Klaviaturada bu düymə
Klaviaturada bu düymə çox lazım imiş, amma 90 % insan bunu bilmir
Bu günkü məqalədə Windows7 –nin birbaşa düymələri haqqında danışmaq istədim. Nəzərinizə çatdırım ki, bu əmrlərin bəziləri yaınız Windows aero stil aktiv olandan sonra işləyir. İşlədəcəyimiz düymələr barədə məlumat verim, bu düymələrdən biri üzərində pəncərə işarəsi (Windows logosu) olan düymədir. O,PC lərdə adətən sol tərəfdəki Ctrl və Alt düymələrinin arasında, notbuklarda isə Fn və Alt düymələri arasında yerləşir. Menu düyməsi isə sağ tərəfdəki Ctrl düyməsinin yanında yerləşir və üzərində tekst və mouse oxunun şəkli var. Hər hansı iki düymənin kombinasiyası onu göstərir ki, göstərilən ilk düyməni basıb tutandan sonra,onu buraxmadan ikinci düyməni də basmaq lazımdır. Bu düymələrin bəzilərini təqdim edirəm.
Win+Home kombinasiyası – Aktiv pəncərədən başqa bütün pəncərələrin qatlanması
Win+Space – Bütün pəncərələrin şəffaf edilməsi
Win+Up – Aktiv pəncərəni bütün ekran boyu açmaq
Win+down – Aktiv pəncərələri bağlamaq və yaxud əvvəlki orta ölçüyə qaytarmaq
Alt+Tab – Açıq pəncərələrin (proqramların) təqdimetmə naviqasiyası
Win+Tab – Aero stilində təqdimetmə naviqasiyası
Win+(istənilən rəqəm) – Həmin rəqəmin altında gözləyən proqramın açılması
Shift+ Win+rəqəm – Həmin rəqəmin altında olan proqramən daha bir kompyasını açmaq.
Alt+ Win+rəqəm – Həmin rəqəm altında olan proqramın camplistini təqdim edir.
Win+T – Taksbarda olan proqramları ardıcıllıqla görüb,açmaq üçündür
Ctrl+Shift+(proqramın üstünə klik) – Proqramı Administrator kimi açır
Win+E – My Computeri açır
Ctrl+Shift+N – Yeni qovluq yaradır
Win+P – Prezentasiya rejimi üçündür.(ikinci monitor və ya proektora qoşulmaq üçündür)
Win+ (+ və ya -) Bu kombinasiya bir növ ekran böyüdücüsüdür.Görüntünü böyütmək və kiçiltmək üçündür.
Win+G – Əyər qadjet varsa,onu ön ekrana çıxarır
Ctrl+Esc – Strat menyusunu açır
Ctrl+Shift+Esc – Əmr dispetçerini çağırmaq üçün
Win+R – Run menyusunu çağırmaq üçün
Win+D – Bütün pəncərələri aşağı endirir,iş masasını göstərir
Win+L – Gözləmə rejiminə keçir
Win+F – Axtarış pəncərəsini açır
Win+Ctrl+F – Komputerdə axtarış pəncərəsini açır
Printscreen – Ekranın şəklini cəkmək üçündür
Ctrl+A – Hamısını seç
Ctrl+C – Hamısınl kopyala
Ctrl+V – Hamısını yerləşdir
Комментарии
Отправить комментарий