УВАЖАЕМЫЕ ДРУЗЬЯ! Я СОЗДАЛ ЭТОТ БЛОГ С ЦЕЛЬЮ ОКАЗАНИЯ ПОСИЛЬНОЙ ПОМОЩИ ПОГРАНИЧНИКАМ МОЕЙ СТРАНЫ В ОХРАНЕ ГРАНИЦ РОДИНЫ.
ЦЕЛЬ: ПОДБОР НАУЧНО-ИССЛЕДОВАТЕЛЬСКИХ, ИННОВАЦИОННО ИНЖЕНЕРНО-ТЕХНИЧЕСКИХ И ИНЫХ ИНФОРМФЦИОННЫХ МАТЕРИАЛОВ, ИЗДАВАЕМЫХ ОТКРЫТО В ИНТЕРНЕТЕ, КОТОРЫЕ, ВОЗМОЖНО, ПРИГОДЯТСЯ ДЛЯ повседневной службы НАШИХ ПОГРАНИЧНИКОВ, А ТАКЖЕ других материалов, представляющих интерес. Ф.С.
Şairin guya "yeni bir Quran" yazması haqqında
Получить ссылку
Facebook
X
Pinterest
Электронная почта
Другие приложения
Tanınmış şair Şəhriyar del Geraninin yeni “Quran” yazması ilə bağlı fikirlərinin cəmiyyətdə heç də birmənalı qarşılanmayacağı ilə bağlı fikirlərimiz özünü doğrultdu. A24.Az xəbər verir ki, şairin bu fikirləri istər sadə vətəndaşlar, istər ilahiyyatçılar, istərsə də psixoloqlar tərəfindən tənqid edilib. Bunu şairlə bağlı paylaşdığımız xəbərin altına yazılan şərhlərdən də müşahidə etmək mümkündür. Xəbəri oxuyan sadə vətəndaşlar şairi tənqid “atəşi”nə tutublar və bunun mümkünsüzlüyünü bildiriblər.
A24.Az-a açıqlama verən İlahiyyatçı Elşad Miri də vəhy əsasında yeni “Quran” kitabının yazılmasının mümkünsüzlüyünü bildirdi. Onun sözlərinə görə, hər şeydən əvvəl şairin “mənə bu mövzuda yazmaq dayanmadan diqtə olunur” cümləsinin özünün şərhə ehtiyacı var:
“Mən özümdə həmin yazını oxudum. Şəhriyar del Gerani orada qeyd edib ki, ona bu mövzuda dayanmadan diqtə edilir. Birincisi, diqtə olunmaq vəhy olunmaq mənasındadır. Allah da “Quran”da ənam sürəsinin 121-ci ayəsində şeytanın da vəhy etdiyini bildirir. Məsələnin ikinci tərəfi, həmin şəxsin yazdığı “Quran” olmayacaq. Başqa bir kitabı eyni adla yazmaq mən inanıram ki, yazıçılığın özünə belə ziddir. Belə bir anlayış mümkün deyil ki, başqa bir kitabı götürüb eyni adla yazasan”.
İlahiyyatçı onu da əlavə etdi ki, Şəhriyar bəy əgər tərcümə işi ilə məşğul olsaydı, buna haqq qazandırmaq olardı: “Düşünmək olardı ki bəli, bu şəxs “Quran”ı tərcümə eləmək istəyir, bu cür düşünür, bu cür də onun özünün təfəkkür anlayışı var. Ancaq yeni bir “Quran” yazıb orada nəyisə dəyişəcəyi və ya nəyəsə yeni bir anlam verəcəyi tamamilə absurd bir şeydir və bu günə qədər baş verməmiş bir hadisədir. Yəqin ki, bu insan öz yazıları ilə tanına bilməyib ki, belə bir yola əl atıb”.
Şairin sensasion fikirlərini şərh edən psixoloq Elnur Rüstəmov isə məsələnin başqa məqamlarına toxundu. Psixoloq bildirdi ki, bu yaradıcılıq növünün özünün də bir psixologiyası var:
“Yaradıcı insanlar zaman-zaman nədənsə təsirləndiklərini, onlara ilham gəldiyini bildirirlər. Dində qeyd olunur ki, “Quran” peyğəmbərə vəhy yolu ilə göndərilib. Ola bilər ki, Şəhriyar bəy də ona istinadən nəzərdə tutub ki, bu kitabı o, sırf düşünüb yazmır, vəhy əsasında yazır. Müasir postmodernistlər qeyd edirlər ki, şairlik və yaradıcılıqla labaratoriya şəraitində də məşğul olmaq olar, bunun üçün xüsusi vəhy lazım deyil. Ancaq bizim klassik bir yanaşmamız var ki, şeir və sairləri vəhy formasında gəlir. Bu yaradıcılığın bir formasıdır. Bunu psixoloji pozğunluq kimi qiymətləndirmək olmaz. Ola bilər ki, ona bu əsər üçün ona xüsusi ilham gəlir. Ancaq bir az da məsələni gündəmdə saxlamaq və qıcıq yaratmaq üçün bunu gətirib “Quran” səviyyəsinə çıxardığı şəklində ifadə edib”. Elnur Rüstəmov- Psixoloq
Elnur Rüstəmov bildirdi ki, bu məsələdə qıcıq yaradan də məhz “Quran” kimi bir kitab yazması ilə bağlı səsləndirdiyi fikirlərlə bağlıdır. O, əvvəllər də deyə bilərdi ki, ilham gəlir şeir yazıram. O zaman heç kim reaksiya verməzdi.
“Cəmiyyət niyə indi reaksiya verdi? Çünki, indi iddia etdi ki, “Quran” səviyyəsində kitab yazır. Bu əlbəttə ki, insanlarda qıcıq yaradacaq. ”
Qeyd edək ki, tanınmış şair Şəhriyar del Gerani cəmiyyətdə heç də birmənalı qarşılanmayacaq, dindarların qəzəbinə səbəb olacaq bir açıqlama verib.
Şair yeni “Quran” yazdığını iddia edib. Onun sözlərinə görə bu, onun iradəsindən kənar bir şeydir:
“Yeni “Quran” kitabı yazıram. Bu, mənim iradəmdən kənar bir şeydir. Düzü, mənə bu mövzuda yazmaq dayanmadan diqtə olunur. Hər şeyi açıq-açığına deyə bilmirəm. Anlayışlı yanaşın xahiş edirəm. Sağlıq olsun, gələn ilin payızına tamamlayaram yəqin. Tam əminliklə deyirəm. Bu “Quran” çağdaş ateistlərin və deistlərin suallarına tam olaraq cavab verəcək bir kitab olacaq.
“Xatırladım ki, sonuncu “Quran”ın bir çox “surə”lərinin (hekayətlərinin) üzərində ciddi redaktələr olunub. Yeni ayələr (misralar) isə tam olaraq orjinaldır, xəbəriniz olsun. Ona görə ki, istər intellektual, istər ruhani, istərsə də bədii cəhətdən bu “Quran” kitabı bütün parametrlərdə daha dəqiq, daha mükəmməl olacaq. Səmimiyyətə qalsa, mən özüm də həddindən ziyadə maraqlıyam bu kitabın nicat tapmasına. Allah böyükdür! Eşqlərimlə…” Şəhriyar Del Gerani
Глава четвертая Служба пограничных нарядов 107. Несение службы по охране государственной границы Республики Казахстан в пограничных нарядах является выполнением боевой задачи и требует от каждого пограничника строгого и точного выполнения приказа на охрану границы, соблюдения всех положений настоящего Наставления, высокой бдительности, выдержки, непреклонной решимости и инициативы. Каждый пограничник из состава наряда несет личную ответственность за охрану назначенного участка. 1. Подготовка наряда к несению пограничной службы 108. Подготовка пограничников к несению службы проводится заблаговременно и непосредственно перед выходом (заступлением) пограничного наряда на охрану государственной границы. Заблаговременная подготовка осуществляется в ходе плановых занятий по боевой и военно-патриотической подготовке, воспитательной работы, инструктажей и дополнительных занятий, при самостоятельном изучении погран...
Об утверждении Наставления по охране государственной границы Республики Казахстан (пограничный наряд) source: prikaz_ob_ohrane.doc Глава первая Общие положения Глава вторая Основы охраны государственной границы пограничными нарядами Глава третья Применение оружия пограничными нарядами Глава четвертая Служба пограничных нарядов Глава вторая Основы охраны государственной границы пограничными нарядами 1. Пограничные наряды, их виды и обязанности 18. Основным подразделением пограничных войск, непрерывно охраняющим определенный участок государственной границы, является пограничная застава. Основу войсковой охраны границы на участке заставы составляет служба пограничных нарядов, осуществляемая постоянно в любой обстановке. 19. Пограничным нарядом называется один или несколько вооруженных пограничников, выполняющих приказ на охрану государственной границы Республики Казахстан. 20. Для охраны государственной границы на пограничной заставе назначаются следую...
Глава вторая Основы охраны государственной границы пограничными нарядами 1. Пограничные наряды, их виды и обязанности 18. Основным подразделением пограничных войск, непрерывно охраняющим определенный участок государственной границы, является пограничная застава. Основу войсковой охраны границы на участке заставы составляет служба пограничных нарядов, осуществляемая постоянно в любой обстановке. 19. Пограничным нарядом называется один или несколько вооруженных пограничников, выполняющих приказ на охрану государственной границы Республики Казахстан. 20. Для охраны государственной границы на пограничной заставе назначаются следующие виды пограничных нарядов: "Дозор", "Часовой", "Секрет", "Пост наблюдения", "Пост технического наблюдения", "Пограничный пост", "Подвижный пограничный пост", "Контрольный пост", "Разведывательно-поисковая группа...
Комментарии
Отправить комментарий