Nostradamus gələcəyi məhz bunun sayəsində görüb - İDDİA

Nostradamus gələcəyi məhz bunun sayəsində görüb - İDDİA - FOTOLAR 



Yəqin ki, oxucusunun psixoloji vəziyyətinə təsir edən, fövqəltəbii qüvvələr, sehrli varlıqlarla bağlı maraqlı məlumatların olduğu sirrli kitab haqqında eşitmisiniz. 
Maraqlıdır, görəsən həqiqətən də bu kitab haqqında yazılanları həyata keçirmək qüdrətinə malikdirmi? Bu dəhşətli kitabda nədən danışılır? Ümimiyyətlə belə bir kitab həqiqətən də mövcuddurmu?

Moderator.az-ın təqdim etdiyi bu yazıda oxuyanların dəli olduğu deyilən qədim tarixin ən təhlükəli tilsim kitabı - "Necronomicon" haqqında məlumatlar əldə edəcəksiniz. 


Kitabın orijinali hiçbir zaman bulunamasa da şu an belli bir kısmının yazılı olduğu hali piyasada dolaşmaktadır.


 
"Necronomicon" adlanan bu kitabın Əl Həzrət adlı bir ərəb səyyahı tərəfindən 700-cü illərdə Dəməşqdə yazılıb. Kitabın orijinal variantı heç vaxt tapılmasa da hazırda müəyyən bir qisminin yazılı şəkildə olduğu haqda bəzi məlumatlar mövcuddur. Kitabın şöhrəti isə həqiqətən də qorxunc detallarla zəngin olmasıyla bağlıdır. Kitab həqiqətən də bir tilsim kitabı olaraq qəbul edilir. "Ərəbin kitabı", "Ölülərin çağırış kitabı", "Ölü adların kitabı", "Dəli-divanə kitab" kimi müxtəlif adlarla tanınan bu kitabın insanlara dəhşətli fikirlər aşıladığı, qaranlıq həqiqətləri ilə oxuyanları dəli etdiyi, hətta ölüm həddinə gətirdiyinə inanılır. Kitabın içərisi də olduqca maraqlı və qorxuducu detallarla doludur. Əl Həzrət bu kitabda illərlə çöllərdə axtarıb çox qədim gündəlikləri tapması və ağlını itirməsindən sonra pis ruhlarla qarşılaşmasını, insanların yer üzünə gəlməsindən əvvəlki azothoth dövrünü, ruhlar aləmi ilə necə ünsiyyət qurulacağını və ölülərin necə hərəkətə gətiriləcəyini bildirir.


Kitabın okuyanları nasıl çıldırttığı konusuna gelecek olursak eğer…






Kitabın müəllifi qeyd edir ki, bu gizli səhifələr Babil yaranmamışdan əvvəl köhnə inanca sitayiş edən rahiblərə aiddir və onların dilində yazılıb: "Amma mən öz ölkəmin dilinə çevirdim ki, hər kəs anlasın. Mən bu yazıya artıq olmayan Urun 7 əfsanəvi şəhərdə gəzərkən qarşılaşdım. Tanrılar aralarında  zamandan əvvəl baş verən müharibələrdən danışırdılar. Keşişlərin qorxu və çirkinliyi, səbəbləri, təbiətləri, şeytani insanlar üçün ən yaxşısını izah edirdi. Bu sözlərə qulaq verin və xatırlayın! Çünki xatırlamaq ən əhəmiyyətli və ən təsirli sehrdir, keçmişi xatırlamaq gələcəkdə  olan şeyləri xatırlamaqla eynidir. Bu kitabı oxumağa hazır olmayana göstərməyin, dəlilik yaradır, insanda və heyvanda".  


İçeriği de oldukça ilginç ve korkutucu detaylarla dolu bu kitabın.







Kitabda Nuhun Tufanından öncəylə bağlı inanılmaz faktlar var. Əl Həzrət itmiş keçmişin iç üzünü danışarkən qeyd edir ki, Tövratdakı "Yaradılış" hissə ilə mifoloji qaynaqlar arasında kəskin oxşarlıqlar olmasına baxmayaraq bunlar gizlədilir. Bu günə qədər edilmiş tərcümələr isə müqəddəs kitabın əslindən çox uzaqdır. Kitabda geniş təfərrüatlarla keçmişin və dinlərin mənbəyinin iç üzü açılır. 



 Son olarak kitabın yazarı Çılgın Arap der ki;

  





Kitabda o da qeyd edilir ki, insan dünyadan əvvəl başqa bir yerdə olub. Buna başqa kürələrdən gəlmələr deyilir. Neo-Platonist inanclara görə, dünyaya bənzər ulduzlarda insanların özlərinə məxsus həyat formaları var. Bu həyat formalarını xüsusiyyətləri kosmik iyerarxiyanın təkamül kursu ilə müəyyən edirlər. Xüsusi zamanların müəyyən olunmasıyla və xüsusi simvollardan istifadə edərək keçmişlə əlaqə qurmaq, onlardan istənilən kosmik məlumatlar almaq və o zaman da keçmişə və gələcəyə hakim olmaq mümkündür. Amma bu təhlükəli bir yoldur, çünki insan ancaq gücü çatan məlumatı almalı və bunun fərqində olmalıdır.


Bu ilginç bilgilerin yanında Nostradamus'un ünlü






Ekspertlər hesab edirlər ki, Nostradamusun məşhur "Yüzilliklər"inin ilk iki dördlüyündə qeyd edilənlərin mənbəyi eməhz "Necronomicon"dan götürülüb. Kitabda gələcəyi görməyin yolları haqqında da danışıldığı üçün Nostradamusun gələcəyi məhz bu kitab sayəsində gördüyü iddia edilir. Nostradamusun yazdığı ilk iki bənd belədir:
"Gecə yarısı gizli otağımda tək çalışarkən  üç ayaqlı düyü stolun üstündə otururam. Kiçik bir işıq gəlir, insansız yerdən. Fikrimi işıqlandırır, taleyimin boş yerə olduğuna inanmıram. Əsa əllərimin arasında, Branches şəraitində danışılır, su hərəkətə gəlir, böyük bir qorxu, daxildən bir səs, fərqli bir titrəmə, ilahi işıq, müqəddəs xəbər artıq yanımdadır".


Ürkütücü gerçeklerle dolu olan bu kitabın şu an için farklı farklı, onlarca kopyası piyasada dolaşmaktadır.



"Necronomico"nun bildiyimiz, inandığımız hər şeyi rədd etməsi və həqiqətlərin çox fərqli, çox amansız olması üzündən oxuyanlar şoka düşür, psixologiyası pozulur. Qorxunc həqiqətlərlə dolu olan bu kitabın indiyədək onlarla fərqli-fərqli nümunələri orataya çıxıb. Bir iddiaya görə isə, Papalıq tərəfindən qadağan olunmuş bu kitabın Vatikanda saxlanıldığı və surətinin da İngiltərə muzeyində gizli saxlandığı söylənilir. Bəzi mənbələrdə isə Adolf Hitlerin mistik əlaqə nəticəsində kitabın bir surətini ələ keçirdiyini qeyd edilir. 


Peki ne var bu korkunç kitabın içinde, ne anlatılıyor?



Hazırladı: Zəhra




Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами