Andronikin gətirdiyi ermənilər İrəvan və Dərələyəz bölgələrindən qovulmuş müsəlmanları əvəzlədilər

Andronikin gətirdiyi ermənilər İrəvan və Dərələyəz bölgələrindən qovulmuş müsəlmanları əvəzlədilər
XX əsrin əvvəllərində milli zəmində
erməni- azərbaycanlı qarşıdurması və erməni millətçilərinin apardıqları
etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazisindən azərbaycanlı
əhalisinin əhəmiyyətli hissəsi qovulmuşdu. 1918-ci
ilin ortalarından Andronikin rəhbərliyi altında erməni silahlı
birləşmələri Zəngəzurda müsəlman yaşayış məntəqələrinin məhv edilməsində
və regionun etnik cəhətdən təmizlənməsində böyük rol oynadı. Öz siyasi
məqsədləri olan Britaniya komandanlığı Andronikə öz fəaliyyətini
Qarabağa yaymağa imkan vermədi. Andronik özü ilə Şərqi Anadoludan,
əsasən Muş və Bitlisdən 30 min erməni qaçqını gətirmişdi. Türkiyədən
gələn ermənilərin bir hissəsi Zəngəzurda qaldı, qalanları isə erməni
dövlətinin əsas regionlarını etnik cəhətdən eynitərkibli etmək məqsədilə
İrəvan və Dərələyəz bölgələrində qovulmuş müsəlmanları əvəzlədilər.
SSRİ EA-nın Qafqaz Etnoqrafik Məcmuəsindəki məlumatlara görə,
“Ermənistanda azərbaycanlıların məskunlaşdıqları ərazilər boşaldılırdı.
Burada daşnaklar tərəfindən “ölkənin yadellilərdən, birinci növbədə isə
müsəlmanlardan təmizlənməsi” siyasəti həyata keçirilir və onlar Yeni
Bayazit, İrəvan, Eçmiədzin, Şərur-Dərələyəzdən qovulurdular”.
Daha sonra məcmuədə bildirilir:
1897-ci ildə burada yaşayan 137,9 min
əhalinin 63,6 min nəfəri erməni (46,2%), 71,2 min nəfəri azərbaycanlılar
(51,7%), 1,8 min nəfəri isə kürdlər (1,3%) idi. 1922-ci ildə həyata
keçirilən kənd təsərrüfatı işləri ilə bağlı siyahıya almaya görə isə
Zəngəzurda 63,5 min nəfər, o cümlədən, 56,9 min nəfər erməni (89,5%),
6,5 min nəfər azərbaycanlı (10,2%) və 0,2 min nəfər rus (0,3%)
yaşayırdı.
Erməni tarixçisi A.Boryana istinad edən
amerikalı tarixçi F.Kazemzadənin sözlərinə görə, 1918-1920-ci illərdə
müstəqil Ermənistanın daşnak hakimiyyəti idarəetmə ehtiyaclarına görə
deyil, “müsəlman əhalini qovmaq və onların əmlakını ələ keçirmək
məqsədilə yaradılmışdı”. Əvvəllər Türkiyənin nəzarət etdiyi, sonradan
isə erməni ordusu tərəfindən ələ keçirilən ərazilərdə müsəlmanların məhv
edilməsi nəhəng miqyas almışdı.
x-uni.com saytının materialına əsasən Gündüz Nəsibov hazırladı
Комментарии
Отправить комментарий