CULFADA AMERIKA CASUSU

Bakı-Xəbər.com


İran İslam Respublikasının Sərhəd Qoşunları ölkə ərazisində, onların təbirincə desək, erməni əsilli Amerika casusunu həbs etdiklərini rəsmi qaydada təsdiqləyiblər. Lakin İranda həbs olunduğu xəbər verilən Amerika casusu barədə ziddiyyətli məlumatlar həftəsonu da davam edib.

   Bundan əvvəlki xəbərlərdə bildirilirdi ki, erməni millətindən olan Amerika vətəndaşı Hall Talayan İran sərhədini Ermənistan ərazisindən keçib. Rəsmi İrəvan Talayanın ümumiyyətlə Ermənistanda olmadığını və sərhədi bu ölkədən keçmədiyini bildirirdi.

   İrandan verilən xəbərlərdə deyilirdi ki, qadın bundan əvvəl Ermənistan-İran sərhədini keçməyə cəhd göstərsə də vizası olmadığı üçün İrana buraxılmayıb. Daha sonra verilən xəbərlərdə isə Talayanın artıq sərhədin İran tərəfində, lakin Culfa buraxılış məntəqəsi yaxınlığında həbs olunduğu xəbəri verilib.

   Bilindiyi kimi, Culfa sərhəd məntəqəsi artıq Azərbaycanla sərhəddədir. Lakin xəbərlərdə Talayanın Azərbaycandan keçdiyi barədə birbaşa heç nə deyilmir. Yarımrəsmi Fars xəbər agentliyi isə sərhəd qoşunları komandanının müavini Əmir Əhməd Gəravəndə istinadən bildirib ki, "Amerikalı casus qadın" həbs edilib. Cənab Əmir Əhməd Gəravənd sonradan casusun milliyyətinin hələlik müəyyən edilmədiyini söyləyib.

   Gəravənd dövlət radiosuna verdiyi müsahibədə deyib ki, "xarici vətəndaşlığı olan qadın Culfa postunda kamera ilə çəkiliş aparan zaman həbs edilib". O bildirib ki, qadın vətəndaşlığı barədə ziddiyyətli ifadə verib. O, əvvəlcə Amerika, sonra isə İsveçrə vətəndaşı olduğunu söyləyib.

   İranın İSNA agentliyi isə yenə də Gəravəndə istinadən bildirib ki, qadın sərhəddə "amerikalılar üçün çəkiliş apardığına görə" İran təhlükəsizlik xidmətinə təslim edilib. Onu da qeyd edək ki, bundan əvvəl İran xəbər agentlikləri Hall Talayan adlandırdıqları 55 yaşlı qadının İran sərhədini vizasız keçməyə cəhd edərkən tutulduğunu bildirirdilər. Şənbə günü verilən məlumatlarda isə qadının yaşı artıq 34 olaraq göstərilir. İranın "casus amerikalı qadın" iddialarına dünən ABŞ-dan da rəsmi reaksiya gəldi. Bu barədə açıqlama verən ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Touner bildirib ki, İran hakimiyyəti guya casusluq ittihamı ilə həbs etdiyi amerikalı qadın, əslində İranda deyil və tam təhlükəsizlik şəraitindədir. Lakin o məsələnin təfsilatını açıqlamayıb.

   

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами