Qarnı 60 saniyəyə əridən “Sassi” suyunun hazırlanması - VİDEO

Qarnı 60 saniyəyə əridən “Sassi” suyunun hazırlanması - VİDEO

Sassi suyunun hazırlanma qaydasını təqdim edirik:
Dünya şöhrətli dietoloq olan Sintia Sassın şərəfinə belə adlanan su, arıqlamaq istəyən, qarın nahiyəsində problemləri olan, eləcə də orqanizmini yaxşılaşdırmaq istəyənlər üçün olduqca faydalıdır.
İnqredientlər:
Suyu tökmək üçün qab;
Orta ölçülü limon və xiyar;
Zəncəfil kökü;
Nanə;
Təmiz su.
Hazırlanması:
Addım 1.
Sassi suyunu axşamdan hazırlamaq daha yaxşı olardı. Belə ki, su soyumalı və tərkibindəki ərzaqlar öz faydalı maddələrini suya çıxarmalıdırlar. İlk növbədə, limon, xiyar, zəncəfil və nanə yaxşı yuyulur (limon və xiyarın qabığı soyulmadığı üçün təmiz yuyulmaları vacibdir).
Addım 2.
Limon və xiyar nazik halqalar şəklində doğranır. Zəncəfil kökündən 1-2 sm uzunluğunda hissəsini kəsib qabığını soymaq və rəndələmək lazımdır. Sonda alınan zəncəfil 1 çay qaşığı qədər (təpəciklə) olmalıdır. 10-15 yarpaq nanə götürmək kifayətdir.
Addım 3.
Hazırlanmış inqredientləri 2 litr həcmi olan qaba boşaldırıq. Üzərinə 2 litr təmiz filtrlənmiş su töküb soyuducuda bir gecə qalmalıdır.
Addım 4.
Hazırlanmış 2 litr məhlulun hamısı gün ərzində içilməlidir. Səhər acqarnına 1 stəkan Sessi suyu içmək lazımdır. Zəncəfil bağırsaqların işini yaxşılaşdırır. Sassi suyu şişkinliyi yatırır, bədəndə olan toksinləri çıxarır, mədə-bağırsaq sistemini qaydaya salır. (AzadQadin.az)

30.04.2016 12:15 / Baxılıb: 28366 / Çap
 
    Bu bölmədə

    Комментарии

    Популярные сообщения из этого блога

    Глава четвертая Служба пограничных нарядов

    Наставление по охране государственной границы (пограничный наряд)

    Глава вторая Основы охраны государственной границы пограничными нарядами