К основному контенту

Ölülərlə şəkil çəkdirmək qətiyyən olmaz!

Ölülərlə şəkil çəkdirmək ənənəsi (FOTOLAR)
16-07-2017 15:32
-
+

İngiltərə kraliçası Viktoriyanın hakimiyyəti dövründə ölülərlə foto çəkdirmək ənənəsi çox məşhur idi.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, kraliçanın 1837-1901-ci illəri əhatə edən hakimiyyəti dövründə xəstəliklər minlərlə insanın həyatına son qoyurdu. Difteriya, vəba, qızılca geniş yayılmışdı və müalicə etmək çətin idi. 1861-ci ildən daha geniş yayılmağa başlayan ölülərlə şəkil çəkdirmək ənənəsi əvvəllər mövcud olsa da, bahalı idi. XIX əsrin ikinci yarısından etibarən isə ucuzlaşan, həmçinin portret şəkillərdən daha ucuz başa gələn foto çəkdirmək ənənəsi geniş yayıldı.
Əvvəllər yaxınlarını unutmamaq üçün ölünün saçını üzük, boyunbağıda saxlamaq, ölülərin portretlərini çəkdirmək geniş yayılmışdı. Ölülərlə foto çəkdirmək isə bu məqsədin müxtəlif təzahür forması idi. Lakin tibbin və texnikanın inkişafı, ölüm sayının azalması, fotonun əlçatan olması qeyri-adi adətin unudulmasına səbəb oldu.
Gülşən
Qaynarinfo.Az

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами