə türk dilindəcə verirəm): “Haqq Dini Kuran Dili”: 2.163 “Her halde hepinizin ilâhı, bir tek ilâhtır. Ondan başka bir ilâh yoktur. O Rahmân ve Rahîm'dir”.
Bu ayənin şərhində rəhmətlik Elmalılı belə yazır: “Ey insanlar! hepinizin ibadet ve kulluğuna layık ve buna hakkı olan gerçek ilâhınız, bir tek ilâhtır. "Vâhid" sıfatı ile nitelendirilmiş bir ilâhtır ki, ilâhlıkta tektir. Hem sizden başkalarının da diğer bir ilâhı var sanmayınız. O'ndan başka hak olan hiçbir ilâh yoktur. O'ndan başka ilâh tutulanların hiç biri ilâhlığa layık değildir. Hepsi boş, hepsi batıldır. O'ndan daha üstün veya O'na denk bir ilâh düşünülmesi imkansız olduğu gibi, O'ndan daha aşağı seviyede olmak şartıyle de O'nun ilâhlığına ortak olabilecek mabudlar, tanrılar yoktur. İlâhlığa ortak olmak mümkün değildir. Gerçek ilâh ancak o tek olan Allah'tır. O'nun bütün yaratıklara başlangıç olan birçok isimleri ve sıfatları varsa da, yine zatından hakkıyle b a hsetmek mümkün değildir. Hakk'ın gerçek mahiyeti, her türlü bileşimden uzaktır. O tek olan Ferd'i vasıflandırmak imkansızdır. Çünkü vasıf, vasıflanan ile sıfat arasında az çok bir başkalık gerektirir. Başkalık olunca da ferdîlik kalmaz. Bir de herhangi bi r şeyden haber vermek...”.
1)    Elmalı H.Y. rəhmətliyin bu ayənin şərhində verdiyi bir sıra özəlliklərə diqqətinizi yönəltmək yerinə düşərdi.
Şərh: O, ayənin tərcüməsini saf vermişdir: “Ondan başka bir ilâh yoktur”. Lakin o, şərhində yazır ki, “...hepinizin ibadet ve kulluğuna layık ve buna hakkı olan gerçek ilâhınız, bir tek ilâhtır...”. Bu, ayənin mətni deyil, şərhidir və tamamilə doğru və həqiqətə uyğundur, yəni, ayənin təfsiri ilə əlaqədər belə ifadələri işlətmək olar və hətta zəruridir. Mən qətiyyən bunun əleyhinə deyiləm, əksinə, təbliğ, dəvət vasitəsi kimi əlavə ifadələrdən istifadə etməyi zəruri sayıram. Bu ifadələrin əksini tağutlara da aid etmək, yeri düşdükcə, labüddür. Amma, məsələ ondadır ki, Allahın Şəhadəti yalnız əlavəsiz istifadə edilməlidir, çünki Allahın vəhyinə əlavə qoşmaq olmaz. Haqq dediyimiz də – budur!
2)   İbn Kəsir.: 163 — “Sizin ilâhınız bir tek ilâhtır. O'ndan başka hiç­bir ilâh yoktur. O'dur Rahman, Rahîm”.  
Şərh: Allahın ulûhiyyetteki eşsizliğini, şerikinin ve benzerinin bu­lunmadığını, bir tek eşsiz, benzersiz ve kimseye muhtaç olmayan ilâhın Rahman ve Rahîm olan Allah olduğunu haber veriyor. Rahman ve Rahîm isimlerinin tefsiri sûrenin başında geçmişti. Hadîs-i şerifde vârid olur ki Şehr ibn Havşeb... Esma Bint Yezîd kanalıyla Rasûlullah (s.a.)ın şöyle buyurduğunu nakleder: Allah'ın en büyük ismi (ism-A'zamı) şu iki âyet-i kerîme'dedir: «İlâhınız bir tek ilâhtır. O'ndan başka hiçbir ilâh yoktur. O'dur Rahman, Rahîm», «Elif, Lâm, Mim. Al­lah, ondan başka ilâh yoktur. O'dur Hayy ve Kayyûm...» Allah Teâlâ ulûhiyetteki eşsizliğini; gökleri, yeri ve ikisi arasında bulunanları kendisi­nin yarattığını bildirerek delil getiriyor. Bu ikisi arasında, Allah'ın bir­liğini gösteren yaratıkları yayıp, dağıttığını beyân ediyor”.
3)    Şeyxülislam İbn Teymiyyə. Müşkil ayələrin Təfsiri kitabı:
                                              Müqəddiməsinin ikinci abzasında yazır:  Allah'tan başka ilah olmadığına şehadet ederim. O, tek­tir ve ortağı yoktur. Ve şehadet ederim ki, Muhammed O'nun kulu ve Rasülü'dür”.
4)   Təhfimul Kuran Təfsirində (Mevdudi). 2.163-cu ayə türkcəyə belə çevrilmişdir:
“Sizin ilahınız tek bir ilahtır; O'ndan başka hiç bir ilah yoktur; O, bağışlayandır, esirgeyendir”.
Şərh isə verilməmişdir.

F-an, gördüyümüz kimi həm yuxarıda nümunələrini gətirdiyim əcnəbi dillərə çevrilmiş Quran tərcümələrində, həm təfsirlərdəki şərhlərdə “sizin” kəlamçıların (“sizin kəlamçılar” ifadəsini zarafatla yazıram. Onlar haradan sizinki oldular ki?) iddia etdikləri “haqməbudçuluq” fərziyyəsi təsdiq olunmur və yalnız bir yerdə rəhmətlik Elmalılı Yazır əfəndinin Təfsirində həmin ifadələri Allaha aid müsbət mənada çəkir: “...hepinizin ibadet ve kulluğuna layık ve buna hakkı olan gerçek ilâhınız, bir tek ilâhtır...”.
Təsəvvür edin ki, tərkcə (mənim nəzərdən keçirməyə macal tapdığım) 40-dan çox əsas dillərə çevrilmiş Quran tərcümələrində Səhadətə aid ayələrdə o “kəlamçıların iddia etdiyi “ibadətə layiq haqq məbud ifadəsi heç kim tərəfindən təkrar edilmədiyi, təfsirlərdə belə bir şərhin verilmədiyi halda, bu iddianın haradan doğduğunu (və israrla təkid edildiyini) təsəvvür etmək müşküldür, çünki sadiq sələflər bunu et­məyiblər. Lakin belə ifadənin başqa mətnlərdə işlədilməsini mən faydasız və yersiz olduğunu da müdafiə etmirəm. Bu “əlavədən” hər kəs ürəyi istədiyi qədər müxtəlif təbliğat və dəvət məqsədləri üçün istifadə edə və səsləndirə bilər. Bunlar kifayət qədər islami savadı olmayan insanlar üçün izahedici və faydalı ola bilər.
Bundan başqa, belə bir nəticəyə gəlmək olar ki, bu “ibadətə layiq və haqq məbud olmayan” yalançı, uydurulmuş tağutları “ilah” adlandı­rıl­sa­lar da, onlar ilah sözünün gerçək, həqiqi mənasında ilah deyillər və on­lara ibadət etmək olmaz, çünki Allah belə ibadəti, pərəstişi Öz çoxsaylı ayələri ilə qadağan etmişdir və onlara ibadəti boş və faydasız adlan­dırmışdir. Amma müşriklər xoşlarına gələn və özlərinin düzəlt­dikləri bütlərə, doğrudan da ibadət edir və onları ilahlaşdırırlar. Lakin insanların istəyini, arzusunu mütləq gerçəkliklə hətta müqayisə etmək belə olmaz. Əlbəttə ki, Allahı ixlasla qəbul etməyənlər, qadağan olunmasına baxmayaraq, istənilən məxluqu sitayiş obyektinə çevirə bilərlər və onlar iman sahibi olmadıqca, bu istəklərini onlara qadağan etmək faydasızdır.
                          Bu qeydlərimdən irəli gələn nəticələri qeyd edək. 1) “Saysız-hesabsız”     
                          dillərə tərcümə edilən Qurandabəhs etdiyimiz Şəhadət və ayələrin heç   
                          biri “ibadətə layiq haqq məbud” ifadəsi ilə çevrilməyib. Buna özün  
                          yuxarıda gətirdiyim bir-neçə nümunədə şahid ola bilərsən. 2) Adlı-sanlı
                          böyük İslam mütəfəkkirləri də (İbn Teymiyyə və digərləri) bunu Quranın
                          müvafiq müd­də­alarının şərhlərində göstərməyiblər. Bu barədə də  
                          örnəklər gətirdim. Sizə göndərdiyim nümunələr dərindən araşdırdıqlarım
                          ayələrin bəlkə də heç 1-2 faizini belə təşkil etmir. Əsasən Qurandan  
                          tədqiq etdiyim, lakin çox az bir qismini sizə göndərdiyim ayələr olduca  
                          boyük çoxluq təşkil edirdi. Üç sahədə (ayələr, təfsirlər və tərcümələr)  
                          araşdırdığım naslar qeyd etməyimə əsas verir ki, məhz sizin Şəhadətə  
                          qoşduğunuz əlavə ifadələri yolverilməz sayım və həmin formula ilə, Allah
                          xatiri üçün razılaşmayım.
                         Burada əsas fikirlərimi ümumiləşdirməyə keçməzdən öncə bildirmək istəyirəm ki, Allahın və Onun Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun!)    
                         buyurmağı rəva görmədikləri ifadələri Rəbbin şəhadətinə əlavə etmək, sadəcə, ən adi, sadə və ibtidai məntiqə uyğun olaraq, Allaha qarşı sağısızlıq, etinasızlıq
                         göstərməyin ən bariz nümunəsidir. Hörmətli və gənc qardaşlarım, siz bu, mühüm tövhid məsələsini düşünmək və ona riayət etmək əvəzinə, nədənsə, mənim
                         xəta etdiyimi bildirirsən. Sanki mən bunu başa düşmürəm?! Xeyr, mən tövhid əqidəsinə, Allahın lütüfkarlığı sayəsində müəyyən səviyyədə nail ola bilmişəm və  
                         sələf əqidəsini göz-bəbəyi kimi qorumağa çalışıram. Təbii ki, kimsə xətlardan tamamilə xali deyildir. Amma mən sizi öyrətdikləri ki, nəzəri spekulyasiyalara
                         qarışmıram və kəlamçılıq mərəzindən də uzaq olmağa cəhd göstərirəm. Bunları sənə (sizə) ona görə yazmağa məcburam ki, barədə yanlış, sapdırıcı fikirlərə
                         düşməyəsiniz (Fərahim müəllim Mədinə məktəbini keçməyib və s.) . Mən heç də yeddi ciliddə tərcümə edib, artıq nəşrini gerçəkləşdirdiyim Səədi Təfsirini ana  
                         dilimizin malı etməyə təsadüfən cürət etməmişəm. Bu, müsəlman xalqımıza müqəddəs bir töfhədir və məni buna Sövqedən Öz seçimi və lütüfkarlığı sayəsində
                         sövqetmişdir. Bu isə böyük və məsuliyyətli bir iş idi. Həmd olsun Allaha ki, məni məqsədə yetişməkdə məyus etmədi.
                        Qaldı ki, sənin yazdıqların, mən söz verdiyim ki, yazdıqlarını yeri düşdükcə söz, fraqment, cümlə-cümlə izah etməcəyə çalışacağam.

                        Sənin mesajından düzəlişlər etmədən iqtibaslar:

                     [21.06.2012 15:27:41] isayev farman: FARAHIM MALLIM YAZDIQLARI CAM EDIB YAZIRAM; (LA ILAHA ILLALLAH ) SAHADATINI (ALLAHDAN BASQA ILAH YOXDUR )KIMI TARCUMA VA YAXUD SARH   
                          ETMAK 2 TARAFDAN XATADIR.DIQQATLA FIKIR VERIN.BIRINCI; BELA TARCUMA VAYAXUD MANA VERMAKDAN BATIL MANA CIXIR BUDA VAHDATUL VUCUD AQIDASIDIR.CUNKU ILAH MABUDDUR YANI                             IBADAT EDILAN.AGAR DESAK KI ALLAHDAN BASQA IBADAT EDILAN YOXDUR BELA CIXIR KI ALLAHDAN BASQA BUTUN IBADAT EDILANLAR ALLAHIN OZUDUR.VA ONDA MUSRUKLARIN IBADAT ETDIKLARI
                        GUNAS, AY, ULDUZLAR, AGACLAR, DASLAR, MALAKLAR, PEYGAMBARLAR,SALEHLAR VA SAIR BUNLARIN HAMISI ALLAHDIR.VA BU DA ILHAD AQIDASIDIR BUDA KUFRUN AN SIDDATLI NOVLARINDANDIR.VA
                         BURDA PEYGAMBARLARI KITABLARI SARIATLARI INKAR ETMAYA GATIRIB CIXARIR.VA ELA CIXIR KI HAR KAFIR KAFIR DEYIL CUNKU (ALLAHDAN BASQA IBADAT OLUNAN YOXDUR VA BUNLARDA HAMIN
                         SEYLARA IBADAT EDIRLAR DEMALI HAMIN SEYLAR ALLAHIN OZUDUR.ONDA BU INSANLAR MUSRUK DEYIL TOVHID AHLIDIR.MAARICUL QABUL HAFIZ ALHAKAMI 1 CI CILD 305 CI SAHIFA.SAKK YOXDUR KI
                         BU MASALANI HULUL VA ITTIHAD AHLI BELA TARCUMA EDIB ETIQAD EDIRLAR.BASQALARINA GALDIKDA ISA OLA BILSIN KI ONLAR BUNU NAZARDA TUTMASIN HEC AGLINDAN BELA KECMASIN SIZIN KIMI  
                        MASALAN.ONA GORADA HAR BELA TARCUMA EDANA DEYILMIRKI SAN BIDATCISAN VA YAXUD HULULISAN AGAR OZU QABUL EDIRSA BASQA MASALA SADACA BELA TARCUMA EDANIN XATASI BASA
                       SALINIB ONA INKAR OLUNUR KI BUNU BELA TARCUMA ETMAKDAN BELA MANA ORTAYA IRALI GALIR VA BU MANANIDA AHLILHULUL VA ITTIHAD DEYIR”.
             Əvvələn, sən mənim toxunmadığım məsələni mənə ibtidai tərzdə izah edirsən. İqtibasından iqtibas: AGAR DESAK KI ALLAHDAN BASQA IBADAT EDILAN YOXDUR BELA CIXIR KI   
               ALLAHDAN BASQA BUTUN IBADAT EDILANLAR ALLAHIN OZUDUR”.
           
Qəhvəyi rəngə bulaşdırdığım bu yazdıqlarını mən sənə qətiyyən bildirməmişəm və bunu mənə sən yazmısan! Allahdan başqa ibadət edilən tağutlar var və onlar müşriklərdir  
           və əgər Allahı, Onun dininin hər hansı əsas sütununu da inkar edirlərsə, onda onlar müşrik və kafirlərdir. 
         Bu bir. İkincisi, sən özün sual qoyur və cavab verirsən ki, bunun mənə aidiyyəti yoxdur. Belə yüngül -məcaz şeylərə baş qoşmaq həvəsində də deyil. Sənə (sizə) bu geniş mesajı yazmaqda isə məqsədim - sənə və digər azərbaycanlı müsəlman balalarına haradansa aludə olmuş şeytani mərəzdən hamınızı xəbərdar etməkdir. Hər şey Fövqəlqüdrətli Allahın nəzarəti altındadır və mən kiməm ki, sizi nədənsə qorya bilər. Hifz edən Allahdır! Mən siz cavanlara yalnız bir müsəlman qardaş kimi, Allah xatiri üçün nəsihət verməyə təşəbbüs göstərirəm.
           İkincisi, sənin yazından belə çıxır ki, sən mənə təsəlli verirsən ki, “məni təkfir etmirsən, sadəcə xətamı vurğulayırsan. Allah razı olsun! Amma mənim axı buna ehtiyacım yoxdur.
              Üçüncüsü, qardaş oğlu, sənin yazdığın kimi, “Əgər desək ki, Allahdan başqa ibadət edilən yoxdur, belə çıxar ki, Allahdan başqa bütün ibadət edilənlər Allahın Özüdür...”. Bu qətiyyən məntiqə uymayan bir ifadədir. Çünki Allah da heç belə bir ifadə işlətmir və demir ki, Məndən başqa ibadət edilən yoxdur. Bunu mənim beşinci sinif şagirdi olan nəvəm də bilir ki, insanların çoxu Allahdan başqa şeylərə - qəbirlərə, ağaclara, daşlara və sairəyə ibadət edirlər. Niyə sən mənim demədiyim şeyi söyləyib öz vaxtını israf edirsən (mən isə hələ öz vaxtımdan danışmıram). Söhbət Allahdan başqa digər allahın, ilahın, məbudun olmadığından gedir. Bu, tövhid əqidəsidir və sizlər bunu çox yaxşı mənimsəməlisiniz, məndən də yaxşı. Çünki siz gələcəyin islam ilahiyyətçisi olacaqsınız, mən – yox. Mən, sadəcə, müsəlman tərcüməçiyəm inşallah və bəlkə Allah qismət etdi xalqımız üçün digər islami əsərlər də tərcümə etdim. Bu cümlələrdəki məntiq son dərəcə zorlayıcı və “məzmunsuz”-dur. Bu sözün mənası üzdə olmadığı üçün onu dırnaqlar arasında yazdım. Sənin ifadə etdiyin bu fikir (bunlar hamısı Allahdır?), təbii ki, sənin düşüncənin məhsulu deyil. Sən onu, görünür ədəbi məxəzlərdən (və ya dərsliklərinizdən) əxz etmisən (sıhv də edə bilərəm).
Fərman, mən baxıram ki, sən bu günkü (24.06.12 02.39-da) mesajında lap sarı simə toxunmusan və daha dərinliyə varmağa cəhd etmisən. Amma nahaq! Mən Şeyxülislam İbn Teymiyyəyə bəslədiyim ehtiramı eyni dərəcədə Şeyxülislam Muhəmməd İbn Əbdülvəhhaba da bəsləyirəm sonuncunun vaxtilə üç əsərini (xatırlatdığın “Üç əsas”, xatırlatmadıqların: “Dord prinsip” və “Şübhələri aradan qaldıran...” adlı əsərlərini türk və rus dillərindən Azərbaycan dilinə çevirmişəm və problem və onların əksəriyyətinə şeyx Ramil redaktorluq etmişdir. Bundan başqa sənin Şeyx Əbdürrəhman əs-Səədinin tərcüməsi ilə əlaqədar anlamadığın şeyləri bildirməyin də heç yerinə düşmür. Təfsirin 2008-ci ildə Bakıda nəşr olunmuş  birinci cilidində verdiyim 255-ci ayənin şərhində də heç bir problem görmürəm və həmin cildi onlarla yüzlərlə (çox demirəm) insanlar oxuyublar və sən də oxusaydın necə tərcümə edildiyini başa düşərdin.
Mən yuxarıda izah etmişəm ki, az qala yüzlərlə dillərə çevrilmiş Allahın Quranında sənin birbaşa iddia etdiyin “ibadətə layiq haqq məbud” ifadəsi olmadığı halda, “sənə tanış olan nəzəriyyəçilər” məhz Azərbaycan dilində bunların olmasını hansı əsaslarla istinad edərək tələb edirlər.
Mən bir daha təkrar edirəm ki, bir izah, şərh, təfsir vasitəsi kimi bu sözlərdən yararlanılmasının əleyhinə deyiləm və əksinə “ibadətə layiq haqq məbud söz birləşməsinin lehinəyəm! Çünki əksər insanlara bunu izah etməyə böyük ehtiyac var. Lakin mən Allahın şəhadətinin Azərbaycan dilində təhrif edilməsinin, ona əlavə sözlər qoşulmasının qəti əleyhinəyəm. Bu dediklərimdə aydın olmayan bir şeymi var?! Yoxdur!
Mən islama gələn gündən ilk tərcümə və hələlik son tərcümə etdiyim əsərlər məhz sələfi müəlliflərinin əsərləri olmuşdur və az-çox onların vasitəsi ilə Peyğəmbər əqidəsini imkan daxilində, Allahın köməyi ilə mənimsəyə bilmişəm. İbn Teymiyyənin “Vəsətiyyə əqidəsini”, “Təhavi Əqidəsinin Şərhini” ilk olaraq ana dilimizə çevirməyə nail olmuşam. Bu əsərlərdə “Lə ilahə illəllah” Şəhadəti “haqməbudçuların” iddia etdikləri kimi keçmir. Lakin geniş şərhlərdə “ibadətə layiq haqq məbud” ifadəsi bəzi hallarda işlədilir ki, bu da, bildirdiyim ki, dəvətdə normal üsuldur. Mən sənə 255-ci ayənin Səədi təfsirini də göndərərdim, lakin hazırda mənim kompyuterimdə e-variantım olmadığı üçün bunu edə bilmirəm.
F-an, mən bir şeyi anlamaq istəyirəm: “haqq məbud” ifadəsini inadla Şəhadətə əlavə etmək istəyənlərin görəsən əsil məqsədi nədir?
Fövqəluca Allah çoxsaylı ayələrində “Məndən, Ondan başqa ilah yoxdur” buyurduğu halda “haqq məbud” ifadəsinə bu qədər diqqət yetirlməsi haradan və nədən qidalanır? Sən yazmışdın ki, sizin bütün müəllimləriniz bunu sizə öyrədirlər. Sən onlardan bir-neçəsinin öz razılıqları ilə e-meyllərini göndərə bilərsənmi? Onlarla bu barədə məsləhətləşmək istərdim. Bəlkə, doğrudan da, nədəsə mən yanılıram?! İstənilən insan yanıla bilər. Amma şüurlu surətdə haqqa batil demək böyük günahdır. Allah bizi bundan qorusun! Amin!
Hə, sən bəzən bəzi sözlərin izahlarını mənə yazırsan. Buna görə sağ ol! Lakin bunlara hələ ki, ehtiyac yoxdur. Mənim, Allahın sayəsində, yaxşı yaddaşa malik bilgisayarım var ki, zəruri söz, istilah, termin və sairə informasiyları onda təmərküzləşdirmişəm. Yaddan çıxan bir söz rastlandıqda, onu asanlıqla tapa bilirəm.
Sonra, sən bu ifadənlə: “...MAN BILMIRAM SIZ BU TAFSIRI NECA TARCUMA ETMISIZ YOXSA OLMAYA-OLMAYA SAADI DA BU TAFSIRDA BIDATA AL ATIB VA SALAFIN MANHACINDA VA AQIDASINDA TAFSIR ETMAYIB (Bəs sən hələ bu təfsiri oxumayibsan bildiyin bir dildə? Axı onu Səudiyyə radiosu ilə, deyildiyinə görə, hər gün iki dəfə translyasiya edirlər!).VA YAXUD SIZ ARAB DILI BILMADIYINIZ UCUN XATA OLUNMUS TARCUMADAN TARCUMA ETDIYINIZA GORAMI BU MANANI ITIRMISINIZ? ONDA BU MANANI INKAR ETMAKLA SIZ OZUNUZ-OZUNUZA RADD ETMIS  VA OZ ALINIZIN ZAHMATINI ITIRMIS OLURSUZ” sanki rişxənd edirmiş kimi bir tövrlə sual verirsən. Amma bu yersiz hərəkətdir.
    Sənin “minhəc” termininin “üsul”, “metod” mənaları verdiyini bilib-bilmədiyindən asıl olmayaraq qeyd etməliyəm ki, sələfin yolu, üsulu, metodu haqqında tam kamil olmasa da, hələ ki, mənə bəs edən bir anlayışa sahibəm və yazışmalarında ümumişlək istilahları izah etməyinə lüzum görmürəm. Qaldı ki, mənim ərəb dilini bilib-bilməməyimə, bu, hazırda elə də bir problem deyil.
       Beləliklə, mən bu kiçik təfsilatlı mesajımda demək istədiyim fikirlərimi, ola da bilsin ki, tam əhatə etməmişəm. Buna görə yazılı ünsiyyəti, ehtiyac olarsa, davam etdirmək, hələlik mənə heç bir maneə yaratmır. Hələ ki, yeni bir əsər üzərində çalışmağa başlamamışam (Allahın izni ilə yalnız hazırlıq aparıram) və hələlik, qardaşlara Allah xatiri üçün həsr etməyə vaxtım bir qədər vardır.
F.S.
Vəssalamu əleykum və rəhmətullahi və bərəkətuh!

P.S. Bütün yazdıqlarımın tutarlı bir təsdiqi olaraq Şeyxülislamın kəlmeyi-tövhidə aid aşağıdakı sözləri  məncə kifayət edər: 
Kelime-i Tevhid
- Yer ve gökler kelime-i tevhidle ayakta dururlar.
- Yüce Allah tüm varlıkları bu esas üzere yaratmıştır.
- Dinin kurulması, kıblenin belirlenmesi, cihad kılıçlarının çekilmesi, hep bu esasa göre olmuştur.
- Tevhid yüce Allah'ın tüm kulları üzerindeki katıksız hakkıdır.
- Bu dünyada kan, mal ve nesli koruyan ilke; öte dünyada da kabir ve cehennem azabından kurtaran bu sözdür.
- Bu cennete ancak kendisiyle girilen ferman, Allah'a (c.c.) ancak ona tutunmakla ulaşılacak bağdır.
- İslâm'ın bu sözü, selam yurdu cennetin anahtarıdır.
- İnsanlar buna göre mutlu ve bedbaht, kabul edilen ve kovulan diye kısımlara ayrılırlar.
- Küfür diyarıyla iman diyarını, nimetler diyarı cennetle bedbahtlık ve zillet yurdunu birbirinden ayıran bu sözdür.
- Farz ve sünnete götüren esas bu sözdür.
"Her kimin (hayattaki) son sözü "Lâilâhe illallah" olursa cennete girer."

Göründüyü kimi, Şeyxülislam bu sonucda da Şəhadəti – Kəlməyi-Tövhidi Allahın buyurduğu kimi ifadə etmiş və ona heç şərhedici əlavələr qoşmamışdır və bu əsli mətndə olduğu kimi türkcəyə çevrilmişdir. Bəs Azərbaycan dilinə niyə başqa cür çevrilməlidir? Bu gün mövcud olan bütün dillərdə Şəhadət kəlməsinin digər xalqların dilinə məhz belə tərcümə edildiyi halda, Azərbaycan dilinə eyni ilə çevirinin xəta olmasını iddia edənlər nə dərəcədə haqlı ola bilərlər??? F.S.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами