Gürcüstan – seçkilərdən sonra

Gürcüstan – seçkilərdən sonra
05.10.2012 от arzu

1 оktyabr 2012-ci il Gürcüstanın tarixə düşən günlərindən biri oldu. Ölkənin müstəqillik qazandığı vaxtdan bəri ilk dəfə parlament seçkiləri nəticəsində hakimiyyət dəyişikliyi baş verdi.

MSK-nın məlumatına əsasən, parlament seçkilərində 39 majoritar dairədə «Gürcü arzusu»nun, 33 dairədə isə Vahid Milli Hərəkat Partiyasının namizədləri qalib oldu, «Gürcü arzusu» koalisiyası 54,9 faiz, Vahid Milli Hərəkat Partiyası isə 40,4 faiz səs topladı.

Keçirilmiş bu parlament seçkilərinin keyfiyyəti və Gürcüstanın siyasi tərəqqisindəki irəliləyiş bütün dünyada yüksək qiymətləndirilib.

Seçkilər, demək olar ki, tamamilə ədalətli, şəffaf səsvermə qaydalarına, seçicilərin istək və arzularına uyğun şəkildə keçdi.

Seçkilərdən sonra gürcüləri narahat edən məsələlərin ən başlıcası Gürcüstanın suverenliyi və Rusiya ilə müharibə qorxusudur. Seçicilərin əksər hissəsi belə düşünür ki, İvanişvili Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün səy göstərəcək.

Gürcüstanda baş verən proseslər ABŞ üçün də vacibdir. MDB məkanında bir sıra dövlətlərlə yanaşı, Gürcüstan da demokratiya modelini uğurla həyata keçirir və regionun digər ölkələri üçün model rolunu oynayacağına ümid edilir. Buna görə də ABŞ Gürcüstana yardım göstərməyi davam etdirəcək. Bu yardımın davam etdirilməsində isə həm Mixail Saakaşvili, həm də Bidzina İvanişvili maraqlıdırlar. Yəni, indiki şəraitdə ABŞ-Gürcüstan münasibətlərinə dəyişiklik ediləcəyinə lüzum yoxdur. Gürcüstanın yeni rəhbərliyi də vəziyyəti qiymətləndirir və güman etmək olar ki, ən azı bu şəkildə Gürcüstan-ABŞ münasibətlərini inkişaf etdirmək niyyətindədir.

Bu şəraitdə Rusiya ilə münasibətlər də nəzərə alınmalı və yaxşılaşdırması istiqamətində düşünülməlidir. Lakin bunun həyata keçirilmə mexanizmi hələlik aydın deyil.

Gürcüstan iqtisadiyyatında vəziyyətin yaxşılaşmasının seçki kampaniyasının əsas mövzularından biri olduğu nəzərə alınarsa, yeni rəhbərlik tərəfindən Rusiya ilə iqtisadi əlaqələrin inkişafı istiqamətində addımların atılacağı istisna deyil.

ABŞ və Avropa dövlətlərinin nümayəndələri ilə görüşlərdə yeni rəhbərlik Gürcüstan və NATO əlaqələrinin inkişafını davam etdirmək niyyətində olduqlarını bəyan etsələr də, üzvlüklə bağlı güclü istək ifadə etməyiblər. Eyni zamanda, avropalılar da Gürcüstanın NATO üzvü olmasına ciddi müqavimət göstərirlər.

Seçicilərin cox hissəsinin Saakaşvilini dəstəkləməkdən imtina etməsinə baxmayaraq, o, hələ bir il də prezident postunda qalacaq. Bu isə Tbilisi və Moskva arasında münasibətlərin dərhal yaxşılaşacağına ümid vermir. Çünki kimin prezident olmasından asılı olmayaraq, Gürcüstan Abxaziya və Cənubi Osetiyanı qaytarmaq və ya tezliklə Avropa İttifaqının və ya NATO-nun üzvü olmaq iqtidarında deyil. Bu isə bir tərəfdən Rusiyanın, digər tərəfdən isə Qərb dövlətlərinin etirazları ilə bağlıdır. Yaxın vaxtlarada Tbilisinin xarici siyasətdə atacağı addımları izləmək də maraqlıdır. Çünki xarici siyasət problemləri keçirilən seçkilərdə prioritet məsələ olmayıb, seçicilər isə əsasən iqtisadi məsələlərə daha çox diqqət ayırıblar. O da məlumdur ki, yeni hökumət Gürcüstanın iqtisadi problemlərini belə tezliklə və uğurla həll edə bilməyəcəyi təqdirdə, onun xarici siyasəti də Gürcüstan cəmiyyəti tərəfindən daha diqqətlə nəzarətə götürüləcək. Tələb isə hökumətin Rusiyanın təzyiqi altında güzəştə getməməsi və müstəqilliyin daha da gücləndirilməsi olacaq. Əgər Rusiya Gürcüstan ilə dialoq istəyirsə, öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmalıdır. Bu isə münasibətlərin normallaşması və dialoq üçün ilk və əsas amildir.

Məlumdur ki, heç bir xalq öz torpaqlarında yad ordunun olmasına biganə qala bilməz.

Рубрики: Без рубрики | Комментариев нет »
Оставить комментарий

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами