"ABS Dövlət Departamenti" erməni soyqırımı "qətnaməsinə qarşıdır"
ABŞ DÖVLƏT DEPARTAMENTİ "ERMƏNİ SOYQIRIMI"NA QARŞI
F.Krouli: "ABŞ Dövlət Departamenti "erməni soyqırımı" qətnaməsinə qarşıdır"
21-12-2010
ABŞ Dövlət Departamentinin sözçüsü Filipp Krouli bu gün Amerika Konqresinin Nümayəndələr Palatasında gündəmə çıxarılacağı ehtimal edilən qondarma erməni soyqırımı haqqında qətnaməyə qarşı oduqlarını və bunu açıq şəkildə dilə gətirdiklərini xatırladaraq, Palata ilə bu məsələ üzrə təmasda olduqlarını bildirib. ANS PRESS-in “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, o bu sözləri ənənəvi keçirilən mətbuat konfransında deyib.
“Qətnaməyə qarşı olduğumuzu açıq şəkildə bildirmişik. Bu məsələ ilə bağlı Nümayəndələr Palatası ilə təmasdayıq”, - deyə o əlavə edib.
Daha sonra “ABŞ-ın dövlət katibi Hillari Klinton qətnamənin gündəmə gətirilməməsini söyləmək üçün Nümayəndələr Palatasının sədri Nensi Pelosi və ya palatadakı digər rəsmilərlə görüşübmü?”, sualına cavab verən Krouli əlaqə quran şəxsin dövlət katibi Klinton olub-olmadığını söyləyə bilməyəcəyini bildirib. Lakin o Nümayəndələr Palatası ilə təmasda olduqlarını bir daha vurğulayıb.

Комментарии
Отправить комментарий