59 ərazi vahidində problem var

Milli Məclisdə VACİB MÜZAKİRƏ: 59 ərazi vahidində problem var
Milli Məclisdə VACİB MÜZAKİRƏ: 59 ərazi vahidində problem var
4 Oktyabr 2016 14:08
Font1 Font2 Font3 Font4

Ölkənin 59 ərazi vahidində torpaqların hansı rayonlara aid olması ilə bağlı müəyyən mübahisələr yaranıb.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu günkü iclasında komitə sədri Arif Rəhimzadə deyib.
Deputat bildirib ki, qəsdən, yaxud bilməyərəkdən bu rayonlar biri digərinin torpaq sərhədlərini pozaraq aralarında ərazi mübahisələrinə səbəb olub: “Bilmədən və bəlkə də bilərəkdən bir rayon digərinin ərazisinə keçib və sərhədlər pozulub. Keçən iclasda 6 rayonun icra hakimiyyətindən komitəyə daxil müraciətlər olmuşdu. Ancaq bu dəfə daha bir neçə rayonlar bizə torpaq mübahisələri ilə bağlı müraciətlər ediblər:
Hacıqabul rayonu ilə Bakı şəhəri, Abşeron və Şamaxı rayonları arasında ərazi məsələsi üzrə mübahisələrə dair Hacıqabul Rayon İcra Hakimiyyətinin, Xaçmaz rayonu ilə Şabran rayonu arasında ərazi məsələsi üzrə mübahisəyə dair Xaçmaz icra hakimiyyətinin, Bakı şəhərinin Sabunçu rayonu ilə Abşeron rayonu arasında ərazi məsələsi üzrə mübahisəyə dair Sabunçu rayonu İra Hakimiyyətinin, Bakı şəhərinin Binəqədi rayonu ilə Sumqayıt şəhəri və Abşeron rayonu arasında ərazi məsələsi üzrə mübahisələrə dair Binəqədi Rayon İcra Hakimiyyətinin, Abşeron rayonu ilə Sabunçu, Binəqədi və Qaradağ rayonları arasında ərazi məsələsi üzrə mübahisələrə dair Abşeron rayon İcra Hakimiyyətinin, İmişli rayonu ilə Beyləqan və Biləsuvar rayonları arasında ərazi məsələsi üzrə mübahisələrə dair İmişli Rayon İcra Hakimiyyətinin, Ağcabədi rayonu ilə Bərdə rayonu arasında ərazi məsələsi Ağcabədi icra hakimiyyətinin Milli Məclisə müraciətləri daxil olub”. (modern.az)

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами