"Rusiya bu gün də Ermənistanı silahlandırır"
<b>"Rusiya bu gün də Ermənistanı silahlandırır"
Milli Məclisin birinci vitse-spikeri Azərbaycanın bundan narahat olduğunu bildirib
23-12-2010
"Münaqişənin sülh yolu ilə həll edilməsi missiyasını öz üzərinə götürmüş həmsədr ölkələrdən biri olan Rusiya yenə də Ermənistanı silahlandırır". Bu bəyanatla Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov çıxış edib.
Vitse-spikerin sözlərinə görə, Ziyafət Əsgərov onu da bildirib ki, Rusiyanın Ermənistanı silahlandırması bu ölkənin sülhyaratma missiyasına xələl gətirir: “Biz hələ Boris Yeltsinin vaxtında demişik ki, bu məsələnin qarşısı alınmalıdır. Çox təəssüf ki, müəyyən komissiyalar yaradılsa da bunun heç bir nəticəsi olmadı. Bu gün də sülhyaratma missiyasını həyata keçirməyə borclu olan dövlət Ermənistanı silahlandırır".
Z. Əsgərov onu da deyib ki, dünyadakı siyasi proseslər Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə dəyişib və hamı bunun şahidi olacaq. "Azərbaycanın işğal altındakı ərazilərinin azad ediləcəyi gün uzaqda deyil”, deyə vitse-spiker vurğulayıb.
Комментарии
Отправить комментарий