Ermənistanın Ramil Səfərovla bağlı təklifi rədd edilib

Milli.Az / Cəmiyyət

Ermənistanın Ramil Səfərovla bağlı təklifi rədd edilib

06 Oktyabr 2012 [16:27] - MİLLİ.AZ
Kiyev şəhərində MDB-yə üzv dövlətlərin Baş prokurorlarının Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib.






Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
tədbirdə cinayətkarlığa qarşı mübarizədə birgə tədbirlərə dair dövlətlərarası əməkdaşlıq, insan alverinə, terrorçuluğa və ekstremizmin digər zorakı təzahürlərinə, habelə narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, qanunsuz miqrasiya və gündəlikdə olan digər məsələlər müzakirə edilib.
İclasda Ermənistan nümayəndə heyəti azərbaycanlı zabit Ramil Səfərovun ölkəmizə ekstradisiyasının qeyri-legitimliyi barədə tədbirin protokol qaydalarına zidd olan siyasi bəyanat verərək Şura tərəfindən müvafiq qətnamənin qəbul olunması barədə məsələ qaldırıb.

Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərov tədbirdə çıxış edərək, Ermənistan nümayəndə heyəti tərəfindən qaldırılan məsələnin tam əsassız olduğunu, Ramil Səfərovun Azərbaycana ekstradisiyasının "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası əsasında həyata keçirildiyini və ölkə Konstitusiyasının 109-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericiliyə və beynəlxalq normalara müvafiq qaydada əfv olunduğunu bildirib.

MDB-yə üzv dövlətlərin Baş prokurorlarının Əlaqələndirmə Şurası tərəfindən Ermənistan nümayəndə heyətinin təklifi rədd edilmiş və həmin məsələ üzrə hər hansı bir müzakirə aparılmayıb.

Milli.Az
URL: http://www.milli.az/news/society/143146.html

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами