PKK İran sərhədində gömrük postu qurub
PKK İran sərhədində gömrük postu qurub ŞOK HESABAT
13.07.2013 13:49 | Oxunma sayı: 296
Türkiyənin Polis Akademiyasının nəzdində fəaliyyət göstərən Beynəlxalq Terrorizim və Sərəhdləri Aşan Cinayətlər Araşdırma Mərkəzi qaçaqçılıq və terrorla bağlı hesabat hazırlayıb. Hesabatda PKK terror təşkilatının da hazırkı maliyyə faəliyyətinə geniş yer verilib.
Terrorçuların Suriya və Quzey İraqda Türkiyə sərhədinə yaxın ərazidə “gömrük qapıları” açdığını vurğulayan hesabat müəllifləri qeyd edib ki, hətta burada qanuni yolla yük daşıyan maşınlardan da haqq alınır. Terror təşkilatı hər gömrükdən ildə 3 milyon avro qazanır.
Hesabatda PKK-nın sərhəddəki “gömrük qapıların”nın siyahısı da verilib:
- İran sərhədindəki gömrük nöqtəsində 45 nəfərdən ibarət və “Şəhidan taburu” adlanan silahlı şəxslər qaçaqçılardan xərac toplayır.
- Bu nöqtələrdən keçən malın dəyərinin 10 faizi vergi adı altında alınır. Günlük orta hesabla 3-5 min dollar vəsait toplanır.
- İraq tərəfindəki Haftanin, Derari, Ore, Hakurk, Nazdur bölgələrində, İran torpaqlarında isə Şehidan, Tise, Harçini, Erbila, Urmiyə və Makü bölgələrində PKK-nın yaratdığı “gömrük nöqtələri” var.
- Keleşin, Zele, Dole Tue, Kuzine bölgələrində də belə gömrük nöqtələri fəaliyyətdədir. Bu gömrük nöqtələrinin hər birindən ildə 3 milyon avro gəlir əldə edilir.
Hesabata əsasən “vergi” alınan qaçaqmalçılara qırmızı rəngli və möhürlü sənədlər təqdim edilir. Bu sənədlərin üzərində “Dostun gömrüyünü aldıq” deyə qeyd olunur.
2011-ci ildə Türkiyədə yaxalanan 30 min 352 qanunsuz miqrantdan da PKK-nın 30 milyon 352 min dollar pay əldə etdiyi vurğulanır.
Sənəddə bildirilir ki, Quzey İraq sərhədində polisin bir ildə həyata keçirdiyi əməliyyatlarda müsadirə olunan və qanunsuz yollarla ölkəyə keçirilən siqaretdən PKK 4 milyon lirə qazanıb.
Hesabat müəllifləri PKK-nın qaçaq yolla keçirilən mallara qoyulan “vergi”nin məbləğini də açıqlayıb:
- Heroindən kilo hesabına 65, morfindən 25, kokaindən 3 min dollar;
- Hər eşşək yükü siqaretdən 7, çaydan 7, şəkərdən 5 dollar;
- Hər qanunsuz miqrant üçün 100 dolar;
- Hər kiçik baş heyvan üçün 3, böyük baş heyvan üçün 5 dollar alınır.
Avropadakı fəaliyyəti ilə PKK ildə 20 milyon dollar qazanır.
© İstifadə edilərkən ictimaipalatka.com saytına istinad olunmalıdır.

Məncə, İranda fəaliyyət göstərən PKK-çılar İranın Azərbaycanın işğal olunmuş sərhədlərində də "gömrük" postu qurası ehtimalı istisna edilmir.
ОтветитьУдалитьMən ilk şərhimdə (13.07.) qeyd etdiyim kimi, kürd terrorçularının İran ərazisində qurduqları "gömrük" postu, heç şübhəsiz ki, İranın səlahiyyətli orqanlarına məlum olmalıdır. Əgər belədirsə, onda onlar İran iqtidarının buna ya göz yumması, ya da bilavasitə razılığı ilə girişmişlər. Böyük ehtimalla düşünmək olar ki, belə "postlar" başqa ölkələrin də, o cümlədən İran-Azərbaycan sərhədində də olmalıdır. Bu isə bizim müvafiq dövlət orqanlarını sayıq olmağa və sərhədboyu şəraiti daha əsaslı öyrənməyə yönəltməlidir. Bu barədə, müvafiq qaydada ictimaiyyətə də vaxtaşırı məlumat verilməlidir.
ОтветитьУдалить