HAKİMƏ İTAƏT
- Получить ссылку
- X
- Электронная почта
- Другие приложения
Ramin Baxishov Bilal Selefi yayımladığı yazını paylaşdı.
Bilal Selefi
lman! Əgər sənə desələr ki, sənin istəmədiyin bir hakim həqiqətən də vəzifəsindən gedəcək, amma aşağıdakı müəyyən şərtlərlə: Birinci şərt: Bu halda sənin atan, anan və ya uşağın öldürüləcək. İkinci şərt: Ola bilsin ki, sənin zövcənin, bacının və ya qızının namusuna toxunulacaq. Üçüncü şərt: Sənin ölkən bütövlüklə dağıdılacaq. Dördüncü şərt: Milyonlarla insan öz ölkəsindən köçməyə məcbur olacaq, bir çoxları isə aclıqdan və soyuqdan öləcək. Bunlar o şərtlərdir ki, onlar həyata keçərsə (həmin hakimin timsalında) tənqid edilən pisliklər aradan qalxacaq. İnsanlardan ağıl sahibi olan kimsə: “Hə, razıyam, başlayaq!”- deyə bilərmi?! Allaha and olsun ki, XEYR! Atanın və ananın ölümündən sonra, qadınlara təcavüz edildikdən sonra, şəhərlərin məhv edilməsindən və insanların didərgin düşmələrindən sonra davam edən “həyat”, həyat olaraq davam edə bilərmi? Bütün bunlar baş verəndən sonra o nə cür həyat ola bilər ki?! Bunlardan sonra insan sarayda yaşasa belə o, ən pis həyat yaşamış olacaq. Məgər Allahın və Onun Rəsulunun (salləllahu aleyhi və səlləm) istədikləri budurmu? Pisliklərin aradan qaldırılması, yüz dəfə artıq pisliklər gətirə biləcəyi üçün Uca Allah bunu (hakimə qarşı çıxmağı) əmr etməyib. Əksinə, qadağan edib. Ey Allahın qulları! Bizdən kim razı olar ki, onun anasının, bacısının, zövcəsinin və ya qızının namusuna toxunsunlar?! Təki biri ölkə başçısı vəzifəsindən getsin və digəri yerinə gəlsin. Bizdən kim bununla razılaşar?! Kim razı olar ki, kiminsə hakimiyyətə gəlməsi üçün onun atası, anası, zövcəsi, qızı və oğlu öldürülsün?!
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Mömin bir yuvadan iki dəfə sancılmaz”. (əl-Buxari, 6133). Yəni, bir işdə başına müsibət gələrsə, ikinci dəfə o işi görməz. Bu narazı həyat tərzi, mitinqlər, inqilablar senarisi dəfələrlə həyata keçirilib. Sizin vasitənizlə müəyyən qüvvələrin siyasətini və yolunu istifadə etməyinizi istəyirlər. Bunun üçün sosial şəbəkələrlə ümidsizlik salaraq müxtəlif təxribat xarakterli məlumatlar yayırlar. Nə üçün? Partlayış üçün. Bu partlayış baş verəndən sonra nələr olacaq?... Qocalar və cavanlar öldürüləcək, əmin-amanlıq yoxa çıxacaq, namuslara toxunulacaq, şəhərlər dağıdılacaq, insanlar parçalanacaq... Bu da nəticə... Bəs iğtişaşlara sövq edənlər nə edirlər? Onlar bizə yalnız xəyallarda olan xoşbəxtlik vəd edirlər. Əslində isə bu yolda baş verəcək həqiqətləri və bəlaları gizlədirlər. Onlar deyirlər: “Siz mülkiyyət hüquqlarını alacaqsız, siyasətdə və parlamentdə, nazirlər şurasında iştirak etmək hüququnu alacaqsınız, neftə malik olacaqsınız...” Onlar xoşbəxt həyat vədləri ilə sizi aldadırlar! Buna aparan yol isə əslində nələrdən keçir? Ey Allahın qulları! Məgər biz görmürük, biz anlamırıq? Ey Allahın qulları! Səbr edin, saleh əməllərə sövq edin, günahlardan çəkinin və Allahın yoluna qayıdın! Siz Allahın yoluna qayıtdıqda, Allahdan çəkindikdə, Allahdan layiqincə qorxduqda, o zaman Allah sizə yardım edəcək, sizi bu rüsvayçılıqdan çıxaracaq. Sələflər deyərdilər: “Siz nə cür olacaqsınızsa, sizə başçılıq edənlər də o cür olacaqlar”. Uca Allah buyurur:
“Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz” (ər-Rad, 11).

Комментарии
Отправить комментарий