Əsgər çağırışı ilə bağlı şok faktlar
Əsgər çağırışı ilə bağlı şok faktlar
Xəstə kasıb övladlarının varlı uşaqları əvəzinə hərbiyə göndərilməsi iddiası var; daha 64 nəfər psixi xəstə də orduya göndərilibmiş
İyulun 1-dən hərbi çağırış başlayıb. Artıq 10 gündür Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbələrində gənclər müayinə olunur, həqiqi hərbi xidmətə göndərilirlər. Gələn məlumatlar onu deməyə əsas verir ki, SHXÇDX yarananda ona olan ümidlər artıq puç olub. General Arzu Rəhimovun rəhbərlik etdiyi qurum vərəmli və psixi xəstələri orduya göndərir.
“Hürriyyət” qəzeti yazır ki, müayinədən keçən kasıb övladlarında xəstəlik tapıldığı halda buna göz yumulur, onlar xəstə olmayan varlı övladlarının əvəzinə hərbi xidmətə göndərilirlər.
Qəzet iyulun 1-dən 10-na kimi hərbi xidmətə göndərilən və vərəm aşkarlanıb geri qaytarılan gənc əsgərlərin siyahısını da təqdim edib:
1. Məmmədov Tural Habil oğlu 03.07.2013 SHXÇDX- nin Qobustan şöbəsi
2. Əzizov Nəcməddin Cəfərəddin oğlu 03.07.2013 SHXÇDX-nin Bərdə şöbəsi
3. Tağıyev Ceyhun Çingiz oğlu 03.07.2013 SHXÇDX- nin Nəsimi şöbəsi
4. Bədirov Vüsal Şabil oğlu 03.07.2013 SHXÇDX-nin Cəbrayıl şöbəsi
5. Atakişiyev Əsgər Asif oğlu 04.07.2013 SHXÇDX-nin Cəbrayıl şöbəsi
6. İdrisov İlham Yusif oğlu 05.07.2013 SHXÇDX-nin Ağsu şöbəsi
7. Yusifov Şahvələd Mərdan 05.07.2013 SHXÇDX-nin Tovuz şöbəsi
8. Tağıyev Elgün Vüqar oğlu 05.07.2013 SHXÇDX-nin Salyan şöbəsi
9. Qasımzadə Natiq Qabil oğlu 05.07.2013 SHXÇDX- nin Sumqayıt şöbəsi
10. Əsədov Nicat Bayram oğlu 05.07.2013 SHXÇDX-nin Mingəçevir şöbəsi
11. Əliyev Şamil Yadigar oğlu 05.07.2013 SHXÇDX-nin Ağcabədi şöbəsi
12. Qurbanov Cəlal Akif oğlu 05.07.2013 SHXÇDX-nin Tovuz şöbəsi
13. Əmrahov İbrahim Sahib oğlu 06.07.2013 SHXÇDX-nin Zərdab şöbəsi
14. Muradov Əfqan Nazim oğlu 04.07.2013 SHXÇDX- nin Qazax şöbəsi
15. Budaqov Anar Arif oğlu 06.07.2013 SHXÇDX-nin Ağstafa şöbəsi
16. Mahmudov Təbriz Həmid oğlu 06.07.2013 SHXÇDX- nin Xaçmaz şöbəsi
17. Məmmədov İlqar Gülağa oğlu 06.07.2013 SHXÇDX- nin Sabunçu şöbəsi
18. Mehdiyev Fikrət Mənsur oğlu 07.07.2013 SHXÇDX- nin Ağdaş şöbəsi
19. Əliyev Orxan Ramiz oğlu 09.07.2013 SHXÇDX-nin Binəqədi şöbəsi
20. Şıxəliyev Samir Xudaşükür oğlu 09.07.2013 SHXÇDX-nin Lerik şöbəsi
21. Həsənov Röyal Fazil oğlu 09.07.2013 SHXÇDX-nin Ağdaş şöbəsi
22. Mehdiyev Mehman Şahin oğlu 09.07.2013 SHXÇDX- nin Kəlbəcər şöbəsi
23. Əliyev Şamil Yadigar oğlu 09.07.2013 SHXÇDX-nin Ağcabədi şöbəsi
24. Mikayılov Rasim Bədir oğlu 03.07.2013 SHXÇDX- nin Bərdə şöbəsi
25. Qəmbərov Orxan Məhərrəm oğlu 03.07.2013 SHXÇDX-nin Ucar şöbəsi
26. Eminov Ceyhun Emin oğlu 03.07.2013 SHXÇDX-nin Şamaxı şöbəsi
27. Quliyev Rədxan Mirzə oğlu 03.07.2013 SHXÇDX-nin Mingəçevir şöbəsi
28. Zeynalov Ceyhun Malik oğlu 03.07.2013 SHXÇDX- nin Kəpəz şöbəsi
29. Ağazadə Çingiz Ələsgər oğlu 04.07.2013 SHXÇDX- nin Masallı şöbəsi
30. İsgəndərov Nofəl Nəzər oğlu 04.07.2013 SHXÇDX- nin Göygöl şöbəsi
31. Məmmədov Bayram Yaşar oğlu 04.07.2013 SHXÇDX-nin Qazax şöbəsi
32. Orucov Seymur Ramiz oğlu 04.07.2013 SHXÇDX- nin Daşkəsən şöbəsi
33. Məmmədov Kərim Eldəniz oğlu 04.07.2013 SHXÇDX-nin Balakən şöbəsi
34. Əliyev Sirab Bayraməli oğlu 04.07.2013 SHXÇDX- nin Masallı şöbəsi.
Qəzet dəqiq bilgilərə əsaslanıb yazır: “İyulun 1-dən başlayan çağırış prosesindən gənc əsgərlər kütləvi halda geri göndərilir. Bir az da dəqiq desək, yeni gedən əsgərlər Silahlı Qüvvələr və digər silahlı birləşmələrdə yoxlanılarkən onlarda xəstəliklər aşkar olunur, lakin... Məlumatlara görə, gənc əsgərlər qaydalara uyğun olaraq hərbi hissələrdə ilk növbədə rentgendən keçirilir, müayinə edilir. Flüoqrafiq müayinə zamanı isə gənc əsgərlər arasında kütləvi şəkildə vərəmli xəstələr aşkarlanıb və onlarda əsasən sağ və ya sol ağciyərin yuxarı, yaxud da aşağı payının ocaqlı vərəmi tapılıb. Nəzərə alınsa ki, hərbi xidmətdə əsgərlər kazarma şəraitində yaşayır, yeməkxana şəraitində qidalanır, onda bir aktiv vərəm xəstəsinin total şəkildə əsgərləri virusa yoluxdura biləcəyi qaçılmazdır.
Maraqlıdır, əgər Silahlı Qüvvələrdə və digər silahlı birləşmələrdə əsgər hərbi hissəyə gələn kimi onun vərəm olduğu dərhal müəyyənləşdirilə bilirsə, onda Səfərbərlik Xidməti hara baxır? Axı hərbi xidmətə gəlməzdən əvvəl hər bir çağırışçı dəfələrlə tibbi komissiyadan keçirilir. Əslində gənc əsgərlərin yoxlanılması hərbi hissələrin deyil, SHXÇDX-nin işidir. Görəsən, nə vaxta qədər SHXÇDX vərəmli və başqa xəstə uşaqları hərbi xidmətə göndərməkdə davam edəcək?"
Məqalədə 34 geri qaytarılan əsgərdən savayı 64 əsgərin də başqa xəstəliklərə görə geri qaytarılmasından söhbət açılır. Qeyd olunur ki, həmin 64 gənc əsgər əsasən əsgərliyə gələn kimi özlərini doğrayan, bədəninə müxtəlif xəsarətlər yetirən pisixi xəstələr və səhhətində digər problemlər olanlardır.
SHXÇDX-nin mövqeyini dərc etməyə hazırıq.
"Yeni Musavat"
Комментарии
Отправить комментарий