Abxaziyadan Cavaxetiyaya doğru... Baqramyan vəhşilikləri -II Hissə

AAA
Abxaziyadan Cavaxetiyaya doğru... Baqramyan vəhşilikləri -II Hissə
 11.05.2016, 18:42


Gürcüstanın aşağıdan (Cavaxetiya) yuxarıya (Abxaziya) deyil, yuxarıdan aşağıya parçalanmasını planlaşdıran Ermənistan rəhbərliyi dolayı yolla ikinci cəbhəni açmış oldu.
 Bu cəbhə gələcəkdə Cavaxetiya ermənilərinin Ermənistana birləşdirilməsi üçün zəmin hazırlamalı idi. Abxaziyada yaşayan ermənilərin fonunda gürcü erməni münasibətlərinin pisləşməsi, nəticədə Cavaxetiyada da erməni həmrəyliyini gücləndirməli idi.
Strateji baxımdan Ermənistan üçün böyük əhəmiyyət kəsb edən bu planın icrası üçün Gürcüstanın Abxaziya bölgəsində yaşayan erməni vətəndaşları arasında üzdə mədəniyyət və təhsil fəaliyyətlərinin həyata keçirilməsi üçün təxribatçı təşkilatlar formalaşdırılırdı.
Yaradılan “Krunk” və “Maştots” təşkilat şöbələri hər ehtimala qarşı iki fərqli istiqamət seçdi. Birinci istiqamət olan, Albert Topolyanın başçılıq etdiyi Krunk təşkilatı, seperatçı Abxaz rejiminin siyasi həyatında daha fəal iştirak etməyə başladı.
Təşkilatın Qarabağda olduğu kimi, seperatçı Abxaziya “ali soveti”nin təşkil edilməsində nümayəndələri vardı.
“Kurunk” və onun rəhbəri Topolyan Abxaz yönlü, seperatçı Vladislav Ardzinba tərafdarı idi. “Krunk”dan fərqli olaraq, Arsen Çakıryan rəhbərliyində Qaqradakı erməni təşkilatı Maştots isə, seperatçı rejimin siyasi həyatına az müdaxilə edirdi.
Araşdırmalara görə, gürcü-abxaz silahlı qarşıdurmasından öncə iki erməni təşkilatının lideri Qaqrada görüşüb. Tapşırığa əsasən, bölgədəki müharibə səbəbiylə “Kurunk” və “Maştots” tərəfdarları ümumi mövqe göstərməli idi.
Albert Topolyanın “Krunk” təşkilatı erməni əhalisinin abxazlara dəstək verməsini tələb etsə də, “Maştots” bu cür açıq müxalifətdən imtina edirdi. Əsas mərkəzi Suxumidə olan “Krunk”dan fəqli olaraq, Qaqra icma rəhbərliyinin “Maştots” təşkilatı hərbi qarşıdurmada tərəflərin heç birinin yanında iştirak etməyəcəklərini, yalnız erməni diasporunun maraqlarını qoruyacağını bildirdi. Bu baxımdan “Krunk” birbaşa açıq təbliğat aparırdısa, “Maştots” bunu gizli edir, gürcülərlə gələcəkdə münasibətlərin düzəlməsi üçün müəyyən qədər yer qoyurdu. Təşkilatlar arasında qarşıdurmanın yaranması isə, mövqe münasibəti deyil, Albert Topolyanın bütün icamaya rəhbərliyi ələ almaq istəməsində idi.
Qaqra icması 10 min insanı ətrafında biləşdirməklə, görünüşdə mədəni və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərirdi. Hətta, özünü pərdələmək məqsədilə müxtəlif proqramlarla Ermənistan Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlıq edirdi. Buna baxmayaraq, “Maştots” da “Krunk”la yanaşı, Baqramyan batalyonun silahlanmasına və döyüşçü toplanmasına yardım edib. Hətta, Ermənistanın Eçmiədzin kafedralından orduya keşiş göndərilməsini təmin edib. Abxaziya muxtariyyatı dövründə, ali sovet tərkibində erməni fraksiyasına nəzər salarsaq, onlar həmişə gürcülərə qarşı radikal olublar.
“Krunk”u güc halına gətirməkdə əsas məqsədlərdən biri də regionda gürcülərin yerləşdiyi əraziləri ələ keçirib, burada ermənilərin məskunlaşmasını təmin etmək idi. “Krunk” erməni mədəni və xeyriyyə cəmiyyəti kimi sosial, hüquqi və digər ictimai sahələrdə erməni icmasına qarşı ayrı-seçkilik fonunda narazı cəmiyyət formalaşdırırdı. Amma, bunun üçün Topolyan təşkilatda çox da əziyyət çəkmədi.
Abxaziya bölgəsində yaşayan erməni əhalisinin gürcülərə qarşı düşüncələrinin pisləşməsi uzun illər öncə, gürcü-abxaz silahlı qarşıdurması başlamazdan öncə planlaşdırılıb. Həqiqətən ermənilərin gürcülərə qarşı nifrəti düşünülmüş planın tərkib hissəsi idi. Baqramyan erməni batalyonunun komandiri Vağarşak Kosyan verdiyi müsahibədə məsələni bu şəkildə şərh edir:


