İŞİD-ə qoşulan gəncin valideynləri danışdı
- Получить ссылку
- X
- Электронная почта
- Другие приложения
Bürclər (18 iyun)
Prezidentlərin saatları və onların qiymətləri - FOTOLAR
Braziliya - MeksikaCANLI YAYIM
“İŞİD-in hədəfi Türkiyə, Kipr və Azərbaycanın işğalıdır” -Şok iddia
İŞİD-ə qoşulan gəncin valideynləri danışdı
Bölmə :
Gündəm
Yayım tarixi :
17/6/2014 [12:28]
Baxılıb :
1899 dəfə
"Əvvəl narkotikə alışdırırlar, sonra “sizi qurtaracağıq” deyib sıralarına qatırlar
Son günlərin əsas hadisələrindən biri İraq Şam İslam Dövləti (İŞİD) ilə bağlıdır. Bütün dünyanın diqət mərkəzində olan bu hadisə Azərbaycanda da maraq və bir az da qorxu ilə izlənir. Xüsusilə də İŞİD-in yaydığı xəritədə Azərbaycanın da yer alması, müəyyən narazılıqlara səbəb olub. İŞİD qruplaşmasına Azərbaycandan da qoşulanların olduğu da KİV-lərdə geniş müzakirə mövzusudur. Eyni vəziyyət Türkiyədə də yaşanmaqdadır. Habertürk İstanbuldan İŞİD-ə qoşulan iki gəncin valideynini danışdırıb və qruplaşmanın şəhərdəki mərkəzlərini araşdırmağöa çalışıb. Bizimyol.info həmin yazını təqdim edir.
“Uşağımı verin"
İstanbul İraq Şam İslam Dövlətinə (İŞİD) döyüşçü göndərən şəhərlərdəndir. Xüsusilə aşağı gəlirli ailələrin yaşadıqları səmtlərdə İraq və Suriyaya gedən gənclər orada İŞİD-ə qoşulur. Güngörən də İŞİD izlərinə rast gəlinən rayonlardan biridir.
Suriyaya kömək kampaniyalarının yanında “Haznedar İslami Araşdırma Yaşatma və Yardımlaşma Dərnəyinin” (HİSADER) lövhəsində İŞİD simvolu yer alıb. Habertürk əməkdaşları HİSADER-in fəaliyyəti haqqında məlumat almaq məqsədiylə araşdırma aparmaq istəsələr də, onlara heç bir cavab verilməyib.
Güngörəndə başqa bir dükanının girişində də IŞİD simvolu diqqət çəkir. Ətrafda yaşayan sakinlər dükana keçən həftələrdə bir qadının gələrək daş atdığını və “Uşağımı verin" deyə qışqırdığını iddia ediblər. Bu dükan sahibləri də məlumat verməkdən imtina ediblər. IŞİD bayrağında üst tərəfdə ərəbcə "La ilahə illəllah" yazısı, altında isə Hz. Məhəmmədin möhürü yer alıb .
"Əvvəl narkotikə alışdırırlar, sonra “sizi qurtaracağıq deyirlər” deyib sıralarına qatırlar
İŞİDƏ qatılan iki türkün ataları danışıb. Oblar deyiblər ki, İŞİD-in seçdiyi gənclərin ortaq tərəfləri var. Əsasən gəlir səviyyəsi aşağı, 18-25 yaş arası, ailəsiylə problemləri olan gənclər hədəf alınır. Təşkilatın mərkəzləri daha çox mühafizəkar səmtlərdə yer alır. Adlarını verməkdən və fotoşəkil çəkdirməkdən çəkinən 2 atadan birinin oğlu 7 aydır Suriyadadır. Digərinin oğlu isə bir neçə ay qaldıqdan sonra qaçaraq ölkəsinə dönüb.
İstanbulda yaşayan ata 21 yaşındakı oğulunun 7 aydır Suriyada IŞİD tərəflərində olduğunu deyir. Ata bildoror ki, anasını itirdikdən sonra oğlunda aqressiya yaranıb. "Oğlum əvvəldən həyat tərzini İslami qaydalarla keçirmirdi. Sonradan narkotik istifadə etdiyini öyrəndim. Bir qrup gənclə yığışırdılar. Sonra namaz qılmağa başladı, bizi kafir olmaqla günahlandırdı. Məsciddə namaz qılmayacağını söyləyirdi. Bir həftəsonu evdən getdi və və qayıtmadı. Oraya getdiyini yoldaşlarından öyrəndim. 15 nəfər gediblər. Qayıtması üçün yalvardım amma “Dönə bilmərəm, bir cihad üçün buradayıq” dedi. Oğlumdan sonra psixologiyam pozuldu. Ağlım onda qalıb".
“Mən insan öldürmək üçün gəlməmişəm, bunu edə bilmərəm”
İstanbulda yaşayan bir başqa ata isə İŞİD-ə qoşulan oğlunun geri dönməsinin xoşbəxtliyini yaşasa da, başqalarına görə kədərlənir. O, oğulunun 19 yaşında olarkən Suriyaya getdiyini deyir: "Maddi vəziyyətimiz yaxşı deyil. Oğlum qardaşlarıyla işləyirdi. Bir qrup yoldaşları vardı. Sonra namaz qılmağa başladı, saqqal buraxdı, şalvar geyməyə başladı... Səbəbini soruşduqda “Məhəmmədi yaşamaq istəyirəm” dedi. Sonra fərq etdik ki, məscidə deyil evlərdə təşkil etdikləri məscidlərə gedir. Bir qadər sonra yoxa çıxdı. Suriyaya getdiyini öyrəndik. Amma getdikdən sonra fikirləri dəyişərək, heri qayıtmq istəyib. “Mən insan öldürmək üçün gəlməmişəm, bunu edə bilmərəm” deyib və bir gün qayıdıb. Oraya getdikdən sonra təlimkeçirlər, sonra and içdirilər. Oğlum and içməmişdən qabaq qaçıb gəlib" – deyən ata bildirir ki, oğlunun psixologiyası pozulub.
Комментарии
Отправить комментарий