Dünyanın ilk məbədi: Göbəklitəpə
Dünyanın ilk məbədi: Göbəklitəpə
Hər şey zamanla dəyişir. Yeni kəşflər edildikcə tabular yıxılır və kitablara yeni mövzular əlavə olunmağa davam edir. Homo Sepiens ən böyük inkişafını bundan 5000 il əvvəl yazı cızması ilə etdi və yazılı tarix meydana gəlməyə başladı. Homo Sepiensin digər böyük inkişafı sənaye inqilabı idi və bu da kosmik əsrə yaxınlaşmağı sürətləndirdi. Bu inkişaflar davam edərkən 1995-ci ildə başlayan bir arxeoloji qazıntı bütün tabuları yıxdı və bütün diqqətləri üzərinə topladı. Bura haradır? Bura “Peyğəmbərlər şəhəri” kimi tanınan Türkiyənin cənub-şərqində yerləşəm mistik Şanlı Urfadakı dünyanın ilk məbədi Göbəklitəpədir.
Göbəklitəpə heç kəsin üzərində ciddi araşdırma aparmadığı, hər zaman göz ardı edilən bir yer idi. Ancaq 1994-cü ildə Alman arxeoloq Klaus Şmitin maraq göstərməsi və proqnozlarından sonra bu yerə maraq yaranmış, gündəmə gəlmiş və nəhayət 1995-ci ildə burada arxeoloji qazıntılar başlanmışdır.
Gün üzünə çıxarılan nəticələr hər kəsi heyrətləndirmiş, Göbəklitəyə böyük maraq oyandırmışdı, çünki çıxan əsərlər təxminən 12.000 il əvvələ aid idi. 12.000 il əvvəllə aid belə bir quruluşun olması bütün tarixin, kitabların dəyişməsinə səbəb olacaq. 12.000 il əvvəl insanların ovçuluq, yığıcılıq etdikləri dövrdə (yazının tapılmasına 7000 il varkən) məbəd inşa edilməsi mövcud tarixi qənaətləri puç edir. Beləki ovçu-yığıcı kimi mağarada yaşadığı deyilən insanların; sənətçi şəxsiyyəti, mühəndislik və geologiya məlumatları, ən əhəmiyyətlisi isə dini inancları vardı. Hazırda bu tapıntı ətrafında dolaşan ən ciddi sual budur: Məbəd niyə və və necə inşa edilib?
Göbəklitəpədə tapılanlar inşa edilmiş daşlardır. Hansı ki, bu yonulmuş daşların üzəri şüurlu olaraq torpaqla örtülüb. Bu obelisklər dairəvi olaraq yerləşdirilib və daşların ətrafı 2 metr hündürlükdə divarla hörülüb. Dairəvi plandakı bütün daşlar T şəklindədir və planın ortasında bütün daşlardan böyük olan iki ədəd T şəklində daş var. Bu ana qədər bu dairəvi planlı strukturlardan 6-sı üzə çıxarılıb. Həmin sahədə nə qədər dairəvi quruluşun olduğunu təyin etmək üçün geoloqlar radarlar vasitəsilə torpaq altında araşdırmalar edib və məlum olub ki, hələ 20 dairəvi plan torpağın altında qalmaqdadır. Bu strukturların 90.000 kvadrat metrlik bir sahəyə yayıldığı aşkar edilib.
Dik formada aşkarlanan T şəkilli daşların üzərində bir çox oyulmuş və qabarıq rəsmlər var. Rəsmlərin əksərində heyvanlar təsvir olunub. Daşlarındakı insan əllərini təsvir edən rəsm bu daşların insanı təmsil etdiyini, çəkilən heyvan qabartmaları isə heyvanların mühafizəsinin simvoludur.
Daşların üstündə ümumilikdə leylək, donuz, bəbir, tülkü rəsmləri var. Cinsiyyət orqanı qabardılmış bir kişi rəsmi də diqqət çəkməkdədir. Kişi rəsmi başı kəsik təsvir edilib.
Xarici vətəndaşların, KİV-lərin diqqətində olsa da hələki Göbəklitəpə Türkiyədə nə insanlar, nə aidiyyatı orqanlar tərəfindən lazımı diqqəti tapmayıb.
“Din.az” “A24.az”a istinadən

Комментарии
Отправить комментарий