Ermənilər Abxaziyanın mövqeyini tutdu.Yəni bizim öncədən onlarla çox yaxşı əlaqələrimiz vardı. Türklər əcdadlarımızı öldürür, yoxsullaşanlar qaçırdı. Belə bir vəziyyətdə abxazlar bizi qəbul etdi. Belə ki, onların bizi hərarətlə qarşıladığını xalqın nəsillərinə demək lazımdır.
Hər hansı bir vasitə ilə gürcülər erməniləri Abxaziyadan xaric etməyə çalışırdı. Ermənilərin öldürülməsi, hətta dənizə atılması halları vardı. Müharibədən öncə, bizim icma tərəfindən həyata keçirilən çox yaxşı təbliğat proqramı ilə bu əlaqələr hərtərəfli izah olunurdu. Buna görə də, Abxaziyda ermənilər digər mövqedə dura bilmədi. Əks halda mənəvi baxımdan bu mümkün ola bilməzdi.
Ermənilər abxazlara dəstək verdi və onlarla birgə işğalçılara qarşı mübarizə apardı. Müxtəlif ölkələrdə yaşayan ermənilər də eyni mövqedən çıxış edirdi: siz bu torpaqlarda yaşayırsızsa, onda siz onu qorumalı və onun xalqı ilə bütün problemləri yaşamağa borclusunuz. Biz Abxaziyanın çətin zamanında onun yanında dayandıq”.
Seperatçı qrumun “xarici işlər naziri” Sergey Şamba da “Krunk”un fəaliyyətlərini, apardığı təbliğat platformasının gürcülərə qarşı yerli ermənilərdə əks düşüncələr yaratdığını bildirirdi:
“Sovet dövründə Tiflisdən Abxaziya üçün tipik müstəmləkə xarakterli siyasət aparılırdı. Biz həqiqətən müstəmləkədə yaşayırdıq. Belə olan halda erməni əhalisi Abxaziyada özünü qərib hesab edirdi. Tiflisin düşüncələrinə görə, ermənilər, o cümlədən abxazlar onların torpaqlarında yaşamamalı idi. Bu torpağın sahibləri yalnız gürcülər sayılırdı.
Bu vəziyyətdə, Albert Topolyanın rəhbərlik etdiyi “Krunk” təşkilatı ortaya çıxdı. Bu təşkilat anti-gürcü mövqeyi tutdu və ermənilərə təbliğatla izah edirdi ki, Abxaziya abxazlar kimi onların da vətənidir. Müharibə başlayanda, bir çox ermənilər vətəni müdafiə etmək üçün silahlandı”.
Təşkilat liderləri oxşar təşkilatlar və erməni diasporu ilə çox sıx koordinasiyada fəaliyyət göstərirdi. Qeyd edildiyi kimi, təşkilat Qarabağdakı bənzər instansiya ilə sinxron çalışırdı. Qarabağdakı “Krunk” təşkilatı məqsədini rəsmən regionun tarixi onun Ermənistan ilə əlaqələrini öyrənmək, eləcə də, tarixi abidələri bərpa etmək olduğunu bəyan etsə də, əslində təşkilat silahlı dəstələr yaratmaq, kütləvi etirazlar və tətillər təşkil etmək ilə məşğul idi. Britaniyalı jurnalist və yazar Tomas de Vaal öz kitabında qeyd edir:
““Krunk Qorbaçov dövründə Sovet İttifaqında ilk təşkilat idi ki, tətili siyasi silah kimi istifadə etməyə başladı”

Abxaziyada yaradılan “Krunk”un Qarabağla əlaqələrinə baxdıqda təşkilatlarda dil, mədəniyyət, ekologiya və tarixi məsələlərin “işləndiyini” görərik. Əslində təşkilatlar silahlanaraq, Azərbaycan və Gürcüstanda sabitliyin pozulmasına xidmət edib. Təsadüfi deyil ki, Qarabağdakı “Krunk”un ideoloji bölməsinin rəhbəri Ermənistanın keçmiş prezidenti Robert Koçaryan idi. S.Şaumyan adına şəhər stadionunun direktoru Ramzik Petrosyan isə “xalq drujinalar”ının təşkil olunması ilə məşğul olurdu.
“Drujinaların” ilk fəaliyyətlərindən biri Xankəndində yaşayan azərbaycanlıların qovulması və onların əmlakını talan edilməsi olub. Daha sonra isə, Ramzik Petrosyan “Qarabağ özünümüdafiə qüvvələri” adlanan erməni silahlı dəstələrinin komandirlərindən biri olur. Birbaşa Ermənistana bağlı təşkilat kimi Abxaziyadakı “Krunk” şöbəsi də bu cür fəaliyyətdə idi. Ermənistanın Azərbaycanla müharibə aparmasına baxmayaraq, erməni rəsmiləri, şovinist erməni siyasi partiyaları “Krunk”un fəaliyyətinə dəstək verirdilər.
Abxaziyada “Krunk”un erməni Baqramyan batalyonunun formalaşması, ermənilərin Abxaz seperatçı mövqeyində toplanması, onun “mədəni-xeyriyyə” cəmiyyəti kimi hansı fəaliyyətləri göstərdiyini aşkar edir. Artıq Qarabağda müharibənin başlaması ilə erməni təşkilatları yardım dəstəyi toplanmasına başladı. Onlar Azərbaycana qarşı erməni diasporunun vasitəçiliyi ilə silahlar əldə edirdi. Məlumatlara görə, Abxaziyada yerləşən erməni təşkilatları bir müddət Qarabağda azərbaycanlılara qarşı erməni döyüşçülərin toplanması ilə məşğul olub.
Azərbaycanla yanaşı, Gürcüstanda da son dərəcə gərgin siyasi vəziyyət yaranmışdı. Abxaz separatçılarının “müstəqillik” ideyaları ilk qanın tökülməsinə səbəb oldu. 1989-cu ilin iyul ayında baş verən qarşıdurmalar zamanı gürcülər və abxazlar arasında onlarla insan öldü. Abxaziyada yaşayan ermənilər isə öz mövqelərini gözləyirdi.
Ermənilərə aydın idi ki, gürcülər və abxazlar arasında baş verən hadisələr tezliklə müharibəyə çevriləcək. Bu baxımdan “Krunk” müharibəyə hazır idi. Topolyanın təşkilatı abxaz separatçı siyasətini tam dəstəkləyirdi. Bir vaxtlar “mədəniyyət və təhsil təşkilatı” olan “Maştots” da iç üzünü açaraq, gizli hərbi təşkilata çevrildi.
Qaqranın bütün şəhər yerlərində, küçələrinə, ermənilərin yaşadığı sıx yerlərə məsul şəxslər təyin edildi. Bu şəxslər rayonun bütün əli silah tuta bilən şəxslərinə nəzarət etməli idi. Ehtiyac vəziyyətində həyəcan verilməli və toplaşmaq üçün öncədən yerlər müəyyən edilməli idi. Belə bir quruluş ekstremal vəziyyətdə təşkilat üzvlərini sürətlə səfərbər etməli idi.
Qarabağdakı “Krunk”un “xalq drujinaları” modelini əsas götürən ermənilərin məqsədi Qaqrada şəhərin ümumi rəhbərliyini ələ almaq, nəticədə gürcüləri şəhərdən sıxışdırıb çıxarmaq idi. Ermənilər müharibə dövründə nəinki, gürcüləri şəhərdən çıxardı, hətta, bütün Abxaziyadan təmizlədi. Hazırda Ermənistan Respublikası “Krunk”un vahid koordinasiyasını apardığını ciddi cəhdlə inkar edir.
Ermənistan qonşu Gürcüstana xəyanət etmədiyini vurğulayır.
Lakin bir sıra araşdırmalar apardıqda məlum oldu ki, 1989-cu ildə “Krunk” hərəkatının fəalları Ermənistana səfər edib və Ermənistan dini lideri katolikos I Vazgen tərəfindən qəbul edilib. Siyasi partiyalar Erməni İnqilabi Federasiyası (Daşnaksütyun) ilə əlaqələri yaradıb, öz növbəsində Daşnaksütyun da strukturlarını qurmaq üçün “Krunk”a dəstək verib. Məhz bundan sonra “Krunk” yaradılıb.

“Maştots”un Ermənistan Mədəniyyət Nazirliyi tərəfindən hansı gizli əməliyyatlar aparması isə Gürcüstana tam məlumdur. Yaradılan Baqramyan batalyonuna Eçmiədzindən xüsusi xeyir dua ilə keşiş göndərilməsi də yəqin ki, gürcülərə xidmət deyildi. Abxaziyadan Qarabağa, daha sonra əksinə,
Qarabağdan erməni döyüşçülərin Abxaziyaya göndərilməsi Ermənistanın bölgədə hansı strategiyanı tutduğunu tam müəyyən edir. Vaxtilə Azərbaycanda terror-təxribat əməliyyatları ilə yadda qalan “Krunk” təşkilatının ölkəmizdən xeyli aralı yerləşən Abxaziya bölgəsində şöbələr açması isə bizi təəccübləndirməməlidir.
Ermənistan Respublikası, Ümumerməni diasporu və Daşnaksütyunun həyata keçirdiyi “Krunk layihəsi” göründüyü kimi, yalnız Azərbaycanı deyil, qonşu Gürcüstanı da hədəf seçib. Bu baxımdan, “Krunk” həmin illərdə Ermənistanın Cənubi Qafqaz strategiyasının əsas silahı kimi nəzərədən keçirilməlidir.  
Şahin QOCAYEV
 



Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
 




 
Son xəbərlər
12.05.2016, 00:24
  Neftin qiyməti yenidən 47 dollara yüksəlib
12.05.2016, 00:07
  Bağdaddakı terrorda ölənlərin sayı 94 nəfərə çatıb
11.05.2016, 23:48
 "Rembo" ləqəbli hərbçimiz komadan ayılıb
11.05.2016, 23:28
  Leyla Əliyeva film təqdimatında - FOTOLAR
11.05.2016, 23:11
 İtaliyada eynicinslilərin evliliyi leqallaşdırıldı
11.05.2016, 22:48
  Dünyanın ən bahalı brendləri - SİYAHI
11.05.2016, 22:42
 Hacıbala Abutalıbov - onda, elə indi də... - VİDEO
11.05.2016, 22:33
  Koçaryan Qarabağa gəlib
11.05.2016, 22:18
  Dünyanın ən bahalı futbol klubları - SİYAHI
11.05.2016, 22:09
  Təyyarə fabrikin damına düşdü
11.05.2016, 21:55
  Fransalı qız birbaşa efirdə özünü öldürdü 
11.05.2016, 21:46
  Qarabağ məsələsi ATƏT sədri ilə müzakirə edilib
11.05.2016, 21:29
  Avropa Yayım Birliyi Ermənistan təmsilçisinin hərəkətini pislədi
11.05.2016, 21:18
  Deputatların 25 faizi narkotikdən istifadə edir
11.05.2016, 21:09
 Daha 5 dini icmaya maliyyə yardımı ayrılıb
11.05.2016, 20:58
  Hakim vəkili zorlamaqda ittiham olunur
11.05.2016, 20:42
  Məmurların pensiya yaşı artırıldı
11.05.2016, 20:31
  İŞİD "üzvü" ilə bağlı yeni fakt: “Topaz-a 15 min borcu olub”
11.05.2016, 20:14
 ”Münaqişənin həlliində ATƏT fəallıq göstərməlidir”
11.05.2016, 20:03
  Jurnalist özünü asdı
11.05.2016, 19:00
 Ombudsman DTX-nin istintaq təcridxanasına getdi
11.05.2016, 18:55
 “Özəl sektorda yoxlamaların məhdudlaşdırılması nəzərdə tutulur”
11.05.2016, 18:42
 Abxaziyadan Cavaxetiyaya doğru... Baqramyan vəhşilikləri - II Hissə
11.05.2016, 18:17
 Prezidentdən AÇIQLAMA: “Görünməmiş dərəcədə diqqət yetirməliyik”
11.05.2016, 18:07
 At leşlərini satmaq istəyənlərə cinayət işi açıldı
11.05.2016, 17:58
 Gəncədə ağır QƏZA: ölənlər var
11.05.2016, 17:43
 Müdafiə naziri yeni tikilən hərbi şəhərcikdə - FOTO
11.05.2016, 17:40
 Azərbaycanlı deputatlar Almaniyada mühüm görüşlər keçirdilər
11.05.2016, 17:29
 Daha 6 avtobus marşrutunda gedişhaqqı kartla ödəniləcək
11.05.2016, 17:28
 Kadırovun bacısı oğlu nazir müavini oldu
11.05.2016, 17:23
 Doların sabahkı kursu - Dəyişilik olmadı...
11.05.2016, 17:23
 Azərbaycanda 222 nəfər qidadan zəhərlənib
11.05.2016, 17:20
 Müəllimlərə əmək haqqı əvəzinə cücə verilir
11.05.2016, 17:18
 Rusiya hökuməti azərbaycanlı tələbələrə təqaüd ayırdı
11.05.2016, 17:17
 İŞİD 10 yaraqlısını diri-diri basdırdı
11.05.2016, 17:15
 “İrəli” sədri: “Azərbaycan Avropaya yenə ilkləri göstərdi”
11.05.2016, 17:07
 Britaniya Parlamentində Dağlıq Qarabağ dinləmələri - TƏFƏRRÜAT
11.05.2016, 17:03
 Taleh Bağırov məhkəmədə nə dedi?
11.05.2016, 16:56
 Gürcüstanda NATO qoşunları yerləşdiriləcək – ŞOK
11.05.2016, 16:55
 137 əcnəbiyə Azərbaycan ərazisində yaşamağa icazə verilib
Müəlliflər
Mahir Qabiloğlu

 Hacıbala Abutalıbov - onda, elə indi də... -VİDEO
Günel Feyzullayeva

 Uşaqların qarşısında sipər olmayın!
Hidayət Elvüsal

 Nəğmə dərsi
Fikrət Şiriyev

 İndi lap çox inanıram!
Mülatif Adurov

 Əl çəkin dedi-qodudan, qərəzlikdən
Aida Eyvazova

 Kəşfiyyatçı polkovnikin qəhrəmanlıq DASTANI - FOTOLAR
Buludxan Xəlilov 

 Birinci Türkoloji Qurultaya qədər və ondan sonrakı dövr: Cəlil Məmmədquluzadə
Cəlaləddin Qasımov

 Hacı Zeynalabdinin uzaqgörənliyi və indiki milyonçular...
Firuzə Nadir

 “Onun Şuşası...”
Vəfa Allahverdiyeva

 Cəbhədə döyüşəcək kişilər üzərində tamahkarlıq niyyəti
Orxan Bahadırsoy

 Sən nə karəsən ki, teatra şeytan yuvası deyirsən?..
Abunə
Email ünvanını daxil edin

 
 
   
 
 
 
Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | İqtisadiyyat | Media | Reportaj | Elm və Mədəniyyət | Ədəbiyyat | Dünya |
Foto | Sorğular | Reklam xidməti | Əlaqə
Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2016 modern.az. All rights reserved. Powered by NextPoint LLC

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами