Yazı mifi və dil təzahürləri

Oxunub : 483 | Tarix : 23-05-2016, 10:57 | Bölmə: Edebiyyat

 Yazı mifi və dil təzahürləri | MANERA.AZ

Yaxud «Türk-Şumer dünyagörüşü və dil» kitabına fərqli aspektdən yanaşma

Kainat (mifik-kosmoloji quruluşda) kod və şifrə vasitəsilə şərh tələb edir: bu kontekstdə Varlıq genezisi və yaradılış (substantivlik) da mifik təsəvvür üçün güzgü kodudur...
Şifrələnmiş yazı da dil ünsürlərini vahid çevrədə açır, lakin mifik təfsilatı dil ünsürü ilə qruplaşdırmaq səbəbi (elmi və dini cəhətdən) fikrimizi ayrı səmtə tuşlayır. O səmt ki, orada kosmoloji sistem həyat elementlərini fərqli mexanizmlərə bölür... Burada ekvivalentlik yaradan səbəblər dil, yazı və şifrədir. Və bilirik ki, dil təkcə cəmiyyət ünsürü deyil, həm də mifik-kosmoloji təsəvvürdür. Bunu parlaq zəkalı alim Razim Əliyevin 2005-ci ildə «Ziya-Nurlan» mətbəəsində işıq üzü görmüş «Türk-Şumer dünyagörüşü və dil» kitabında da aydın görmək mümkündür. Kitabı oxuduqca tam əmin oluruq ki, dil şifahi nitqin proseduru kimi yox, yazı ünsürü kimi daha fəaldır. Bəlkə də bu baxımdan şumerlər (ilk dəfə) yazını yaratmaqla dilin genezis və substantiv imkanlarını daha geniş şəkildə göstərmək niyyətində olublar.
Kitabın struktur-sistem parametrləri Türk-Şumer və Dil aspektləridir. Müəllif kitab boyu yazı sistemi, adlar konteksti və dil vahidlərini mifik təsəvvürdə realizə edir, məqsəd və mahiyyətdə gizlənən şifrələr vasitəsilə dilin kodunu müəyyənləşdirir, yazı və dil tempini mifik-elmi müstəviyə çıxarır.

Əslində, yazı - şifrə (kod, labirint, mif) elementləri təbiəti anlamaq, Göyü, Yeri və Kainatı çözmək, nəhayət, Allahı dərk etmək israrında müfəssəl vasitədir. Razim müəllimin adıçəkilən kitabında diqqətimizi çəkən əsas subyekt budur. Söz yox, kitabda Şifrə, kod, mifik təsəvvür vahidlik elementidir; bu aspektdə zahirə çıxış edən mənbə (əsas etibarilə) yaradılışın (insanın) Allahdan gəlməsinə istinad edir. Və «Türk-Şumer dünyagörüşü və dil» kitabı bu kontekstdə konkret olaraq dil problemlərini təhlilə çəksə də, biz kitabın mifik quruluşunda digər məğzlər də aşkarlayırıq. Bu səbəbdən fikrimizi kitabın oxucu üçün maraq kəsb edəcək paralellərinə yönəldirik.

İlk olaraq deyək ki, «Türk-Şumer dünyagörüşü və dil» kitabı mifik struktur-quruluşunda İlk (Yaradan) faktoru əxz edir. Müəllif təfərrüatları sistemli şəklə salmaqla bir müstəvidə üç vahid - Yaradan, İnsan və Torpaq məchulu qruplaşdırıb. Biz bu sistemdən Varlıq genezisi üzrə maraqlı bir düstur çıxarmış oluruq: İ+M+A. Burada İ - İlkin (Yaradanın) zahir etdiyi İnsanın, M - vahidliyə keçid, «Mən» xarakteri kəsb edən təcəllanın, A - Yaradanın (Allahın) məxfi işarəsidir. Aldığımız düstur mifik-kosmoloji quruluşda İnsanın modelini (formasını) verir:

İ
M
A

Dil genezisi, Söz substantiv məqsədlərini nəzərə alıb bu düsturu aşağıdakı kimi aça bilərik:

İ - İnsan
M - Mən
A - Allaham!

Burada İ - yaradılışın (insanın) baş nahiyəsi, M - çiyin və qol və bədən nahiyəsi, A -ayaq nahiyəsi kimi təsvir verir. A hərfindəki orta xətt insanın həm kişi, həm qadın olması mifidir.
Bu düstur - İnsan, Məni axtar! - həddi ilə də isbata yönəldilə bilər. Necə ki, bütün müqəddəs kitablarda Allah insana Onu təbliğ etməyi tapşırır. Və bəlkə də bu səbəbdən Allah insanı bizim bu düstura oxşar yaratmaqla Özünün məxfilik kodunu bəşəriyyətə açmaq zərurəti güdüb.
«İMA» sözü güzgü çevrilməsində «AMİ», başqa bir substansiyada «AMİN» sözü ilə oxşar müstəvilidir. Yaxud «İMA» sözü simmetrik-mifik zahirdə «İMAN» sözü ilə substantivlik yaradır, bu da inamdan doğan məsuliyyətə işarədir.
Azərbaycan əlifbasında bu söz aşağıdakı hərf-rəqəm qarşılığı verir:

İ - 14
M - 19
A - 1

14+19+1=34. Alınan cəmi çevrə həddinə çəksək 4-3=1 fərqi verər. 1 Allahın vahidliyidir - İlkdir. Alınan cavabı dairə həddində 3+4=7 cəmi ilə ifadə edirik. Bu da Allahın istirahət günü, göyün 7 qat, kainatın 7 qat, cənnət və cəhənnəmin 7 qat, yerüstü və yeraltı təbəqənin 7 qat, əsas rəngin 7, Kəbə ətrafındakı dövretmənin 7 və s. olması kimi səciyyə daşıyır.
Sanskrit əlifbasında da söz öz zahiri quruluşunu mifik təsəvvürə çəkir:

İ - 9
M (ma) - 5
A - 1

9+5+1=15. Cəmin çevrə həddi 5-1=4, dairə həddi 5+1=6-dır. 4 rəqəm qarşılığı kainatın 4 əsas təbəqədən - boşluq (vakuum), hava, su və torpaq qatından ibarət olması faktına dəlalət edir. 6 rəqəm qarşılığında Allahın kainatı 6 günə xəlq etməsi məqsədi diqqət çəkir.
34 və 15 cəmini bir müstəvi üzərində hesaba çəksək 3+4+1+5=13 alınar. Əslində, 13 rəqəmi uğursuzluq vahididir, lakin bu rəqəmin dairə (çevrə) həddi (13=6+7) 6 və 7-dir. 6 kainatın yaranma müddəti, 7 Allahın istirahət günüdür.
34 və 15 rəqəmlərinin güzgü çevrilməsi də eyni məntiqə sirayət edir: 51 və 43. 5+1+4+3=13. Yaxud 34+15=49 cəmi də dairə həddində 4+9=13 cəmi verir. Demək ki, kitabdakı mifik quruluşlu müstəvilərin bu qədər yaxın və oxşar olması təsadüf deyil.
Kitabın əsas substantiv vahidləri yuxarıda dediyimiz kimi, «Türk», «Şumer» və «Dil»dir. Üç vahid bir mənbədə dünyagörüşü verir. Hər üç ünsür öz mifik quruluşu ilə bir ilkdir. Müəllif kitab boyu (birinci şərt kimi) məhz bu aspektə diqqət çəkir.
«Türk», «Şumer» və «Dil» substansiyalarının ilkə - ululuğa işarət olmalarını mifik təsəvvürlə açmağa çalışaq. Əvvəlcə «Türk» sözünün Latın qrafikalı Azərbaycan əlifbası üzrə hərf-rəqəm qarşılığına nəzər yetirək:

T - 27
Ü - 29
R - 24
K - 16

27+29+24+16=96. Cəmdə adınan rəqəm (96) insan yaşayışının iki mühüm mərhələsidir - burada 9 Adəmdən Nuha qədərki, 6 Nuhdan hazırkı dövr də daxil olmaqla yaşanılan mərhələ. Alınan cəmin çevrə həddi 9-6=3-dür. 3 rəqəmi də Yaradan+1, yaradılan+1 və dünya-məkan+1 məzmunu verir.
«Şumer» sözünün mifik-kosmoloji rəqəm qarşılığında da mühüm faktorlar özünü qabardır:

Ş - 26
U - 28
M - 19
E - 6
R - 24

26+28+19+6+24=103. 103 rəqəm-hərf qarşılığı mifik təsəvvürdə inandırıcılıq məğzi verir: 1 - Allah (İlk, Yaradan), 0 - dünya (məkan), sıfır şəkilli aləm, 3 - insan, şeytan və torpaq. Yəni Yaradan (Allah) insanı xəlq etdi, şeytana uydular, günahları üzündən torpağa «möhürləndilər».
Rəqəmin güzgü çevrilməsi 301-dir. Burada 3 - insan, şeytan və torpaq, 0 - dünya (məkan), sıfır şəkilli aləm, 1 - Allah kodudur. Yəni insan şeytana uydu, onun günahları üzündən torpaq lənətləndi və toplum Allaha qarşı çıxdı. Hər iki halda Yaradan səbredən, insan günaha sarılan, torpaq (məkan) isə yaradılışı çürüdəndir. Yaxud 103-96=7 fərqi müqəddəsliyə işarədir, özündə qabarıq-zəruri miflər gizlədir.
«Dil» sözünün mifik quruluşu da oxşar müstəvilidir:

D - 5
İ - 14
L - 18

5+14+18=37. 37 rəqəmini bir çox mifik təsəvvürlə əlaqələndirmək mümkündür. Bu rəqəmin adıçəkilən kitaba uyğun xarakteri 3 və 7 (güzgü çevrilməsində 73 - 7 və 3) vahid aralığıdır. Burada 3 - Yer, Bulud və Atmosfer, 7 - Göyün qatlarıdır.
«Türk», «Şumer» və «Dil» substansiyalarının sanskrit əlifbası üzrə quruluşu da maraqlı təfsilatlar verir. Əvvəlcə «Türk» sözünün mifik vahidini açaq:

T (ta) - 1
Ü (uc) - 13
R (ra) - 2
K (ka) - 0

1+13+2+0=16. 16 cəmi 4 pillə, 4 ünsür, 4 fəsil və 4 müqəddəs kitab şərhi verə bilər: 4 pillə - Atmosfer, hidrosfer, litosfer və biosfer, 4 ünsür - su, od, hava və torpaq, 4 fəsil - yaz, yay, payız və qış, 4 kitab - «Tövrat», «Zəbur», «İncil» və «Quran». Buradan bir məna kəsb etmək olar ki, 16 rəqəmihər pillədə bir kilid (açar) məğzidir.
«Şumer» sözünün mifik-kosmoloji rəqəm qarşılığında da mühüm faktorlar özünü qabardır:

Ş (şa) - 7
U (uc, uq) - 13
M (ma) - 5
E (ec, eg) - 10
R (ra) - 2

7+13+5+10+2=37. Göründüyü kimi, «Dil» sözünün substantivlik məqsədi bu sözdə də zahiri məna verir. 37-nin dairə həddi 3+7=10 cəmi ilə ifadə olunur ki, bu da Pi-nin təqribi qiymətidir. 10 rəqəm qarşılığında 1 və 0-ın da mahiyyəti eyni statusa dəlalət edir: 1 - İlk, Yaradan, 0 - yaradılış, günahdan sonra 0-a dönmək, yəni yox olmaq, torpaqlaşmaq məğzidir.
«Dil» sözünün mifik quruluşundakı oxşar müstəvi bu vahidə işarədir:

D (da) - 3
İ - 9
L (la) - 3
̪
3+9+3=15. Alınan cəmin dairə həddi 1+5=6-dır - Kainatın yaranma müddətini ifadə edir. Cəmin güzgü çevrilməsi də (51) oxşar quruluşda aktuallıq kəsb edir

«Türk-Şumer dünyagörüşü və dil» kitabında başlıca məğz Türk - Şumer substansiyası verir. Burada Türk - ulu mənasında - 1+ Şumer - təbəqə (əhatə) mənasında - 1= 2. Bu rəqəm Göy-Yer, Cənnət-Cəhənnəm, Yaxşı-Pis... nəhayət, Allah-İnsan mifi ilə müstəvi cızır.
«Şumer» sözündəki şum - şam, er - ər anlamında diqqətimizi çəkir. Şam - Ulu, Tanrı aspektidir. Ər də həmçinin kişi məğzidir ki, bu da Yaradan məzmunu kəsb edir.

Sözün güzgü çevrilməsi də eyni quruluşa qarşılıq verir: Şumer - Remuş. Re (ra) - Tanrı, muş (maş, mas) - qüdrətli, işıqlı və s. «Türk» sözü də güzgü çevrilməsində «Qurd» mahiyyəti ilə xarakterizə olunur; müfəssəl inam və imana malik ər mənası verir. Xülasə, hər iki halda məntiq eyni substantiv məğzə işarədir.

Bütün bunlardan da bir məna hasil olur ki, Razim müəllim «Türk-Şumer dünyagörüşü və dil» kitabında dil problemləri ilə yanaşı, Tanrı (Allah), İnsan (yaradılış) və Torpaq (dünya-aləm-məkan) vahidlərini təkcə mifik təsəvvürdə xarakterizə etməyib, həm də Xaliqat-Varlıq genezisini mümkün inandırıcı zəminlərlə cilalayıb. Bu mənada kitab bütövlükdə türk-şumer və dil faktları üzrə mifik-inandırıcı təsəvvürdür və şumer yazı moelində canlı bir abidə təsiri də verir. Əsas odur ki, kitabın məxfi kodu Vahid Nizam (Yaradan), mifik-kosmoloji şifrəsi İnsan və Dünya-Aləm məğzidir. Yəni kitabın dövretmə periodu 1-dən 3-ə və güzgü çevrilməsi üzrə 3-dən 1-ə bərabərliyi ilə təzahürdədir və Razim müəllim məqsədini 1-3 aktuallığı üzrə sistemli qura bilib.

Hikmət Məlikzadə,
MANERA.AZ

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами