Cəbhədə ciddi hadisələrin anonsu verildi 26 İyul 2017

Cəbhədə ciddi hadisələrin anonsu verildi – Operativ Şərh

17:52   26 İyul 2017    Oxunub: 26941
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və Müdafiə Nazirliyi birgə bəyanat yayıb. İşğalçı Ermənistana və beynəlxalq aləmə xəbərdarlıq mahiyyəti daşıyan bəyanatda Ermənistan silahlı qüvvələrinin atəşkəsə əməl etməyərək, cəbhədə təxribatları törətdiyi, mülki əhalinin hədəfə alındığı vurğulanır.
Bəyantda qeyd olunur ki, münaqişəyə son qoymaq, sülh və əmin-amanlığı təmin etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması labüddür. Ermənistanın təxribatlarının qarşısını almaq və qoşunların təmas xətti boyunca Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür və bundan sonra da görəcək.

Sənəddə bir daha bəyan edilir ki, Ermənistanın törətdiyi təxribatlara və Azərbaycana qarşı davam edən işğalın nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Azərbaycan xarici işlər və müdafiə nazirliklərinin birgə bəyanatını AzVision.az-a şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, birgə bəyanatın yayılması təsadüfi deyil:

- Bu, bir tərəfədən onu göstərir ki, Ermənistan sülh danışıqlarından tamamilə imtina edib. Ssülh danışıqları çoxdan dalana girmişdi. Azərbaycan bu prosesi canlandırmağa çalışdı və xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə Brüsseldə görüşdü. Eyni zamanda prezidentlər səviyyəsində görüşün keçirilməsi gözlənilirdi. Amma belə görünür ki, görüş baş tutmayacaq. Azərbaycanın Xarici İşlər Nazirliyi bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü deməklə həm də danışıqların dalana dirəndiyini bəyan edir. Müdafiə Nazirliyi isə bu bəyanata qoşulmaqla bildirir ki, Ermənistan tərəfi atəşkəs rejimini pozmaqda davam edir və bu, artıq Azərbaycan üçün ciddi zərərlər törədir. Yəni, Azərbaycan atəşkəs rejiminin Ermənistan tərəfindən mütəmadi olaraq pozulmasına dözmək fikrində deyil. Müdafiə və Xarici İşlər nazirlikləri öz mövqelərini həm dünya ictimaiyyətinə, həm sülhyaratma prosesi ilə məşğul olan beynəlxalq qurumlara, həm də işğalçı Ermənistana çatdırmaqla yəqin ki, Azərbaycanın dözüm limitinin bitdiyini elan etmək istəyirlər. Güman ki, hadisələrin sonrakı inkişafı bu bəyanatın adi bir bəyanat olmadığını, onun Azərbaycan dövlətinin siyasi iradəsini ehtiva etdiyini təsdiqləyəcək. Hesab edirəm ki, bəyanat həm dünya ictimaiyyətinə, həm sülhyaratma prosesi ilə məşğul olan beynəlxalq qurumlara, həm də işğalçı Ermənistana ciddi xəbərdarlıq, eyni zamanda status-kvonun dəyişdirilməsinə yönəlik müəyyən addımların atılacağına anons ola bilər”.

Ehtiyatda olan polkovnik, uğurlu Horadiz əməliyyatının komandiri Şair Ramaldanov isə AzVision.az-a açıqlamasında dedi ki, Ermənistan tərəfinin son təxribatları onların danışıqlar prosesindən imtina etdiyini göstərir: “Bu təxribatlar ancaq torpaqlarımız işğaldan azad olunanda başa gələcək. Çünki, ermənilər gücdən başqa heç nə anlamırlar. Ermənistan danışığa getmək istəmir. Ona görə də, məcburi şəkildə masaya oturtmaq lazımdır. Bunun yolu isə silahlı qüvvələrimizin uğurlu əməliyyatından keçir”.

Ramaldanov vurğulayıb ki, Azərbaycanın Ermənistana endirəcəyi növbəti zərbə apreldəkindən qat-qat güclü olacaq: “Azərbaycan məsələni belə qoyur ki, konstruktiv mövqe varsa, oturaq danışaq. Yəni, danışıqlar xətrinə danışığa getmək niyətində deyil. Ermənistan tərəfinin son hərəkətləri onların danışıqlardan imtina etdiyi kimi qəbul oluna bilər. Çünki, artıq təxribatlardan mülki vətəndaşlarımız da əziyyət çəkir. Hesab edirəm ki, əgər ermənilər təxribatlarını bu şəkildə davam etdirsələr, apreldəkindən güclü zərbə alacaqlar. Bu dəfə vurulacaq zərbə sona qədər olacaq”.

Elvin Abdulqədirov
AzVision.az


Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами