İsrail Putinin Əsədə verdiyi raketləri vurdu
Dış 13 iyul — 18:04
İsrail Putinin Əsədə verdiyi raketləri vurdu
Yəhudi ölkəsinin Suriyaya daha bir hava zərbəsi endirdiyi üzə çıxdı
İsrailin Suriyaya daha bir hava zərbəsi endirdiyi üzə çıxıb. Virtualaz.org İsrailin xüsusi xidmət orqanlarına bağlı “Debkafile” saytına istinadən xəbər verir ki, iyulun 13-də üç ayrı amerikalı rəsmi yəhudi dövlətinin hava qüvvələrinin ötən həftə ölkənin Latakiyə liman şəhərindəki hərbi anbara zərbə endirdiyini təsdiqləyiblər.
Həmin bazada Rusiyanın Suriyaya verdiyi və öz göstəricilərinə görə dünyada bənzəri olmayan gəmi əleyhinə “Yaxont” raketləri saxlanılırmış.
Ötən həftə beynəlxalq xəbər agentlikləri Latakiyə şəhərində güclü partlayışın baş verdiyi haqda xəbər yaysalar da əslində nə baş verdiyi barədə məlumat verilmirdi. “Debkafile” bildirir ki, həmin gün - iyulun 5-də İsrail aviasiyası Latakiyədəki böyük hərbi obyektlərə bir neçə güclü raket zərbəsi endirib. Hərbi qaynaqlar xəbər verir ki, hava zərbələri bir-birinin ardınca üç hərbi bazaya endirilib. Onların birində “Yaxont” raketləri və onların radar sistemləri, digərində Rusiyanın və İranın Hələb şəhərini geri ala bilmək üçün Suriyaya verdiyi silahlar, üçüncüsündə isə Suriya ordusunun strateji silah arsenalı olub. “Yaxont” raketləri Suriya sahillərini xarici gəmilərdən qorumağa tam imkan verirdi və bu raketlərə qarşı heç bir müdafiə mövcud deyil.
Hava zərbələri zamanı nə Suriyanın, nə də Rusiyanın radarları İsrail təyyarələrini və raketlərini qeydə ala bilməyib. İsrail müdafiə ordusu bu əməliyyat barədə şərh verməkdən imtina edir. Lakin bir neçə günlük fasilədən sonra Amerika rəsmiləri hava zərbələrinin endirildiyini təsdiqləyiblər. Suriya və İranın dəstəklədiyi “Hizbullah” qruplaşması cavab olaraq İsrailə zərbə endirməklə hədələsə də hələlik bunu təsdiqləyən addım atılmayıb. Bildirilir ki, Suriyanın mümkün cavab zərbələrinə qarşı addımları müzakirə etmək üçün ABŞ prezidenti Barak Obama Səudiyyə kralı ilə telefon danışığı aparıb.
Virtualaz.org

Комментарии
Отправить комментарий